- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
POLİS PİKET KEÇİRƏN QADINLARI DÖYÜB
BayBək, Azərbaycan | Saturday, 13th October , 2007 , 04:03 [am] | İç Xəbərlər
![]() |
. | Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi 251 saylı binadan zorla çıxarılan sakinlər dünən Nəsimi Rayon İcra Hakimiyyətinin binası qarşısında piket keçiriblər. Sakinlərin qəzetimizə verdiyi məlumata görə, onlar icra başçısı ilə görüşməyə cəhd etsələr də, buna nail ola bilməyib, piket keçirməyi qərarlaşdırıblar. Aksiya keçirməyə cəhd edəndə isə polis təzyiqi ilə üzləşiblər. |
Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi 251 saylı binadan zorla çıxarılan sakinlər dünən Nəsimi Rayon İcra Hakimiyyətinin binası qarşısında piket keçiriblər. Sakinlərin qəzetimizə verdiyi məlumata görə, onlar icra başçısı ilə görüşməyə cəhd etsələr də, buna nail ola bilməyib, piket keçirməyi qərarlaşdırıblar. Aksiya keçirməyə cəhd edəndə isə polis təzyiqi ilə üzləşiblər.
Sakinlərin bildirdiyinə görə, aksiya iştirakçılarından bir neçəsi Nəsimi RPİ 20 saylı polis bölməsinə aparılıb: “Orada polislər bizə dedi ki, siz öz haqqınızı tələb etməkdə haqlısız, lakin bu, sivil qaydada olmalıdır. Amma bilmirik “sivil qayda” deyəndə nə nəzərdə tutulur? Bizi eşitmək istəyən yoxdur. İcra başçısının qəbuluna gəlmişik, bizi qapıdan içəri buraxmırlar”.
Sakin Rəhimə Əhmədovanın dediyinə görə, 20-ci polis bölməsinin əməkdaşı qadınlarla çox kobud rəftar edib: “100-dək polisin arasından Süleyman adlı birisi bizə hücum çəkdi. Təpiklə Növrəstə Əhmədovanı, Tamella Bayramovanı vurdu. Qadınları sinəsindən itələdi. Atəş adlı sakin təpik zərbəsindən sancılanıb. Plakatlarımızı əlimizdən alıb tikə-tikə etdilər. Bu da bizə Ramazan ”hədiyyəsi”. Sonra bizi icra başçısının müavini Qərib müəllim qəbul etdi.
Ona dedik ki, icra başçısından və onun müavinindən başqa bizi sakin olaraq kimsə məhkəməyə verə bilməz. Bəs nə üçün hüquq şöbəsinin müdiri bizi məhkəməyə verib? Niyə icra başçısı raport yazıb bu sənədi geri götürmür? Suallarımıza sükutla cavab verdi. İndi biz sakinlərin işinə Nəsimi Rayon Məhkəməsində 11 hakim baxacaq. Hansı əsasla - bunu da bilmirik. Biz Mehriban Əliyevaya bir gündə 70 teleqram göndərmişik, yəqin ki, çatdırılmayıb. Aidiyyəti qurumlardan kömək istəyirik”.musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir