- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Azərbaycan Milli Party (Güney) təməlləri
BayBək, Azərbaycan | Wednesday, 17th October , 2007 , 09:34 [am] | İç Xəbərlər
![]() |
. | Azerbaycan türk torpağıdır, bölünməzdir
TƏMƏLLƏR – ÖZƏT MP, Milli Party olaraq, milli idiolojisilə, işə başlayib. Milli Party inanır ki, Azərbaycan bir bütövdür, və, bütov Azərbaycan Türk millətinə ayiddir, ama, hələlik, iki tanınmış, və çoxlu tanınmamış parçaya bölünübdür. MP, güney parçada işə başlayib və milli müstəqillik uğrunda savaş aparacaq. MP, öz savaşına demokratik dirəniş və qarşidurma adi verir və Azərbaycan, xususilə güney parçanın özgürlügüna, hər yönlu ilərləmə və savaş aparmağa cəhd göstərəcək. Gələcəkdə, Azərbaycanın ikyiə bölünmüş parçalarinın birləşməsi, və ya Türk dünyasına girmək |
(Bu yazi özəl olaraq BayBak üçün hazırlanıb)
Azerbaycan türk torpağıdır, bölünməzdir
TƏMƏLLƏR – ÖZƏT
MP, Milli Party olaraq, milli idiolojisilə, işə başlayib. Milli Party inanır ki, Azərbaycan bir bütövdür, və, bütov Azərbaycan Türk millətinə ayiddir, ama, hələlik, iki tanınmış, və çoxlu tanınmamış parçaya bölünübdür. MP, güney parçada işə başlayib və milli müstəqillik uğrunda savaş aparacaq. MP, öz savaşına demokratik dirəniş və qarşidurma adi verir və Azərbaycan, xususilə güney parçanın özgürlügüna, hər yönlu ilərləmə və savaş aparmağa cəhd göstərəcək. Gələcəkdə, Azərbaycanın ikyiə bölünmüş parçalarinın birləşməsi, və ya Türk dünyasına girmək üçün, milli səs alındıqdan sonra, sonucu, öz syiasətinə görə onaylayacaq. MP bu durumda, adının sonuna “Güney” artırıb və Azərbaycanın Güney bölumunə yönəlik, hər yerdə, çalişacaq. Ama, gələcəkdə, birlik hayata geçdigi durumda, “Güney” keliməsi aradan çixardılacaq. MP teror və haqsiz saldırıları, habelə zorakiliğ və sömurgəçıliği qınayir, belə işləmlərə qarşi durub, və, onlardan bağlantısız qalmağa çalışacaq. MP, Azərbaycan milli haqların savunmağa və qorumağa çalışır, və, Azərbaycan milli haqlarına qarşi olanlara, düşmən adi verir.
1- Kimlik
1.1- Kişisəl
Insanın nə, və, necə olmağ istəgi, və, tam özgür olması danılmaz bir gərçəkdir. Ama, ınsanlari birbirindən ayiran, çeşitli toplumlar yaradan və özəl təməllər sunan, onların kimilkləridir. Kimlik, hər bir ınsanin, bəlli soydan doğduğu, yaşadiği yer, yetişdigi və istədigi ortamala bağlantıda olmaqdadır. Ancaq, tarixi baxımdan, ayirılmış ınsanların toplumlarına ayid olan özəlliklər və təməllər, yeni çağda, yeni açiqlama ortaya qoyur. MP baxımından, Azərbaycan kimligi, Türk olmaq və Azərbaycan varliğina inanmaqdan oluşur.
1.2- Toplumsal
Aydındır ki yeni çağda yaranan toplumlar, tam olaraq bir soydan oluşmayiblar. MP, Azərbaycan kimliginə, özəl özən verərək, Azərbaycanda yaşayan ınsanların özgür olmasına inanır. Bu özgürlük, başqalarına, zaman zaman, Azərbaycanli kimligi daşyianlardan, qısıtli ola bilir, ancaq, MP baxımından, ulusal özgürlüqların uyqulanmasi, Azərbaycan milli mənafeinə sorun yaratmadan, Azərbaycan üçün, önəm daşımaqdadır.
2- Yaşayiş
2.1- Kişisəl
Azərbaycanli olmaqdan yararlanaraq, toplumun ortaq qurallarıni pozmadan, başqalarına təhlükə olmayib, təhlukə yaratmadan, tam özgürlüklə yaşamaq, qorunmaq, yararlanıb, yararlandırmak və ilərləmək, MP baxımından, bir təməl sayilır. Hər bir insan, yaşadiği yerdə, qazanc verib, və, qazanmalıdır.
