- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Polşa parlament seçkilərində müxalifətin qələbəsi

BayBək, Azərbaycan | Monday, 22nd October , 2007 , 07:21 [am] | Dış Xəbərlər

. Polşanın hakim Qanun və Ədalət partiyasının məğlubiyyəti Avropa İttifaqında əsasən müsbət qarşılanacaq.

Çünki indiki Polşa höküməti Brüsseldə oyunpozanlığı ilə tanınmışdı.

Misal üçün, Polşa mühüm sənədlərin qəbulu ilə bağlı səsvermə zamanı dəfələr ilə “veto” hüququndan istifadə edərək, həmin sənədlərin təsdiqini mümkünsüz edirdi.



Polşada exit-polun nəticələrinə görə, Bazar günü keçirilmiş parlament seçkilərində - müxalifətdə olmuş “Vətəndaş Platforması” hakim Qanun və Ədalət partiyasına böyük üstünlüklə qalib gəlib.

Polşanın hakim Qanun və Ədalət partiyasının məğlubiyyəti Avropa İttifaqında əsasən müsbət qarşılanacaq.

Çünki indiki Polşa höküməti Brüsseldə oyunpozanlığı ilə tanınmışdı.

Misal üçün, Polşa mühüm sənədlərin qəbulu ilə bağlı səsvermə zamanı dəfələr ilə “veto” hüququndan istifadə edərək, həmin sənədlərin təsdiqini mümkünsüz edirdi.

Digər tərəfdən Polşanın Almaniya ilə münasibətləri gərgin olub. Buna səbəb Polşa hökümətinin 2-tərəfli münasibətlərə 2-ci Dünya Müharibəsi prizmasından baxması olub.

Bununla belə Polşanın hakim Qanun və Ədalət partiyası keçmiş Sosialist Bloku ölkələrində kommunistlərin siyasi həyatdan tamamilə süpürülüb-atılmasının tərəfdarı olub. Bu mövgeyi bir sıra diugər Avropa ölkələri də dəstəkləyib.

Çox güman kı, “Vətəndaş Platformasının” formalaşdıracağı hökümət daha mötədil və yumşaq mövgedən çıxış etsin.

Polşanın hakim Qanun və Ədalət partiyası üçün Bazar günü keçirilmiş parlament seçkilərinin nəticələri acı olsada, hələlik bu tam məğlubiyyətdə deyil.

Çünki vəzifəsindən getməkdə olan Baş Nazirin qardaşı, Lex Kaçinski, hələ 3 il prezident vəzifəsində qalacaq.

Qanun və Ədalət partiyası isə artıq bəyan edib ki, hakimiyyətdə olduğu kimi, müxalifətdə də öz sərt prinsiplərindən geri çəkilməyəcək.bbc

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1318.azr
azeribaybak[at]gmail.com