- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Türkiyədə PKK hərbi hissəyə basqın edib, 15 əsgər şəhid olub

BayBək, Azərbaycan | Sunday, 21st October , 2007 , 19:50 [pm] | İç Xəbərlər

. İlkin məlumatlara görə, terorçular Quzey İraqdakı yuvalarından çıxaraq, ağır silahlarla hərbi hissəyə basqın ediblər. Onlar ötən gecə silahlı basqın etdikləri hərbi hissənin qonşuluğundakı digər tabora aparan yoldakı körpünü də partladıblar.Bundan sonra iki hər hissə arasında əlaqəni kəsən silahlılar Yüksəkovanın Dağlıca hissənidə yerləşən taboru iriçaplı silahlarla atəşə tutmağa başlayıb.


Bu gün Türkiyənin Hakkari bölkəsinin Yüksəkova rayonunda yerləşən hərbi hissəyə PKK terror təşkilatının üzvləri tərəfindən silahlı basqın olub. APA-nın Türkiyə bürosunun xəbərinə görə, separatçıların silahlı basqını zamanı 15 əsgər şəhid olub, 14-ü isə yaralanıb.

Bəzi məlumatlarda bir neçə əsgərin itkin düşdüyü bildirilir. Ehtimallara görə, terrorçular əsgərlərdən bir neçəsini oğurlayıblar.
Yaralı əsgərlər yaxınlıqdakı hospitala yerləşdirilib. Onlardan bəzilərinin səhhətinin ağır olduğu bildirilib.

İlkin məlumatlara görə, terorçular Quzey İraqdakı yuvalarından çıxaraq, ağır silahlarla hərbi hissəyə basqın ediblər. Onlar ötən gecə silahlı basqın etdikləri hərbi hissənin qonşuluğundakı digər tabora aparan yoldakı körpünü də partladıblar.Bundan sonra iki hər hissə arasında əlaqəni kəsən silahlılar Yüksəkovanın Dağlıca hissənidə yerləşən taboru iriçaplı silahlarla atəşə tutmağa başlayıb.

Türk əsgərlərinin cavab atəşləri qarşısında dayana bilməyən terrorçuların yenidən İraqdakı yuvalarına qaçdıqları. Bu zaman isə bəzi əsgərləri girov götürdükləri bildirilib.

Bölgədə terorçuların yaxalanması üçün genişmiqyaslı əməliyyatlar başlayıb.

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1315.azr
azeribaybak[at]gmail.com