2.2- Toplumsal
Çağ gərəklərinə uyqun, toplumda yaşayanların çoxluğunun istəyi, və, yetkisilə, tarixi gələnəklərə dayanaraq, yaranan quralların uyqulanması, MP üçün önəm daşıyir. Ama, əgər bu qurallara uymayan Azərbaycanlı, başqasına təhlukə yaratmamişsa, suçlu sayilmamalıdır.
2.3- Ulusal
MP ulusal özgürlük quralların uyqulanmasın dəstəkləyir, ancaq ulusal olaraq onaylanan qurallar, Azərbaycan milli mənafeyinə qarşi olmamalidırlar. MP, Azərbaycan milli mənafeyinə, içəridə və dişarida, zidd olan ulusal quralları, pozdurmağa çalışacaq.
2.4- Soydaş
Türk, Azərbaycanda, soydaş olaraq yaşaya bilir. Ama, bu yaşayiş, tam anlamında Azərbaycan iç qurallaryila uyqun, və, Azərbaycan devlətinin bilgisilə olmalıdır.
2.5- Vətəndaş
Azərbaycan devlətinin yetkisinə inanan, onaylanan qurallara uyan və topluma yardımci olan, hər bir özgür ınsan, MP baxımından vətəndaş tanına bilir. Bu durumda, Azərbaycan devləti tərəfindən yaranan, onaylanan və qorunan bəlgə almaq gərəklidir. Azərbaycanda yaşayan hər bir ınsan, devlət tərəfindən bəlgə almaq məcburyiətindədir. Azərbaycan kimligini daşyian, devlət tərəfindən özəl tanınan, və ya, gəzi-iş üçün, Azərbaycan sınıralri içində olan hər bir ınsan, devlətın tam qoruma altinda olmalıdır. Bu yaşayiş, tam anlamında, Azərbaycanın iç qurallaryila uyqun, və, devlət bilgisilə olmalıdır.
2.6- Qaçqin/Köçkün
Geçici olaraq, Azərbaycana köçən/qaçan, hər bir ınsan, Azərbaycan milli mənafəinə qarşi olmadan, və, toplumsal qurallari pozmadan, bəlli bir sürə içində, yaşaya bilir. MP, köçkünlərin/qaçqınların yaşam, çalışma və davranışlarının göz altında olmasına inanaraq, onların tam özgürlüklərının, devlətin qərar verdigi bölümlərinin, qısıtlanmasina inanır.
2.7- Əyitim
MP, əyitimə özəl önəm verir. İlk və orta öyrətim, hər bir Azərbaycan vətəndaşi üçün, ortaq şəkildə sunulmalıdır. Azərbaycan devləti, pul almadan, ama, zaman zaman, vətəndaş yardımların ala bilmək imkanından yararlanaraq, tüm vətəndaşlara, qolaycasına əyitım durumu yaratmalıdır. Çeşitli azlıqlara, bəlli biçimdə, bəlli səvyiədə və özəlcəsinə hazırlanmış, öyrətim ortamları yaranmalıdır. Bu özəllik, Azərbaycan milli mənafina qarşi olmamalıdır. Azlıq sayisi, və, Azərbaycan milli mənafeın göz önünə alaraq, devlət kontroluyla, azlıqlar, öz dillərində və kültürlərində, ilk əyitım ala bilirlər. Bu işə qolaylıq sağlamaq üçün, devlət tərəfindən yardım vərilməlidir. Ancaq, Azərbaycan əyitimi, hər kəs üçün, ana yöntəm olaraq, gücdə qalmalıdır. Hər durumda, azlıq sayisi, Azərbaycanli sayisının üçdə də birındın az olmalıdır.
2.8- Sağlıq
Sağlam və gəlişmiş toplum, sağlam və əyitimli ınsanlardan oluşur. MP, ilkəl sağliq yardımlarını, devlət görəvi sayaraq, və, vətəndaşların çeşitli yollarla verdigi yardımlara baxaraq, devlət tərəfindən verilməsinə inanır. Toplumsal sağliq, tum vətəndaşların görəvidir.
2.9- İş və Ürətim
Azərbaycan vətəndaşi, öz vətəni üçün çalişmalıdır. Əyitim və yetənəklərə dayanaraq, çalişma imkani yaratmaq, devlətin görəvidir. Üzman və verimli vətəndaşların çalişmalarına özən verərək, umum vətəndaşlar üçün uyqun iş və yetərli gəlir sağlamaq MP üçün ilkəl görəvlərdən sayilir. Bəlli bir dönəmlərdə, çeşitli yöntəmlərlə, hər bir vətəndaş, toplumsal yardımlara, qatılmalıdır. Bu yardımlar, künülli, və ya, görəv olaraq, devlət tərəfindən, vətəndaşlardan istəniləcəkdir.
