- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Hacı Məmmədov şok açıqlamalar verdi: Zamirə Hacıyevanın oğurlanması da siyasi sifariş idi

BayBək, Azərbaycan | Wednesday, 10th October , 2007 , 08:09 [am] | İç Xəbərlər

. Sədrlik edən hakim bildirdi ki, məhkəmə prosesinin gecikdirilməsinə səbəb 1 saylı Bayıl İstintaq təcridxanasından dustaqların gətirilməsi ilə bağlı problem yaranması olub. Daha sonra hakim bildirdi ki, təqsirləndirilən Aslanbek Çentamirovun vəkili Həzi Məmmədov məhkəməyə müdafiə etdiyi şəxsin qohumları ilə görüşməsi üçün şərait yaradılması ilə bağlı ərizə təqdim edib. Rəsul Səfərov qeyd etdi ki, görüş məsələsini məhkəmə həll etmir. DİN-in Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılov prosesin əvvəldən axıra qədər video çəkilişinin aparılması barədə vəsatət qaldırdı.


«Bilsəydim Əli İnsanovu da oğurlayardım»

Dünən Bakı Apellyasiya Məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə bir sıra ağır cinayətlər törətməkdə ittiham olunan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsinin üzvlərinin işi üzrə məhkəmə prosesi davam etdirildi. Proses təyin olunan vaxtdan iki saat sonra başladı.

Sədrlik edən hakim bildirdi ki, məhkəmə prosesinin gecikdirilməsinə səbəb 1 saylı Bayıl İstintaq təcridxanasından dustaqların gətirilməsi ilə bağlı problem yaranması olub. Daha sonra hakim bildirdi ki, təqsirləndirilən Aslanbek Çentamirovun vəkili Həzi Məmmədov məhkəməyə müdafiə etdiyi şəxsin qohumları ilə görüşməsi üçün şərait yaradılması ilə bağlı ərizə təqdim edib. Rəsul Səfərov qeyd etdi ki, görüş məsələsini məhkəmə həll etmir. DİN-in Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılov prosesin əvvəldən axıra qədər video çəkilişinin aparılması barədə vəsatət qaldırdı.

Nailə Quliyeva məhkəmədə iştirak etmək istəməyib

Daha sonra hakim Sidek və Hüseyn Abdulvahabovun vəkili Tərlan Azayevə müraciət etdi və qardaşların ifadələri arasında ziddiyyət olduğunu bildirdi. Hakim bunun vəkil üçün problem olub-olmayacağı ilə maraqlandı. Vəkil hər hansı bir problemin yaranmayacağını qeyd etdi. Hakim vəkilin nəzərinə çatdırdı ki, əgər qardaşlar arasında ziddiyyətlər yaransa, həll etsin. Bundan sonra hakim cinayət işində 44 zərərçəkmişin, 14 mülki cavabdehin olduğunu bildirdi. Hakim daha sonra qeyd etdi ki, Hacı Məmmədovun həyat yoldaşı, məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilən Nailə Quliyeva məhkəməyə ərizə göndərib:
- Nailə Quliyevanın ərizəsində prosesin onun iştirakı olmadan keçirilməsi xahiş edilir. Bildirmək istəyirəm ki, işdə Nailə Quliyevanın ifadəsi əhəmiyyətlidir və onun ifadəsi alınması üçün məhkəməyə gətirilməsi vacibdir.

Daha sonra hakim ötən prosesdə elan etmədiyi apellyasiya şikayətlərini elan etdi. Hakimin səsləndirdiyi apellyasiya şikayətlərindən məlum oldu ki, ömürlük həbs cəzası alan Hacı Məmmədovun ata mülkünə qoyulan həbsin götürülməsi tələb olunur. Onun həyat yoldaşı Nailə Qulmiyevanın vəkili Vəli Nağdəliyev isə hökmün dəyişdirilməsini və müdafiə etdiyi şəxsə bəraət hökmü çıxarılmasını istəyir. Ömürlük həbs cəzasına məhkum olunan DİN-in Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirov və həmin idarənin mülkiyyət cinayətləri əleyhinə bölməsinin sabiq rəisi Kamil Sədrəddinov isə hökmün dəyişdirilməsini, onların haqqında bəraət hökmünün çıxarılması xahiş edirlər. Digər təqsirləndirilənlər də hökmlə razılaşmır və onun dəyişdirilməsini xahiş edirlər.
Təqsirləndirilən şəxslərdən ömürlük cəzaya məhkum olunan, milliyyətcə çeçen olan Musa Dabuyev məhkəmənin hökmündən apellyasiya şikayəti verməyib. Şikayətlər elan edildikdən sonra məhkəmə istintaqı başladı.

«Mən cinayətləri sifarişlə həyata keçirmişəm»

İlk olaraq Hacı Məmmədovun vəkili Səməd Əliyev çıxış etdi. O bildirdi ki, cinayət işinin ibtidai istintaqı kortəbii aparılıb:
- Xalq artisti Afaq Məlikovanın evinin qarət edilməsindən Hacı Məmmədovun xəbəri olmayıb. Milliyyətcə çeçen olan Şirxan Albıyevin ölümündə Hacı Məmmədov şantaj olunub. Bu şəxsin aradan götürülməsi banda başçısına sifariş olunub. Məhkəmə ibtidai istintaq zamanı yazılmış əmlakları əsaslandırmadan müsadirə edib. Saray qəsəbəsində Hacı Məmmədovun anasının adına olan bağ evini məhkəmə müsadirə edib. Qanunda yazılmayıb ki, ovladın cinayət törətməsinə görə valdeynlərin adına olan əmlak müsadirə edilsin. Bu, qanunsuzluqdur. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini və bağ evinin üzərinə qoyulan həbsin götürlməsini məhkəmədən xahiş edirəm.

«Cinayətləri sifarişlə həyata keçirmişəm»

Daha sonra banda başçısı Hacı Məmmədov məhkəmədə ifadə verdi. Hökmlə qismən razı olduğunu bildirən banda başçısı qeyd etdi ki, cinayətlərin həyata keçirilməsinin birbaşa və dolayısı yolla iştirakçısı olub. Milli Təhlükəsizlik Nazirliyində işin aparılmasının əhəmiyyətinin aşağı olduğunu deyən H.Məmmədovun sözlərinə görə, istintaq ona qarşı qərəzli olub: Mən cinayətləri sifarişlə həyata keçirmişəm. Elə bizim istintaq da sifarişlə həyata keçirilib. Bu istintaq dövründə bəzi vəzifəli şəxslər məndən qisas almaq istəyiblər. Martın 10-da \”Qara kəmər\” əməliyyatı keçirildikdən sonra qohumlarım həbs edilib. Mənim cinayətlərimdə günahları sübuta yetirilmədiyi üçün onları başqa məhkəmələrdə mühakimə etdilər. 70 yaşlı qohumumu qanunsuz silah gəzdirməkdə ittiham edib 3 il cəza verdilər. Guya onun evindən silah tapılıb. Dəfələrlə bildirmişəm ki, həmin silah mənə məxsus idi.
MTN cinayət işinin istintaqını apararkən törədilmiş cinayətlərin sifarişçilərini üzə çıxarmayıb.

«Azər İsmayılov məni aradan götürmək planı da hazırlayırdı»

Daha sonra ifadə verən banda başçısı bildirdi ki, Şirxan Albıyevi onun həyatına sui-qəsd hazırladığı üçün qətlə yetirib:
- Bu cinayət əvvəlcədən planlaşdırılmamışdı. Mən Şirxan Albıyevi yoxlayıb həyatıma sui-qəsd hazırladığını dəqiqləşdirdikdən sonra zərərsizləşdirmək qərarına gəldim. Onu qətlə yetirməyi bu cinayətdə iştirak edənlər bilməyiblər. Şirxan Albıyevin qətlini əvvəlcədən planlaşdırmamışam. Ona uyuşdurucu vurub Qusara aparmaq üçün maşına qoydum. Yolda Şirxan Albıyev iynənin təsirindən ölüb. Onu öldürmək fikrim olmayıb. Belə bir fikrim olsaydı, daha iynə vurub Qusara niyə aparırdım? Elə öldürüb aparardım. Onu Qusarda sorğu-suala tutmaq fikrim var idi. Əgər həmin vaxt sözümüz uyğun gəlməsəydi, onu öldürəcəkdim. Mənim bununla bağlı planım baş tutmadı.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Azər İsmayılovun qətlindən danışan H.Məmmədov qeyd etdi ki, onun ölümündə özünü günahkar saymır:
Azər İsmayılov çalışırdı ki, mənə problemlər yaratsın. O da mənim qarşıma problemlər qoyurdu. Azər Məni aradan götürmək plan da hazırlayırdı. Eyni zamanda bacım oğlu Elçin Əliyevin də qəsdinə durmuşdu. O, Elçin Əliyevi öldürməyə cəsarət tapmırdı. Çünki bunu araşdırıb tapacaqdım. Azər İsmayılovu öldürməmişdən əvvəl video çəkiliş aparmışam. Bu çəkilişi istintaqa da verməmişəm. Mən məhkəmədən mərhəmət istəmirəm. Heç mənə mərhəmət də düşmür. Azər İsmayılovun ölümündə özümü günahkar saymıram. Onu cəmiyyətdən aralamaq mənə kifayətdir. İstintaq çalışıb ki, Azər İsmayılovun ölümünü Elçin Əliyevin üstünə qoysun. Bildirmək istəyirəm ki, Elçin Əliyevin bu cinayətdən xəbəri yoxdur. Məndən qisas almaq istəyən vəzifəli şəxslər ailəmə qarşı təzyiqlər göstəriblər. Bu şəxslərin adını çəksəm, inanın ki, bu zal onların yerləşdirilməsi üçün azlıq edər.

