- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

BAKIDA KƏFƏNLİ AKSİYA

BayBək, Azərbaycan | Saturday, 27th October , 2007 , 01:02 [am] | İç Xəbərlər

. Bakının mərkəzində yerləşən bir sıra binaların sakinlərinin qanunsuz olaraq evlərindən çıxarılması barədə məlumatlar təzə deyil. Bu xəbərlər mətbuatda neçə aydır dərc olunur. Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəyi əsasında qəzalı vəziyyətdə olduğu bildirilən binaların biri də Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi-251 ünvanında yerləşir. Binanın sakinləri isə FHN-in rəyinin həqiqətəuyğun olmadığını, ümumiyyətlə, nazirlik əməkdaşlarının binada yoxlama aparmadığını, onların oradan kimlərinsə, hansısa oliqarxların konkret biznes maraqlarına görə köçürülməsinə qərar verildiyini bildirirlər.


Bakının mərkəzində yerləşən bir sıra binaların sakinlərinin qanunsuz olaraq evlərindən çıxarılması barədə məlumatlar təzə deyil. Bu xəbərlər mətbuatda neçə aydır dərc olunur. Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəyi əsasında qəzalı vəziyyətdə olduğu bildirilən binaların biri də Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi-251 ünvanında yerləşir. Binanın sakinləri isə FHN-in rəyinin həqiqətəuyğun olmadığını, ümumiyyətlə, nazirlik əməkdaşlarının binada yoxlama aparmadığını, onların oradan kimlərinsə, hansısa oliqarxların konkret biznes maraqlarına görə köçürülməsinə qərar verildiyini bildirirlər.

Bu haqsızlığa etiraz edən sakinlərin dövlət başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya, fövqəladə hallar naziri Kəmaləddin Heydərova və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbova ünvanladıqları müraciətlər isə cavabsız qalıb. Evlərinin qanunsuz olaraq sökülməsinə etiraz edən sakinlər müxtəlif dövlət qurumlarının yerləşdiyi binaların önündə bir neçə dəfə etiraz aksiyası da keçirib. Binanın bir qrup sakininin oktyabrın 22-də BŞİH-in binası qarşısında etiraz aksiyası keçirərək H.Abutalıbovla görüş tələb etməsi barədə qəzetimizdə məlumat vermişdik. Xatırladaq ki, BŞİH-in məsul şəxsləri etiraz aksiyasının qətnaməsini sakinlərdən alaraq H.Abutalıbovun onları 3 gün müddətində qəbul edəcəyi barədə vəd də vermişdi. Lakin bu aksiyadan dərhal sonra H.Abutalıbov sakinlərə məktub yazaraq onlardan evlərini təcili şəkildə boşaltmağı tələb edib.

Bu haqsızlığa etiraz edən sakinlər dünən növbəti dəfə etiraz aksiyası keçirdilər. Aksiya saat 15:00-da metronun “Bakı soveti” stansiyasının qarşısından BŞİH-in binasına doğru yürüşlə başladı. Əksəriyyəti qadınlar olan aksiya iştirakçıları əyinlərinə üzərinə “Bizi güllələyin!” şüarı yazılmış kəfən geymişdilər. BŞİH-in binası önünə toplaşan iştirakçılar ötən aksiyada olduğu kimi, bu dəfə də “Ha-cı-ba-la!” şüarını səsləndirməyə başladılar. Qısa müddət ərzində əraziyə xeyli şəhər sakini də yığılaraq etiraz aksiyasına dəstək nümayiş etdirdi.
Az sonra isə əraziyə polis qüvvələri gətirildi və onlar qadınlara zor tətbiq etdi. Polis nəfərləri kapitan rütbəli zabitin göstərişi ilə qadınların əynindəki kəfəni cırmağa səy göstərdi. Bu zaman polis çavuşlarından biri qadınlara qarşı nalayiq ifadələr işlətməyə başladı.

Aksiya iştirakçılarını küçə söyüşləri ilə təhqir edən polis çavuşu bununla kifayətlənməyib qadınlardan birinə əl qaldırdı. Buna etiraz edən digər qadının qolunu buran polis çavuşu yaşlı qadınları “xuliqan” adlandırdı. Polis kapitanı da qadınlara müraciət edərək, “Xuliqanlıq etməyin. Yoxsa hamınızı içəri doldurarıq”,- deyə onları hədələyirdi. Əraziyə toplaşan digər sakinlərin kəskin reaksiyasından sonra polis əməkdaşları aksiya iştirakçılarına H.Abutalıbovun oları qəbul edəcəyi barədə vəd verdilər.

Etirazçılar müxtəlif şüarlar səsləndirərək BŞİH-in qəbul şöbəsinə getdi. Lakin qəbul şöbəsində gözlənilməz hadisə baş verdi. BŞİH-i mühafizə edən polislərlə BŞİH-in önündəki asayişə cavabdeh olan polislər arasında qalmaqal yaşandı. Binanın mühafizəsinə cavabdeh olan polislər həmkarlarından etirazçıları binadan çölə çıxarmağı, qarşı tərəf isə əksinə, etirazçıların BŞİH-in yüksək rütbəli məmurları tərəfindən qəbul edilməsini tələb edirdi. Uzun çəkən mübahisədən sonra qəbul şöbəsinin qapısı bağlandı. Buna etiraz edən aksiya iştirakçıları ayaqqabıları ilə qəbul otağındakı stolları döyəcələyərək, “Ha-cı-ba-la!” şüarını yenidən səsləndirməyə başladı.

Çox keçmədi ki, qapı etirazçıların tələbi ilə açıldı. Lakin məlum oldu ki, qəbul şöbəsinin əməkdaşları etirazçılarla görüşməmək üçün otağı boşaldaraq harasa gediblər. Aksiya iştirakçıları qəbul şöbəsində 1 saatdan artıq “Ha-cı-ba-la!” şüarını səsləndirsələr və masaları döyəcləsələr də onları qəbul edən bir kimsə tapılmadı. Vəziyyəti belə görən aksiya iştirakçıları etirazlarını küçədə davam etdirməyi qərara aldılar. Etirazçıları meriyanın binası önündə gözləyən polis əməkdaşları isə onlara BŞİH-in əsas giriş qapısından içəri girməyi məsləhət gördü. Lakin aksiya iştirakçıları əsas giriş qapısına yaxınlaşanda qapılar bağlandı.

Etirazçılar aksiyanı yenidən “Bakı soveti” metrostansiyasının önündə davam etdirərək Prezident Aparatına doğru yürüş etməyə səy göstərdilər. Lakin polis onların Prezident Aparatı qarşısına yürüş etməsinə imkan vermədi. Təxminən 3 saat davam edən aksiya zamanı həbs edilən olmadı. Aksiya iştirakçıları növbəti etiraz aksiyasını Prezident Aparatının önündə keçirəcəklərini bəyan edib dağılışdılar.

“Turan”ın məlumatın görə, aksiya keçirilən zaman Hacıbala Abutalıbov başqa qapıdan çıxaraq binanı tərk edib.musavat

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1355.azr
azeribaybak[at]gmail.com