- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Pakistan Benazir Bhuttonu sevinclə qarşıladı

BayBək, Azərbaycan | Friday, 19th October , 2007 , 00:18 [am] | Dış Xəbərlər

. Xarizmatik müxalifət lideri Benazir Bhutto Pakistanı ona qarşı korrupsiya ittihamlarının irəli sürülməsi ilə bağlı mühacirət etmişdi.

İndi isə xanım Bhutto, ölkənin hərbçi lideri - general Pərviz Müşərrəflə əldə olunmuş razılaşma əsasında, ona qarşı irəli sürülən ittihamlar geri götürüləndən sonra, Pakistana qayıda bilib.



Səkkiz illik mühacirətdən qayıdan keçmiş baş nazir Benazir Bhuttonu pakistanlılar təntənə ilə qarşılayıblar.

Onu qarşılamaq üçün Kəraçi hava limanına minlərlə tərəfdarı toplaşmışdı.

Xarizmatik müxalifət lideri Benazir Bhutto Pakistanı ona qarşı korrupsiya ittihamlarının irəli sürülməsi ilə bağlı mühacirət etmişdi.

İndi isə xanım Bhutto, ölkənin hərbçi lideri - general Pərviz Müşərrəflə əldə olunmuş razılaşma əsasında, ona qarşı irəli sürülən ittihamlar geri götürüləndən sonra, Pakistana qayıda bilib.

Sadə pakistanlıların çoxu Benazir Bhuttonun ölkəyə qayıtmasını demokratiyanın qayıdışına ümid verən hadisə kimi qiymətləndirilər.

Bununla belə, onun keçmişlərdə iki dəfə baş nazir olmasının sadə adamlara elə bir şey gətirmədiyi də yaddaşlardadır.

Buna görə də ekspertlərin fikrincə, indi xanım Bhuttonun ilk vəzifəsi nəinki sadə seçicilər, hətta özünün bir sıra partiyadaşları arasında nüfuzunu bərpa etməkdən ibarət olmalıdır.

Bu da qeyd olunmalıdır ki, onun vətənə dönüşü vətənin olduqca qeyri-müəyyən dövrünə təsadüf edir.

Bu da qeyd olunur ki, Pakistan Ali Məhkəməsi həmçinin xanım Bhuttoya bağlı korrupsiya ittihamlarının qaldırılması iddiasına baxacaq.

Bəzi ekspertlərin fikrincə, bu ittihamların təzələnməsi nəzəri cəhətdən istisna olunmur.bbc

BayBak, All about a Nation, Bir millətin səsi

==========
Buna bağli olan yazılar


Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1293.azr
azeribaybak[at]gmail.com