- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

«Sumqayıtda həbs olunmuş 6 vəhhabi ərəb ölkələrində təlim keçib»

BayBək, Azərbaycan | Saturday, 20th October , 2007 , 19:40 [pm] | İç Xəbərlər

. «İstintaq yolu ilə müəyyən olunub ki, həmin şəxslər vaxtilə ərəb ölkələrində təlimlər keçib, bəzi təşkilatların tərkibində müharibələrdə iştirak ediblər. Belə şəxslərin Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərməsinin qarşısını hüquq-mühafizə orqanları alır», - deyə R.Usubov bildirib.


«Son günlər ölkənin bəzi bölgələrində, o cümlədən Sumqayıt şəhərində və şimal rayonlarında vəhhabilərin fəallaşması ilə əlaqədar hüquq-mühafizə orqanları birgə fəaliyyət göstərir».

APA-nın məlumatına görə, bu sözləri Baş prokurorun 1-ci müavini Rüstəm Usubov deyib. Bildirib ki, «hazırda Qusar rayon Prokurorluğunda vəhhabilərlə bağlı cinayət işinin istintaqı gedir və Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsində cinayət işi başlanıb».

Rüstəm Usubov deyib ki, 6 nəfər vəhhabi həbs olunub, onların evlərində axtarışlar aparılıb, xeyli döyüş sursatı aşkarlanıb.

«İstintaq yolu ilə müəyyən olunub ki, həmin şəxslər vaxtilə ərəb ölkələrində təlimlər keçib, bəzi təşkilatların tərkibində müharibələrdə iştirak ediblər. Belə şəxslərin Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərməsinin qarşısını hüquq-mühafizə orqanları alır», - deyə [1] R.Usubov bildirib.

BayBak, All about a Nation, Bir millətin səsi

==========
Buna bağli olan yazılar


Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1304.azr
azeribaybak[at]gmail.com
Yazıda qullanılan URL-lər:
[1] R.Us: http://R.Us