- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Polis İran səfirliyi qarşısında piketin qarşısını alıb

BayBək, Azərbaycan | Saturday, 26th May , 2007 , 06:43 [am] | İç Xəbərlər

. Mayın 25-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup fəalı İranın Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib. Lakin çoxsaylı polis dəstələri onların qarşısını səfirliyə çatmamış kəsib və əllərindəki plakatları alıb. Beş aksiyaçı saxlanıb, sonradan onlara xəbərdarlıq edilərək buraxıblar.


Mayın 25-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup fəalı İranın Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib. Lakin çoxsaylı polis dəstələri onların qarşısını səfirliyə çatmamış kəsib və əllərindəki plakatları alıb. Beş aksiyaçı saxlanıb, sonradan onlara xəbərdarlıq edilərək buraxıblar.

AMİP-çilər piketi İran azərbaycanlılarının mədəni və milli hüquqlarının pozulmasına etiraz olaraq keçirmək istəyiblər. Piketin qətnaməsində həbs edilmiş fəalları azad etmək, İran azərbaycanlılarının ölkə Konstitusiyasında və beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqlarını tanımaq tələbləri əks olunub.

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_122.azr
azeribaybak[at]gmail.com