- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Levon Ter-Petrosyan Yerevanın Qarabağ siyasətini cinayətkar adlandırdı

BayBək, Azərbaycan | Sunday, 23rd September , 2007 , 07:00 [am] | İç Xəbərlər

. “Ermənistanın hazırkı hakimiyyətinin ən böyük cinayəti budur ki, Qarabağ tənzimlənməsini çıxılmaz dalana gətirib.”

Bu sözləri Ermənistanın keçmiş prezidenti, Erməni Ümummilli Hərəkatının lideri Levon Ter-Petrosyan 10 illik sükutdan sonra ölkənin müsqtəqilliyi günündə Yerevandakı Mariott otelində keçirilən tədbirdə deyib.



“Ermənistanın hazırkı hakimiyyətinin ən böyük cinayəti budur ki, Qarabağ tənzimlənməsini çıxılmaz dalana gətirib.”

Bu sözləri Ermənistanın keçmiş prezidenti, Erməni Ümummilli Hərəkatının lideri Levon Ter-Petrosyan 10 illik sükutdan sonra ölkənin müsqtəqilliyi günündə Yerevandakı Mariott otelində keçirilən tədbirdə deyib.

O xəbərdar edib ki, bu siyasətlə Ermənistan nəinki Qarabağı itirə bilər, hələ üstəlik Ermənistan öz ərazi bütövlüyü barədə düşünmək məcburiyyətində qalar.

Keçmiş prezident bu qənaətdədir ki, Azərbaycanın mövqeyi tədricən radikallaşır və o, belə getsə heç bir kompromissə getməyəcək.

Levon Ter-Petrosyan deyib ki, Ermənistanın ən böyük sərvəti onun açıqlığı olmalıdır.

“Meğrinin yolu Naxçıvanın Culfa rayonundan keçir, - deyib cənab Ter-Petrosyan, - biz Azərbaycan və Türkiyə ilə sərhədləri açmasaq, ölkəmiz dotasiya ilə yaşayan kənd təsərrüfatı ölkəsinə çevriləcək”.

Cənab Ter-Petrosyan deyib ki, “Müstəqilliyimizi qazandıqdan 16 il sonra biz hüdud nöqtəsinə çatmışıq. Bugünün əsas məqsədi insanları cinayətkar aləmin qanunları ilə yaşamağa məcbur edən hazırkı hökumət sisteminin və korrupsiyaçı criminal rejimin devrilməsi olmalıdır”.

Ermənistanın keçmiş prezidenti onillik sükutdan sonra hökumətə ən ağır tənqid zərbəsini endirib: “Qulduq hökumət ölkəni Üçüncü Dünya ölkələrinin həddinə çatdırıb. Əgər bu hakimiyyət dəyişməsə, vəziyyəti bəlkə də innən belə dəyişmək heç mümkün olmayacaq. Məhkəmələr hökumətin cinayətlərini ört-basdır etməklə məşğuldurlar. Hakimiyyət isə nəzarətində olan 17 telekanalla xalqa reallığı əks etdirməyən başqa bir dünyanı təlqin edir”.bbc

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1086.azr
azeribaybak[at]gmail.com