- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Türkiyə parlamenti ordunun İraqın şimalında hərbi əməliyyat keçirməsinə icazə verib

BayBək, Azərbaycan | Wednesday, 17th October , 2007 , 22:42 [pm] | İç Xəbərlər

. Mətbuata açıq keçirilən müzakirələrdə bütün parlament fraksiyalarının nümayəndələri söz alaraq təmsil etdikləri siyasi qüvvənin mövqeyini açıqlayıblar. Kürdlərdən ibarət Demokratik Toplum (Cəmiyyət) Partiyasının (DTP) nümayəndəsi Səlahəddin Dəmirtaş indiyədək İraqın şimalında 24 dəfə hərbi əməliyyat keçirildiyini, amma bunun problemin həllinə gətirib çıxarmadığını bildirib. O, qanın axmasının yalnız dialoq yolu ilə dayandırıla biləcəyini söyləyib.


Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkə Silahlı Qüvvələrinə İraqın şimalında PKK terror təşkilatına qarşı hərbi əməliyyat keçirmək icazəsi verən qərar layihəsini qəbul edib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, qərar layihəsinin lehinə 507, əleyhinə isə 19 millət vəkili səs verib.

Mətbuata açıq keçirilən müzakirələrdə bütün parlament fraksiyalarının nümayəndələri söz alaraq təmsil etdikləri siyasi qüvvənin mövqeyini açıqlayıblar. Kürdlərdən ibarət Demokratik Toplum (Cəmiyyət) Partiyasının (DTP) nümayəndəsi Səlahəddin Dəmirtaş indiyədək İraqın şimalında 24 dəfə hərbi əməliyyat keçirildiyini, amma bunun problemin həllinə gətirib çıxarmadığını bildirib. O, qanın axmasının yalnız dialoq yolu ilə dayandırıla biləcəyini söyləyib.

Cümhuriyyət Xalq Partiyası (CXP) adından çıxış edən sabiq diplomat Şükrü Ələkdağ qərar layihəsinə cani-könüldən dəstək verəcəklərini bəyan edərək Türkiyənin parçalanmasına yönələn planlara diqqət çəkib. PKK-nın “Böyük Kürdüstan” xəyalını həyata keçirmək istədiyini vurğulayan Ş. Ələkdağ ABŞ-ı sərt tənqid edib. O, ABŞ-ın həm PKK, həm də İrana qarşı fəaliyyət göstərən PJAK terror təşkilatından siyasi kart kimi istifadə etdiyini deyib.

Milliyyətçi Hərəkat Partiyası (MHP) adından çıxış edən sabiq diplomat Dəniz Bölükbaşı Ərdoğan hökumətini tənqid atəşinə tutaraq İraqa hərbi müdaxilənin gecikmiş qərar olduğunu bildirib. O, qərar layihəsinin lehinə səs verəcəklərini açıqlayaraq ordunu sona qədər dəstəkləyəcəklərini vurğulayıb. Ədalət və İnkişaf Partiyası (AKP) adından Nihat Ərgünün çıxışından sonra ədliyyə naziri Cəmil Çiçək söz alaraq hökumətin mövqeyini ifadə edib. Onun sözlərinə görə, xarici dəstək olmadan heç bir terror təşkilatı uzun müddət yaşaya bilməz.

PKK-ya da məhz ölkə xaricindən dəstək verildiyini vurğulayan nazir Türkiyənin terrorla mübarizədə indiyədək 320 milyard dollar maddi itkiyə məruz qaldığını açıqlayıb.apa

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1284.azr
azeribaybak[at]gmail.com