- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Ərəb əsilli şəxsin axtarışı ilə bağlı Azərbaycanın Sumqayıt şəhərində keçirilən əməliyyat nəticəsində üç nəfər həbs olunub

BayBək, Azərbaycan | Wednesday, 17th October , 2007 , 15:49 [pm] | İç Xəbərlər

. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya daxil olan məlumata görə, saxlanılanlardan ikisi polisə müqavimətdə təqsirləndirilərək 15 sutkalıq inzibati cəzaya məhkum olunub. Bir nəfərə - Sumqayıt sakini Rafael Rəhimova qarşı isə Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib. O, hazırda MTN-in istintaq təcridxanasında saxlanılır. Mənbə bildirib ki, Azərbaycanda terror törətməyə hazırlaşmaqda şübhəli bilinən ərəb əsilli bir nəfərin axtarışı isə hələ də nəticəsiz qalıb.


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Sumqayıt şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının Sumqayıtda keçirdikləri birgə əməliyyat nəticəsində Sumqayıtda bir evdə kirayədə yaşayan üç nəfər saxlanılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya daxil olan məlumata görə, saxlanılanlardan ikisi polisə müqavimətdə təqsirləndirilərək 15 sutkalıq inzibati cəzaya məhkum olunub. Bir nəfərə - Sumqayıt sakini Rafael Rəhimova qarşı isə Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib. O, hazırda MTN-in istintaq təcridxanasında saxlanılır. Mənbə bildirib ki, Azərbaycanda terror törətməyə hazırlaşmaqda şübhəli bilinən ərəb əsilli bir nəfərin axtarışı isə hələ də nəticəsiz qalıb.

Onun hazırda Azərbaycanda olub-olmadığı məlum deyil. Məlumata görə, vəhhabi təriqətinə mənsub olan bir qrup şəxs Sumqayıtda kirayə ev tutub. Sumqayıt sakini R. Rəhimov da həmin şəxslərlə birlikdə yaşayırmış. Hazırda axtarışda olan ərəb əsilli şəxs onlara qonaq gəlib. Ərəb əsilli şəxsin tutulması üçün keçirilən əməliyyat zamanı Sumqayıtda əməliyyatçılarla təriqət üzvləri arasında atışma olub. Sözügedən evə baxış zamanı isə oradan partlayıcı maddə tapılıb. Mənbənin sözlərinə görə, sentyabrın 26-da Qusar şəhərində keçirilən əməliyyat da bu işlə əlaqəli olub.

Qeyd edək ki, MTN-in Qusar rayon şöbəsi və rayon Polis Şöbəsi əməkdaşlarının 31 yaşlı rayon sakini Telman Abdullayevin yaxalanması məqsədilə keçirdiyi əməliyyat zamanı həmin şəxs axtarış aparmaq üçün evinə daxil olan Qusar RPŞ-nin baş əməliyyat müvəkkili Qalib Quliyevə və sahə müvəkkili Murad Məlikova “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə hər iki polis əməkdaşı yaralanıb. Sinəsindən yaralanan Q. Quliyev sonradan dünyasını dəyişib. Vəhhabi təriqətinə mənsub olduğu bildirilən T. Abdullayev isə hələ də tutulmayıb.

Sentyabrın 30-da MTN Xaçmaz şöbəsi Xudat şəhərində vəhhabi kimi tanınan şəxslərin - Xudat şəhərinin keçmiş imamı Nadir Xosrovoğlunun, AMİP fəalı Şaban Eyvazovun və Qarabağ əlili Vaqif Talıbovun da evində axtarış aparıb.

Axtarışlar zamanı külli miqdarda dini ədəbiyyat, bir ədəd tir tüfəngi, bir ədəd xəncər və digər əşyalar aşkarlanıb. Şaban Eyvazov və Vaqif Talıbov polisə aparılsalar da, sonradan sərbəst buraxılıblar.apa

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1282.azr
azeribaybak[at]gmail.com