3- Vətən
3.1- Sınır
3.1.1- Tanıtım
Azərbaycan, hələlik tam anlamında özgür olmadiği üçün, milli və coğrafi baxımından təhlukədə olduğu üçün, yeni çağa giriş yapmaq üçün və guclu olmağ üçün, hər bir Azərbaycanlının, milli çapda çalışmasın gözləyir. Milli istək və bilimsəl çalışmalar sonucu, Azərbaycan sınırlarıni, doğru və bilimsəl olaraq, çizdikdən sonra, ulusal olaraq, onu tanitmaq üçün, bir dönəm, geniş işləmlər yapılmalıdır.
3.1.2- Qoruma
Bəlli olan, onaylanan və tanıtılan sınırlari, iç və dışda qorumaq, tam anlaminda devlətin görəvidir. Bu görəvi yapmaq üçün, MP hər imkandan yararlanmaği onaylayir. Devlətin, vətəni qorumağ üçün, vətəndaşların qatqısi, və, doğal varliqların uyqun qullanılmasi, və, ilərləmiş yöntəmlərlə yaranan fırsatlari dəyərləndirmək, MP baxımından önəm daşıyir.
3.1.3- Bu günümüz
Azərbaycan son yüz ildə inanılmaz şəkildə, kultur və coğrafyia baxımından dağıtılıb. Bəlli syiasətlər sonucu, parça parça olan vətənimiz, bir bölümdə, özgür devlət qurmaği başarıb, ama, başqa tərəfdən, bəlli və gizli şəkildə, torpağlarımız, qomşulara pay verilib, və ya, duşman tərəfindən işqal olunub. Azərbaycanın böyük parçasi işqal altındadır. Bəllidir ki bir sıra nədənlərdən ötür, tarixi torpağlarımızı bizdən alıblar, ama, bunun anlami, o torpağlari, ünütmaq olmamalıdır. MP, öz syiasətində, milli torpağlarımızın, ulusal və demokratik yollarla, birləşməsini istəyir. Milli çapda istəkləri gözə alaraq, MP, bu yolda, bir sıra güc qullanılmasını qaçınmaz bilir. Özgür Türk devlətlərinə və onların hakimyiətlərinə sayqi duyaraq, MP gərəkli bilir ki, oralarda yaşayan soydaşlarımızın, Azərbaycanli işçi, gəzən və ya qaçqin olanlarin, güvən və ilərləmələri üçün, önləm alınsın. MP, türk olmayan ülkələrlə, iki tərəfli çalişmalar və anlaşmalar yapmaği, savaş olmamaq şərti öndə olaraq, ama, birtərəfli, unutulmadiği haldə, torpağlarımızın və soydaşlarımızın qorunmasına inanır.
3.2- Diş ilişkilər
3.2.1- Təhlükəsizlik
Azərbaycan torpağın, Azərbaycan vətəndaşın və Türk ınsanlarının təhlukəsiz yaşamasını sağlamaq üçün, Türk ülkələrlə, və yabanci ülkələrlə işbirligi aparmaq, önəm daşımaqdadır. Birtərəfli işbirligi, MP baxımından, təhlukəli, yararsız, gəçərsiz və dayandırılmalı sayilır. Azərbaycan milli mənafei, və, vətəndaşlari, duruma görə, içəridə və dişarıda, tam qorunmalıdır. İki tərəfli çalışmalar, qomşu ya muttəfiq ülkələrlə, devlətin nəzarəti altında, hərbi ya iqtisadi dallar tərəfindən, aparıla bilir.
3.2.2- Aliş-Veriş
Milli mənafe, hər bir diş al-ver anlaşmada, və, müqavilədə, gözdə alınmalidır, və, qorunmalıdır. Devlətin, və ya, özəl bölümün, devlət bilgisilə, yapdiği al-ver, tam anlaminda, qarşiliqli qazanc üçün, Azərbaycan qazanci yuksək ola bilmə imkanila, yapılmalıdır.
4 – Milli Party üyəlik qurallari
Yuxarıda yazılan, ana yasamızın özəti olan, Azərbaycan varliğina və MP təməl qurallarına inanan hər bir şəxs, MP üyəsi ola bilir. MP, rəsmi olaraq, üyə almağ üçün, uyqun zamanda bildiri verəcək. MP, özəlliklə, bu günlərimizdə, Güneydə çalşdiği üçün, toplu, və ya, onaylanmamış üyə almaqdan çəkinir. Ama, MP, bəlli yöntəmlərlə, sədaqətli Azərbaycanlıların, MP-yə qoşulmasına qolayliq sağlamaqdadir. Azərbaycandan üzaqda olan yetkililərimiz, çeşitli dönəmlərdə, üyələrlə birlkikdə, və ya yuxarı səvyiədə, party toplantıları qura biləcəklər
Milli Party idarə heyəti
01.06.11007
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir