- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Azərbaycan Fedrasiyonu-İsveç (AFİ) 9-cu qurultayı uğurla başa çatdı (əks)
BayBək, Azərbaycan | Monday, 15th October , 2007 , 03:07 [am] | İç Xəbərlər
![]() |
. | Azərbaycan Fedrasiyonu-İsveç(AFİ) 9-cu qurultayın İsveçinYöteburq şəhrində və Äplle Hotelin konfrans zalında keçirdi. İştirakçıların dedikləri əsasda keçirilən qurultay öz sırasında organizə işləri və qurultayın gedişatı baxımından taysız bir qurultay olmuşdur.
Qurultayda Məmmədrza Ağapur, Rahim Sadıqbəyli, Səttar Sevigin, Davud Savalanoğlu(Xaqan Baycan), Pərvanə Behnəmun, Nadir Holanbrand, Mənsur Cəsuroğlu, Turan Əlisoy, Naibə Babayevadan ibarət 9 nəfərlik baş komitə seçildi. |
Azərbaycan Fedrasiyonu-İsveç(AFİ) 9-cu qurultayın İsveçinYöteburq şəhrində və Äplle Hotelin konfrans zalında keçirdi. İştirakçıların dedikləri əsasda keçirilən qurultay öz sırasında organizə işləri və qurultayın gedişatı baxımından taysız bir qurultay olmuşdur.
Qurultayda Məmmədrza Ağapur, Rahim Sadıqbəyli, Səttar Sevigin, Davud Savalanoğlu(Xaqan Baycan), Pərvanə Behnəmun, Nadir Holanbrand, Mənsur Cəsuroğlu, Turan Əlisoy, Naibə Babayevadan ibarət 9 nəfərlik baş komitə seçildi.
Qurultay Azərbaycanın milli bayrağı və dövlət himnimilə başlamış, ardıca ABF təşkilatın numyaəndəsi Rza Talebi, Iraq-Türkman Fedrasiasının rəhbəri Fazil Əkbər ,Türkiyə Fedrasiyonun başqanı Həsən Dölək, Dünya Türkmən Birləşik təşkilatın Avrupa sədri Toylu Suwhanli çıxış etmişdirlər.
Qurultay zamanı Azərbaycanlı artist Qurban bəy İsmailovdan AFİ təşkilatı vasitəsilə təqdir olundu. İki gün və tam demokratik bir ab havada keçirilən bu qurultayın əsas məqsədi hamının bir arada olmasına və milli varlığımızın tanınması yolunda AFİ nin inkişafa yönəldiyindən tədbir bayram əhval ruhiyəsində başa çatdı.
Türkdilli xalqların təşkilat rəhbərlərinin ilk dəfə olaraq qonaq kimi AFİ qurultayında iştirak etməkləri çox maraqla qarşılandı. Qurultayda Azərbaycan həqiqətlərilə ilgili(Qarabağ və Güney Azərbaycada milli hərəkatı ilə ilgili) sənədli bir film numayış etdirildi. Xatırladaq ki, İsveç mühacir azərbaycanlıların ən çox məskunlaşdığı ölkələr sırasında, AFİ isə soydaşlarımızın yaratmış olduqları çeşidli qurumları federasiya şəklidə bir araya gətirmiş dünya ölkələri içərisində yeganə Azərbaycan təşkilatdır. Yarandığı gündən indiyədək müstəqil fəaliyyətə üstünlük vermiş bir çox təşkilatlarımız kimi bu təşkilatın da başı üzərindən soyuq küləklər əsməsinə baxmayaraq, AFİ yenə də ayaqda dura bildi.
Qurultayın sonunda İsveçdə yaşayan sənətçimiz Urfan bəy Həsənof şən mahnıları ilə soydaşlarımız qarşısında çıxış etdi.
Sayqılarla
AFİ təbliğat sorumlusu
Pərvanə Urmulu
Yeni idarə heyətin tərkibi:
Başqan:
Məmmədrza Ağapur
Muavin və təşkilat sorumlusu:
Rahim Sadıqbəyli
İlişgilər sorumlusu:
Səttar Sevigin
İnteqrasia sorumlusu:
Xaqan Baycan (Davud Savalanoğlu)
Təbliğat sorumlusu:
Pərvanə Urmulu
Maliyə sorumlusu:
Nadir Holanbrand
Katib:
Mənsur Cəsuroğlu
Əvəz edicilər:
Turan Əlisoy
Naibə Babayeva
Nizarət və təftiş komitəsi:
Aslan Ərəblui
Cavanşir Cəfərov
Flura Cəfərli
Seçki komitəsi:
Həsən Təmcidi
Əjdər Tağızadə
Səməd Fərtaş




, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir