- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

YENİ İQTİDAR PARTİYASI YARADILIR?!

BayBək, Azərbaycan | Monday, 15th October , 2007 , 21:31 [pm] | İç Xəbərlər

. “Ölkənin birinci xanımının adından partiya yaradılır. Ayrı-ayrı adamlar dövlət idarələrinə gedərək orada çalışan məmurlara həmin partiyaya üzv olmaq üçün anket paylayırlar”. Bu barədə redaksiyamıza etibarlı mənbə məlumat verib. Mənbə bildirir ki, o, özü şəxsən Bakı kəndlərinin birində poçt işçilərinə belə anketlərin paylanmasının şahidi olub: “Anket paylayan şəxs bildirdi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva partiya yaradır. Bildirdi ki, partiya tezliklə qurultay keçirəcək, onun sədri isə Mehriban Əliyeva olacaq”.


Bakı kəndlərində birinci xanımın adından təşkilat qururlar.
Təbliğat aparılır ki, rejim bu dəfə şirvanlılara “stavka” edəcək.

“Ölkənin birinci xanımının adından partiya yaradılır. Ayrı-ayrı adamlar dövlət idarələrinə gedərək orada çalışan məmurlara həmin partiyaya üzv olmaq üçün anket paylayırlar”. Bu barədə redaksiyamıza etibarlı mənbə məlumat verib. Mənbə bildirir ki, o, özü şəxsən Bakı kəndlərinin birində poçt işçilərinə belə anketlərin paylanmasının şahidi olub: “Anket paylayan şəxs bildirdi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva partiya yaradır. Bildirdi ki, partiya tezliklə qurultay keçirəcək, onun sədri isə Mehriban Əliyeva olacaq”.

Bu ilginc məlumatı verən mənbə əlavə etdi ki, poçt işçiləri anketləri götürsələr də onlara yeni partiyaya üzv olmağı təklif edən şəxsə cavab verərkən tərəddüd ediblər: “Onlardan biri Yeni Azərbaycan Partiyasının üzvü olduğunu bildirdi və dedi ki, başqa partiyaya keçmək üçün müdirlə məsləhətləşməlidir”.

Bu məlumatla bağlı bilgiləri artırmaq məqsədilə redaksiyamızın mənbələrinə müraciət etdik. Məlum oldu ki, Mehriban Əliyevanın adından partiyanın yaradılması istiqamətində fəaliyyət təkcə bir kənddə anketlərin paylanması ilə məhdudlaşmır. Bakının Maştağa qəsəbəsindəki mənbəmiz aşağıdakıları dedi: “Bu, yeni məsələ deyil. Artıq bir neçə aydır ki, Maştağada da bu istiqamətdə ciddi iş gedir. Qəsəbəyə Mehriban xanımın adamları gəlmişdilər. Onlar bəzi ağsaqqalları yığıb toplantı keçirib və təşkilati işlər aparıblar. Deyiblər ki, indi bütün ölkə boyunca Mehriban Əliyevanın partiyası yaradıldığı üçün Maştağada da yerli təşkilat formalaşmalıdır. Ağsaqqallara işarə edilib ki, bu partiyanın rəhbərliyində şirvanlılar çoxluq təşkil edəcək. Maştağa təşkilatının gələcək rəhbərləri də artıq müəyyənləşib”.

Hakimiyyət dairələri ilə əlaqələri olan mənbələrimiz vasitəsilə bəzi məmurların məsələyə münasibətini öyrənməyə çalışdıq. Məlum oldu ki, iqtidar düşərgəsində bir çoxları M.Əliyevanın adından partiya yaradılması işindən xəbərsizdir. Mənbəmizin məsələ ilə bağlı əlaqə saxladığı məmurlar xəbərə ciddi maraq göstərib onun detallarını aydınlaşdırmağa çalışdılar. Onlardan biri isə bu məlumatdan şoka düşdüyünü belə gizlətməydi.

M.Əliyevanın adından partiya yaradanlar kimlərdir? Onlar öz işlərinin rəvan getməsini təmin etmək üçün Heydər Əliyev Fondunun rəhbərinin adından istifadə edirlər, yoxsa hakimiyyətə və YAP-a dəstək məqsədilə ikinci iqtidar partiyası yaradılır?

