- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Tümen-Bakı qatarına kalmıklar silahlı hücum ediblər, yaralanan 25 azərbaycanlıdan 4-nün vəziyyəti ağırdır
BayBək, Azərbaycan | Sunday, 28th October , 2007 , 07:50 [am] | İç Xəbərlər
![]() |
. | Bu il oktyabrın 26-da 25 azərbaycanlının yaralanması nəticələnmiş insidentin baş verdiyi 373-374 saylı Tümen-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı bu axşam saat 20.30 radələrində Bakı Dəmir Yolu Vağzalına gətirilib. APA-nın hazırda Bakı Dəmir Yolu Vağzalında olan əməkdaşının məlumatına görə hadisə barədə insident ərazisinə ezam olunmuş Nəqliyyat Nazirliyinin Nəqliyyatda Təhlükəsizlik və Fövqəladə Hallar şöbəsinin müdiri Kazım Şərifov məlumat verib. |
Bu il oktyabrın 26-da 25 azərbaycanlının yaralanması nəticələnmiş insidentin baş verdiyi 373-374 saylı Tümen-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı bu axşam saat 20.30 radələrində Bakı Dəmir Yolu Vağzalına gətirilib. APA-nın hazırda Bakı Dəmir Yolu Vağzalında olan əməkdaşının məlumatına görə hadisə barədə insident ərazisinə ezam olunmuş Nəqliyyat Nazirliyinin Nəqliyyatda Təhlükəsizlik və Fövqəladə Hallar şöbəsinin müdiri Kazım Şərifov məlumat verib.
Onun bildirdiyinə görə, hadisə dünən saat 22.00 radələrində qatar Şimali Qafqaz dəmir yolunun Kalmıkiya Muxtar Respublikası ərazisindəki Artezian stansiyasına çatarkən vaqon-restoranda baş verib. Belə ki, Rusiya vətəndaşı olan bir azərbaycanlının milliyyətcə kalmık olan şəxslə mübahisəsi böyüyüb. Şahidlər bldiriblər ki, mübahisə azərbaycanlının telefonunun kalmık tərəfindən alınması və sonradan geri qaytarılmaması üzündən baş verib. Azərbaycanlının telefonunu tələb etməsi nəticəsində mübahisə böyüyüb və dəmiryolçu geyimində olan daha 4 nəfər də kalmıkla birgə azərbaycanlını döyməyə başlayıblar. Bu zaman vaqonda olan digər azərbaycanlılar da davaya qarışıb. Nəticədə kalmık telefonla zəng edərək, həmyerlilərini köməyə çağırıb.
Qatar stansiyaya çatan kimi isə 60-a qədər küt alətlərlə silahlanmış şəxs qatara basqın edərək, azərbaycanlıları döyməyə başlayıb. Nəticədə 25 azərbaycanlı yaralanıb, onlardan 4-nün vəziyyəti daha ağır olduğu üçün dərhal Gizlyar stansiyasında xəstəxanaya yerləşdirliblər. Onlardan 3-ü bu gün günorta saatlarında Azərbaycana yola salınıblar. Vəziyyəti daha ağır olan Sabirabad rayon sakini Allahqulu Cəfərov isə burnunda və bədəninin digər yerlərindəki ciddi xəsarətlərlə bağlı tibbi yardım aldıqdan sonra axşamüstü Bakı-Rastov qatarı ilə Azərbaycana göndərilib.
K. Şərifov hadisə nəticəsində qatarın 30-a qədər pəncərəsinin və bəzi dəmir hissələrinin sındırıldığını da bildirib. Hadisə ilə bağlı Rusiya Federasiyasının Şimali Qafqaz Nəqliyyatda Baş Polis İdarəsində xuliqanlıq, polisə müqavimət və iğtişaş törətmə maddələri ilə cinayət işi başlanılıb. Basqınçılardan beşi saxlanılıb. Hadisə vaxtı iğtişaşı sakitləşdirməyə çalışan iki rus əsgəri də xəsarət alıb.
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Sərnişindaşıma İstehsalat Birliyinin rəisi Elyar Muradov isə hadisə nəticəsində ölüm faktının olmadığını bildirib. Onun sözlərinə görə, qatarda hər hansı qarət faktı qeydə alınmayıb.
Qatarla gələn şahidlər isə onlara hücum edənlərin milliyyətcə kalmık olduqlarını, hətta bəzilərinin əılində odlu silah da gördüklərini bildiriblər: “Onlar heç kimə əhəmiyyət vermirdilər. Hətta bit neçə dəfə avtomatdan atəş də açdılar”.
Qatar Bakıya yetişən kimi Azərbaycanın Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları şahidləri dəvət edərək, hadisənin araşdırlması üçün onlardan izahat almağa başlayıblar. İdarədən bildirblər ki, hadisə ilə bağlı tolanılan bütün məlumatlar cinayət işinin aparıldığı Şimali Qafqaz Nəqliyyatda Baş Polis İdarəsinə göndəriləcək.
Polis İdarəsində izahat verəndən sonra isə insidentin baş verməsinin səbəbkarı olan azərbaycanlı özünü jurnalistlərə təqdim edib. İlkin Ağayev adlı bu şəxs Rusiya vətəndaşı olduğunu, qatarda olan kalmıkların ondan telefonunu aldıqlarını, bunu geri tələb etdikdə isə qatarın vaqon-restoranında külqqabı ilə başına zərbə endirdiklərini, münaqişənin də bundan sonra böyüdüyünü deyib. Özünü pis hiss edən İ. Ağayev əlavə heç bir açıqlama verməyib.apa
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir