- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Rəsmi Tehran Mahmud Əhmədinejadın Ermənistana səfərini yarımçıq qoyması barədə məlumatları təkzib edib

BayBək, Azərbaycan | Tuesday, 23rd October , 2007 , 16:39 [pm] | İç Xəbərlər

. Haşimi deyib ki, Mahmud Ahmedinejadın təkbətək və nümayəndə heyətləri arasındakı görüşlərini başa vurduğunu, səfər çərçivəsində 4 saziş və Bəyannamə imzalandığını deyib. Bu gün səhər isə İran prezidenti proqramına əsasən iş adamları və Ermənistanda olan iranlılarla və Ermənistan parlamentinin sədri Tiqran Torosyanla görüşüb: “Bununla da prezidentin səfəri ilə bağlı planlaşdırılan bütün proqram yekunlaşıb”.


Bu gün səhər İran prezidenti Mahmud Əhmədinejadın Ermənistana rəsmi səfərini yarımçıq qoyması barədə məlumatı İran prezidentinin onu səfərdə müşayiət edən sözçüsü Müştəba Səmerə Haşimi təkzib edib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, M. Haşimi prezidentin Ermənistana səfər proqramını tamamilə yerinə yetirdiyi və səfərin öncədən planlaşdırılan proqram üzrə yekunlaşdığını deyib.

Haşimi deyib ki, Mahmud Ahmedinejadın təkbətək və nümayəndə heyətləri arasındakı görüşlərini başa vurduğunu, səfər çərçivəsində 4 saziş və Bəyannamə imzalandığını deyib. Bu gün səhər isə İran prezidenti proqramına əsasən iş adamları və Ermənistanda olan iranlılarla və Ermənistan parlamentinin sədri Tiqran Torosyanla görüşüb: “Bununla da prezidentin səfəri ilə bağlı planlaşdırılan bütün proqram yekunlaşıb”.

Qeyd edək ki, İran prezidentinin Ermənistana rəsmi səfərini yarımçıq qoyaraq geri qayıtması xəbərini Ermənistan mətbuatı Robert Köçəryanın mətbuat xidmətinə istinadən yayıb.

Onu da xatırladaq ki, İran prezidenti Mahmud Əhmədinejat ermənilərin gözləntilərinin əksinə olaraq, qondarma “soyqırım” abidəsinin özünə əklil qoymayıb.

BayBak, All about a Nation, Bir millətin səsi

==========
Buna bağli olan yazılar


Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1323.azr
azeribaybak[at]gmail.com