- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Hançi qurumlar, hançi devlətlər qazanar?

BayBək, Azərbaycan | Monday, 15th October , 2007 , 06:12 [am] | Məqalə-Yazi

. Milli birligə çağırışlarda belə deyilir: hər kəs, hər nə duşuncə ilə, hər hançi bir təşkylat öyəsi olmaqdan çəkinməyərək bu birligə qatılmalıdır! Məncə bu iş yani tam bir kabüs.

Necə olur ki belə hərki hərki bir təşkylat bizə yararlı olsun?

Yuxarıda dedigim kimin, federal düşüncəsi olan soydaşlarımız Azərbaycanın gələcəginə önəm vermədən İrani qoruyurlar. Bu soydaşlara gəlin bir olalim dəmənin nə anlami olacaq?



Bilinən əski model devlətlərin zamani soğuşub. Artiq yeni devlətçilik dönəmindəyik.

Əskilərdə devlət dedigin bir şəxs olurdu. Adına şah, zar, peyğambər qoyub, bir milləti ya bir ülkəni yönətirdi. Sözu sözdu və əmrinə itaət etmək vacib!

Ama artiq o şahlardan, zarlardan və peyğambərlərdən əsər yoxdur modern devlətçilikdə.

Yeni model devlətçilikdə çox qarışıq bir sistemlə qarşi qarşyia oluruq. Daha devlət bir adam, bir qurup ya bir partyadan oluşmur. Hər bir iqtidarın, ən azi bir kölgə devləti yaranmaqdadır. Bunların öz içlərində bilə, çox çeşitli havalar çalan dallar vardır.

İqtidarda olan partyanın iç və dış işlərinə baxan dallaın, dəyişik dialoqlar, dəyişik politikalar və çox gizli qaynaqlari vardır. Yani ki, önəmli bir qonuya, ən azi 4 yoldan giriş yaparlar. Hır bir yol isə, bəlki o biri yollarla tam tərs gözə gəlsin. Bu işdə önəmli olan bir məsələdir, devlətin qazanmasi.

Eyni iş, kölgə devlətdədə yörütülür. Sizin bildigniz kimin, bir qonuya, bəlli bir partyanın yaxlaşmalari, tam şaşırdıcı bilə ola bilsin.

Örnəyin, yerkökü ilə dəyənək politikasın hamımız bilirik. Bu politikani yörüdən bir partya, bəllidir ki çox önəmli bir gucə sahıbdır və öz istəklərin əldə etmək üçün guclu bir tor yaradıb, qurbani hardan gəlirsə, tora duşmuş sayilir. Və ondan daha önəmlisi budur ki bu işlər yalqiz bir ülkənin adına yapılır! Yani ki, iqtidar ya muxalifət, bu dal ya o dal, hamısı bir hədəfə doğru ilərləyirlər.

Ama, mələsəf, bizim politikaçılar, hələ bu işə başlamış dıyirlər, və ya hatta, onu anlamış bilə görünmürlər!

Azərbaycanda, xususilə Güney adına çalışan politikaçilar ən önəmli noxtayi ünütmüş kimin davranırlar. Azərbaycani əldə etmədən, ona yol çizirlər!

Bizim durum artiq partlama zamanına çatmışdır. İndiki dönəm, bizim üçün ölüm-yaşam mucadiləsinın tam sonların yansıtmaqdadır. Yararlanmaq üçün, diqqatli olmaq lazimdir. Yaşaya bilirik, ölədə bilirik!

Mənim ən başdan, federalismə inandiğim olmayib. Federalismın bizə verdigi və bizdən aldiği varliqlar, eyni indiki halimizdir. Yalqiz, ad dəyişəcək. Fars sömürgəçiligi olacaq Federal İran. İndi, bu işə boyun əyən, bu yolu rəklam edən, bu yolda savaşan və qurum quranların bizimlə nə ilgiləri ola bilir?

Azərbaycan adına bir çoxlu qurum qurulub. Hamısı az ya çox işlər görub və özlərin var sanıblar. Ama, əslində, əldə edəcəklərinə varmadan dağılıb, tükənib və ünütülüblar. Nədən? Çünkü nə istədiklərin bilməyiblər.

Azərbaycan özgür olmayinca, bu qurumların hiç biri doğru düzgün yarar verə bilməyəcəklər.

Bir zamanlardır ki Azərbaycanda təşkylatlanma sözü meydana girıb. Bu ən önəmli işdir ki bu dönəmdə yapılmalıdır. Yani ki, Azərbaycanda bir ya iki guclu təşkylat yaranmalıdır.

Ama, bu təşkylatlar nədən və kiminlə yaranmalıdırlar? Təbi ki, qurtuluşun önəmini bilən, Azərbaycani tanyianlar və Azərbaycani sevənlərdən.

Bir çox soydaşımız və tanıdığımız fəal, birləşmə yoluna girmiş sayilırlar. Bu soydaşların amaci, dağanaq olan guclərimizin bir araya toplanmasıdir. Bu iş, olduqca alqışlanmalıdır.

Ama yaziq ki işin kötü yönləri önəmsənməyibdir ən önəmlisi, syiasi düşüncənin unutulmasıdır.

Milli birligə çağırışlarda belə deyilir: hər kəs, hər nə duşuncə ilə, hər hançi bir təşkylat öyəsi olmaqdan çəkinməyərək bu birligə qatılmalıdır! Məncə bu iş yani tam bir kabüs.

Necə olur ki belə hərki hərki bir təşkylat bizə yararlı olsun?

Yuxarıda dedigim kimin, federal düşüncəsi olan soydaşlarımız Azərbaycanın gələcəginə önəm vermədən İrani qoruyurlar. Bu soydaşlara gəlin bir olalim dəmənin nə anlami olacaq?

Mənim zamanlar öncə önərdigim bir yol olubdur, hala o inancdayam. Azərbaycani qurtaracaq olan yalqiz bir yol var və oda milli inanca sahib olan bir partyanın yaranmasıdır. Bu partyada irqçiliq dəyir, millətçilik yaşayacaq.

Hər millət kimin, bizimdə çeşitli qatlarımız vardır. Hər inancdan, hər rəngdən və hər bölgədən çəşitli çeşitli insanlarımız var. Bunların bir eksikləri vardır ki oda vətəndir.

Vətənimiz bizim əlimizdə dəyir. Mən belə inanıram ki öncə vətən özgür olmalıdır, daha sonra onu yönətmək yöntəmləri tartışılmalı.

Fars-İrançiların səsi yüksəlməkdədir. Hər gün yeni bir toplanti, yeni bir pilan və yeni bir ortaq bulurlar. Biz ama, hələ boş birlik yaratmağla oğraşırık! Zamansa, geçib gedir! Savaşsa, ölüm-yaşam savaşıdır.

Bizi birligə çağıran səs yalqiz vətən və özgürlukdur. Başqa yollar caydırıci, qondarma və düşmən yoludur.

Sizcə bizim gələcək üçün yaranacaq olan devlətimizin, çeşitli dallari, inancli Azərbaycanlılari və güclu kölgəsi var mi?

Bizim birligimiz milli birlik olmalıdır, qarmaşa bazari yox!

Təbrizli Baybək
14/10/2007
Glasgow

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1256.azr
azeribaybak[at]gmail.com