- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Yaşar Böyükanıt: “Hər şeyin bir həddi var, səbrimizi daşırmasınlar”

BayBək, Azərbaycan | Wednesday, 3rd October , 2007 , 02:56 [am] | İç Xəbərlər

. Ordu generalı hökumət tərəfindən hazırlanan Konstitusiya layihəsi haqda məlumata malik olmadıqlarını, sənəd dərc edildikdən sonra Silahlı Qüvvələri maraqlandıran məsələlərlə bağlı mövqelərini açıqlayacaqlarını bildirib. Y. Böyükanıt son vaxtlar Silahlı Qüvvələrə qarşı qeyri-etik hücumların təşkil olunduğunu, bu hücumların təkcə ölkə içindən deyil, ölkə xaricindən də həyata keçirildiyini söyləyib.


“Heç bir qüvvə Atatürkün qurduğu cümhuriyyəti başqa bir şeyə çevirə bilməz. Heç bir qüvvənin cümhuriyyətin dünyəvi xarakterini dəyişməyə gücü çatmaz. Ölkənin unitar dövlət quruluşu, milli və

dünyəvi dövlət sistemi, eləcə də Silahlı Qüvvələrin qanunvericiliklə müəyyən olunmuş səlahiyyət çərçivəsi pozulmamalıdır”. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu sözləri Ankarada Hərb Akademiyasının yeni tədris ilinin açılış mərasimindəki çıxışında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Böyükanıt deyib.

Ordu generalı hökumət tərəfindən hazırlanan Konstitusiya layihəsi haqda məlumata malik olmadıqlarını, sənəd dərc edildikdən sonra Silahlı Qüvvələri maraqlandıran məsələlərlə bağlı mövqelərini açıqlayacaqlarını bildirib. Y. Böyükanıt son vaxtlar Silahlı Qüvvələrə qarşı qeyri-etik hücumların təşkil olunduğunu, bu hücumların təkcə ölkə içindən deyil, ölkə xaricindən də həyata keçirildiyini söyləyib.

O, dövlətə, millətə hörmətləri, ölkənin birliyi və sabitliyi naminə qismən susduqlarını vurğulayıb: “Ancaq bunu bilsinlər ki, hər şeyin bir həddi var. Səbrimizi daşırmasınlar. Silahlı Qüvvələrin uniformasını 53 ildir qürurla daşıyıram. Al bayrağa əl basıb and içərək bu peşənin icrasına başlamışıq. Bu anda xəyanət etmədik və etməyəcəyik. Ulu öndər Atatürkün dediyi kimi, söhbət vətənin taleyindən gedirsə, yerdə qalan məsələlər təfərrüatdır”.

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1157.azr
azeribaybak[at]gmail.com