«Fətulla Hüseynovun qətlinin sifarişçisini onun ailəsi də tanıyır»

«Qara polkovnik» kimi tanınan AFFA-nın vitse-prezidenti Fətulla Hüseynovun ölümündən danışan Hacı Məmmədov bu cinayətin siyasi sifariş olduğunu bildirdi:
- Fətulla Hüseynovun qətlində dəstəmin üzvü Aslanbek Çentamirov iştirak edib. Onun yanında olan digər şəxslərin bu cinayətdən xəbərləri olmayıb. Onlar sürücü rolunu oynayıblar və Fətulla Hüseynovun qətlini bilməyiblər. Bu qətli sifariş ediblər. Mən bu sifarişçinin adını çəkməyəcəm. Onu F.Hüseynovun ailəsi də tanıyır.
Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin kriminalisti Rövşən Əliyevin də qətlinin sifarişli olduğunu deyən dəstə başçısı bildirdi ki, R.Əliyevin ölümünün də sifarişçisi olub…
Banda başçısı Azərbaycan Beynəlxalq Bankının prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanmasının da siyasi sifariş olduğunu qeyd etdi. Banda başçısı adam oğurluqlarından əldə olunan pulları Zakir Nəsirovla bölüşdürdüyünü bildirdi: Mən adam oğurluqlarından Zakir Nəsirova pul verirdim. Çünki onun bu cinayətlərdən xəbəri var idi.
Daha sonra dəstə başçısı \”sığorta Məmməd\” kimi tanınan Məmməd Məmmədovun oğlu Əhməd Məmmədovun oğurlanması ilə bağlı işin sifarişçisinin Şirxan Albıyev olduğunu bildirdi:
- Məmməd Məmmədov hər yerdə deyir ki, mən onu müflis etmişəm. Etiraf edirəm ki, səhv etmişəm. Gərək onun özünü oğurlayıb, 10 dəfə artıq pul tələb edərdim. Məmməd Məmmədovun evində 3 bank müdiri yaşayır. Verdiyi pul nə olub ki, bu qədər danışır?

«Quldur dəstələrinin birinə Cavadağa Sultanov başçılıq edib»

Daha sonra Hacı Məmmədov MTN-in təcridxanasında saxlanıldığı zaman iki dəfə intihara cəhd etdiyini qeyd etdi:
Sabah bura gəlib-gəlməyəcəyimi bilmirəm. Mən hər gün Əzraili gözləyirəm.
Daha sonra Hacı Məmmədov Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Cavadağa Sultanovla bağlı maraqlı açıqlamalar verib:
Azərbaycanda iki böyük quldur dəstəsi olub. Onun birinə Cavadağa Sultanov, digərinə isə mən başçılıq etmişəm. Əgər o, vaxtında, mənim günahlarımı bildiyi zaman həbs etsə idi, indi ən azı iki qətl hadisəsi baş verməzdi. Hər dəfə etdiyi nöqsana görə C. Sultanovu vəzifədən azad edib, daha sonra onu daha yüksək vəzifəyə qoyublar. Biz onun həbsini gözlədiyimiz zaman o daha böyük vəzifələrə təyin olunurdu.

Hakim Rəsul Səfərov: Cavadağa Sultanov vəzifədən azad edilib.

H. Məmmədov: Yəqin, o yenə daha yüksək vəzifəyə təyin olunacaq.

Hakim Rəsul Səfərov: Siz yaxşı təminatlı bir ailədən olmusunuz, niyə belə əməllərə qoşulmusunuz?

Hacı Məmmədov: 1990-cı illərin əvvəlləri çətin idi. Mən onda Abşeron rayon Polis İdarəsində işləyirdim. Şirxanla tanış oldum. Onunla biznes işi ilə məşğul olmağa başladıq. Bu tanışlıq həyatımı dəyişdi. Cinayətlər bir-birinin ardınca baş verdi. Mən də bu bataqlıqdan çıxa bilmədim.
Daha sonra H.Məmmədov girov götürdüyü şəxslərdən aldığı pullar barədə danışıb:
- Yeganə təəssüfləndiyim məqam Əli İnsanovun bu qədər sərvətə malik olduğunu bilməməyimdir. Onun belə sərvəti olduğunu bilsəydim, o da mənin siyahıma düşərdi. Onu oğurlayıb əməlli-başlı pul alardım. Bunlar da başına gəlməzdi.
Məhkəmə bu gün davam etdiriləcək.bizimyol

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1210.azr
azeribaybak[at]gmail.com