Bu suallar ətrafında öz mülahizələrini irəli sürən müşahidəçilərin fikirləri müxtəlifdir. Bəzi mülahizələrə görə, hakimiyyət bu yolla ona dəstək verən elektoratın coğrafiyasını genişləndirmək istəyir. Qeyd edilir ki, son 4 ildə ermənistanlıların iqtidardan incik düşməsi hakimiyyəti öz sosial bazasını genişləndirmək istiqamətində addımlar atmaq məcburiyyətilə üzləşdirib. Yaxın dövrlərdə təhsil naziri Misir Mərdanovun vəzifədən çıxarılacağı, eləcə də iqtidarın orta və aşağı eşalonunun sabiq səhiyyə naziri Əli İnsanovun tərəfdarlarından təmizlənəcəyi proqnozlaşdırılır. Müşahidəçilər onların yerinin yeni yaradılan partiyanın təmsilçilərinə təhvil veriləcəyini də istisna etmirlər.

Həmçinin ehtimal edilir ki, hakimiyyət düşərgəsində ikinci bir partiyanın yaradılması iqtidarın gələcək planları ilə bağlıdır. Həmin ehtimala görə, yeni partiya 2010-cu ildəki parlament seçkilərində hakimiyyəti dəstəkləyən, amma onun keçmiş səhvlərinə görə məsuliyyət daşımayan ayrıca bir qüvvə kimi iştirak edə və uğur qazana bilər. Güman olunur ki, indi yaradılan partiyanın əsas məqsədi 2013-cü ilin prezident seçkilərindən sonra aparıcı iqtidar partiyasına çevrilməkdir.

Onu da qeyd edək ki, hakimiyyətdəki “köhnə qvardiya”çıların tədricən sıxışdırılması yenilik deyil. Mərhum dövlət başçısı Heydər Əliyevin yaxın silahdaşlarından olan Əli İnsanovun, Sirus Təbrizlinin, Əli Əlirzayevin aqibəti buna misaldır. Yaxın günlərdə barəsində məhkəmə hökmünün çıxarılacağı gözlənilən Fərhad Əliyev də 2003-cü ilə qədər hakim ailənin “hesabdarı” kimi tanınırdı. Onu da xatırladaq ki, İlham Əliyev 2003-cü ilin seçki kampaniyası dövründə Heydər Əliyevin komandası ilə birgə işləyəcəyi barədə vəd vermişdi.

İndi tədricən İlham Əliyevin öz komandasını formalaşdırması prosesi gedir. Əgər dövlət başçısı 2008-ci il seçkilərini özü üçün uğurla adlada bilsə, şübhəsiz ki, onun yeni komanda formalaşdırmaq istiqamətində fəaliyyəti daha da sürətlənəcək. İstisna deyil ki, iqtidar düşərgəsində yeni partiya yaradılmasının bu planlarla da bağlılığı var.

Yeni partiya ilə bağlı izahlardan biri də ondan ibarətdir ki, hakimiyyətdə təmsil olunan ayrı-ayrı klanlar arasında iqtisadi ziddiyyətlərin siyasi müstəviyə keçməsi labüddür. Söhbət ölkə sərvətlərinin yenidən bölüşdürülməsi prosesində ortaya çıxan ziddiyyətlərdən gedir.

Digər tərəfdən, bizdə hələ əvvəlcədən olan məlumatlara görə, xanım Əliyevanın iqtidardakı regional və etnik qruplaşmaların rəhbərlərinə ciddi antipatiyası var. Xüsusilə kürd qruplaşmasını sevməyən və zaman-zaman onlara qarşı müəyyən addımlar atan hörmətli Mehriban Əliyevanın ölkə prezidentinin ətrafında daha sivil, müasir dünyagörüşlü və Bakı mentalitetinin daşıyıcıları olan kadrları görmək istədiyi söylənilir.

Bu və digər məsələlərlə bağlı aldığımız yeni məlumatları dəqiqləşdirməkdəyik. Ehtiyac olsa, mövzuya qayıdacağıq.musavat

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1260.azr
azeribaybak[at]gmail.com