- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Azərbaycan Fedrasiyonu-İsveçin (AFİ) İran rejimi tərəfindən həbs olunmuş milli hərəkat fəalları ilə bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara və soydaşlarımıza müraciəti
BayBək, Azərbaycan | Friday, 19th October , 2007 , 19:25 [pm] | İç Xəbərlər
![]() |
. | Bu günlər həbsxana divarları arasında işgəncə görən milli hərəkatçı Elyaz Yekanlı çox ağır durumda olduğundan xəbərlər gəlir. Cismi və ardıca ruhi-rəvani işgəncələr nəticəsində həyatı təhlükə altındadır. Bir-çox sayılı tutsaqlanan gənclərimiz aclıq aksiyasına başlamışlar və hazırda onların həyatı sön dərəcədə ağır bir duruma düşmüşdür. Əbdullah Əbbasicavan, Salih Kamrani, Səid Mətinpur, Cəlil Qənilu, Behruz Səfəri, Cavad Həsənpur, Leyla Heydəri, Məhnaz Muhəmmədzadə və yüzlərcə digər milli hərəkat fəalı yenidən həbsə salınaraq işgəncə görməkdədirlər. |
Dəyərli xanımlar və cənablar!
Hamınızın bildiyi kimi, İran adlanan ölkədə qeyri fars millətindən olan bütün insanların mədəni, mənəvi və insan haqları tapdalanmaqda, bu haqlar uğrunda mübarizə aparmaq istəyində olanlar isə Tehran rejimi tərəfindən müxtəlif metodlarla öldürülməkdə, təqib olunmaqda, həbsxanalara salınaraq ağır işgəncələrə məruz qalmaqdadırlar. Təqiblər və həbslər bu ilin may ayında ”İran” adlı rəsmi dövlət qəzetinin səhifələrində dərc olunmuş karikatura vasitəsi ilə Türk millətinin təhqir olunmasından sonra daha geniş vüsət almışdır. Davamlı təhqir və aşağılanmalara dözüm gətirməyən İran adlanan ölkədə yaşayan türk milləti bu hadisədən qəzəblənərək küçələrə çıxıb öz sivil mübarizələrini davam etdirmişlər. Bu hadisələr zamanı coxlu sayda söydaşlarımız öldürülmüş, yaralanmış, həbs olunmuş, həbsxanalarda işgəncələrə məruz qalmışlar.
Bu günlər həbsxana divarları arasında işgəncə görən milli hərəkatçı Elyaz Yekanlı çox ağır durumda olduğundan xəbərlər gəlir. Cismi və ardıca ruhi-rəvani işgəncələr nəticəsində həyatı təhlükə altındadır. Bir-çox sayılı tutsaqlanan gənclərimiz aclıq aksiyasına başlamışlar və hazırda onların həyatı sön dərəcədə ağır bir duruma düşmüşdür. Əbdullah Əbbasicavan, Salih Kamrani, Səid Mətinpur, Cəlil Qənilu, Behruz Səfəri, Cavad Həsənpur, Leyla Heydəri, Məhnaz Muhəmmədzadə və yüzlərcə digər milli hərəkat fəalı yenidən həbsə salınaraq işgəncə görməkdədirlər.
Biz çox təəssüf edirik ki, bu hadisələr dünya ictimaiyyətinin gözləri qarşısında baş versə də, kimsə köməksiz qalmış bu insanlara yardım etmək iqtidarında deyildir. Çünki, insanlıqdan uzaq olan, din pərdəsi altında maskalanmış Tehran rejimi hələ ki, dünyanı aldatmaqda və bütün dünyaya meydan oxumaqda davam edir.
Biz, Azərbaycan Fedrasiyonu olaraq, dünya ictimaiyyətinə, insan haqları ilə məşğul olan beynəlxalq təşkilatlara və eləcə də bütün soydaşlarımıza müraciət edərək, təkidlə aşağıdakıları istəyirik:
1. Milli haqları uğrunda mübarizə aparan Güney Azərbaycan Türklərinin hüquqları müdafiə olunsun.
2. Milli mücadilə aparan Güney Azərbaycan Türklərinin haqlı mübarizəsi dünya ictimaiyyətinin və insan haqları ilə məşğul olan beynəlxalq təşkilatların diqqətinə çatdırılsın.
3. Haqsız yerə həbsxanalara salınmış və işgəncələrə məruz qalmış insanların azadlığına nail olunsun.
AFİ olaraq, bəyan edirik ki, biz hər zaman insan haqlarını və milli mübarizəni müdafiə etmişik, bundan sonra da müdafiə edəcəyik.
Azərbaycan Fedrasiyonu-İsveçin
Baş Komitəsi
2007/10/19
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir