- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Türkiyə Cumhuriyyətinin İsveçdəki səfirliyinə, İsveç Türk işçi dərnəkləri federasyonuna Müraciət
BayBək, Azərbaycan | Friday, 26th October , 2007 , 23:14 [pm] | Bildirişlər
![]() |
. | Yaşadığımız dövrün bütün xalqlar üçün ən böyük bəlası hesab edilən terror çox təəssüf ki, Türkiyə Cumhuriyyətindən də yan ötməyib.Ötən əsrin 80-ci illərindən bəri PKK adıyla fəaliyyətə başlamış terror çətəsi Türkiyə sərhədləri daxilində çoxsaylı qanlı aksiyalar keçirib ki,bunun da nəticəsində yüzlərlə yaşayış və inzibati binalar partladılib yarıtmaz hala salınmış,saysız-hesabsız texnika və nəqliyyat vasitələri məhv edilmiş,onminlərlə günahsız insanlar ya şəhid olmuş ya da ömürlük şikəst yaşamağa məhkum olmuşlar. |
Yaşadığımız dövrün bütün xalqlar üçün ən böyük bəlası hesab edilən terror çox təəssüf ki, Türkiyə Cumhuriyyətindən də yan ötməyib.Ötən əsrin 80-ci illərindən bəri PKK adıyla fəaliyyətə başlamış terror çətəsi Türkiyə sərhədləri daxilində çoxsaylı qanlı aksiyalar keçirib ki,bunun da nəticəsində yüzlərlə yaşayış və inzibati binalar partladılib yarıtmaz hala salınmış,saysız-hesabsız texnika və nəqliyyat vasitələri məhv edilmiş,onminlərlə günahsız insanlar ya şəhid olmuş ya da ömürlük şikəst yaşamağa məhkum olmuşlar.
TC hüquq mühafizə orqanlarının və hərbşilərin birgə apardıqları antiterror əməliyyatları nəticəsində PKK terror örgütünün böyük bir hissəsi tam tərksilah olub susdurulmuşlar.
Lakin qonşu İraq Respublikasındakı qeyri-sabit vəziyyətdən istifadə edərək,Türkiyənin siyasi-ekonomik inkişafını heç də qəbul etmək istəməyən böyük və güclu ölkələrin dəstəyi ilə təpədən dırnağa qədər silahlandırılmış eyni zamanda güclü hərbi təlimlər keçmiş bu terrorist çətəsi İraqin ərazisindəki yüksəkliklərdə yuva salaraq Türkiyə sərhəddi boyunca təxribat xarakterli qanlı aksiyalar törədirlər.Sərhədyanı ərazilərdə törədilən bu aksiyalar zamanı Türk hərbiçiləri ilə yanaçı sərhəd boyunca yaşayan dinc əhali də qanına qəltan edilir.
Bütün diplomatik vasitələrdən istifadə edən rəsmi Ankara bunun daha mümkün olmadığını görüb hərbi əməliyyatlara qərar verib.Bu qərarın gerçəkləşməsində Türkiyə Parlamenti ilə bərabər azad ölkələrin parlamentləri və hökümətləri Türkiyə Cumhuriyyətinə dəstək veriblər.
Dəyərli qardaşlarımız, Azərbaycan Federasyonu İsveçin ətrafina toplaşdığı yüzlərlə dərnəklər adından bütün Türk millətinə və şəhid ailələrinə dərin hüznlə başsağlığı verir,terroru lənətləyərək,İsveçdə fəaliyyət göstərən Türk dərnəkləri və İsveş Türk işçi dərnəkri federasyonunun terrora qarşı düzənlədiyi bütün kütləvi etiraz tədbirlərinə qatılacağımızı bildiririk.
Tanrı Türkü Qorusun.
Sayqilarla Azərbaycan Fedrsiyasi İsveçin (AFI) İdarə heyəti adından
Başqan,
Məmməd Rza Ağapur
Stokholm(Göteborg
2007.10.26
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir