- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

XİN rəsmisi: “Ermənistan qəbul edəcəyi hərbi doktrinası ilə Azərbaycan ərazilərini işğal etdiyini təsdiqləyir”

BayBək, Azərbaycan | Thursday, 25th October , 2007 , 01:43 [am] | İç Xəbərlər

. “Ermənistan qəbul edəcəyi hərbi doktrinası ilə Azərbaycan ərazilərini işğal etdiyini təsdiqləyir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu ilin dekabrında prezident Robert Köşəryana təqdim olunacaq Ermənistan hərbi doktrinasında yer almış “Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikası xalqının təhlükəsizliyinin qarantıdır” müddəasına münasibət bildirərkən deyib.


“Ermənistan qəbul edəcəyi hərbi doktrinası ilə Azərbaycan ərazilərini işğal etdiyini təsdiqləyir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu ilin dekabrında prezident Robert Köşəryana təqdim olunacaq Ermənistan hərbi doktrinasında yer almış “Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikası xalqının təhlükəsizliyinin qarantıdır” müddəasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, doktrinada belə bir müddəanın əksini tapdığını Ermənistanın müdafiə naziri Mikael Arutyunyan bildirib. X. İbrahimin fikrincə, Ermənistan hərbi doktrinasında belə bir müddəanın yer alması rəsmi İrəvanın özü özünü ifşa etməsi deməkdir: “Bu, birbaşa olaraq ona işarədir ki, Ermənistan nə qədər beynəlxalq ictimaiyyəti aldatmağa çalışsa da, israrla Azərbaycan ərazilərini işğal etmədiyini bildirsə də, əslində belə deyil. İrəvan rəsmilərinin bəyanatlarında tez-tez belə fikirlər səslənir ki, guya Ermənistan heç bir təcavüzə yol verməyib, erməni hərbiçiləri işğal olunmuş ərazilərdə mövcud deyillər, guya Ermənistan Ordusunun əsgərləri Azərbaycanın işğal olunmuş ərazilərində xidmət etmirlər.

Lakin doktrina layihəsi ermənilərin bu cür təbliğatını darmadağın edir və birbaşa onu göstərir ki, Ermənistan işğalçıdır, işğalçı siyasət yürütməkdə israrlıdır. Ermənistanın bu siyasəti davam etdirməsi isə münaqişənin sülh yolu ilə həllinə çox ciddi maneələr törədir”.

X. İbrahim qeyd edib ki, Ermənistan tərəfi ən qısa zamanda bu siyasətdən çəkinməlidir: “Əks halda danışıqlar vasitəsilə yaxın zamanda heç bir nailiyyət əldə olunmayacaq. Beynəlxalq ictimaiyyət və həmsədrlər bu kimi məqamlara, xüsusilə Ermənistanın hərbi doktrinasında Dağlıq Qarabağla bağlı müddəaya ciddi diqqət yetirməlidirlər”.

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1338.azr
azeribaybak[at]gmail.com