- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

İRAN GƏLƏN İLİN SONUNADƏK VURULACAQ

BayBək, Azərbaycan | Monday, 29th October , 2007 , 22:49 [pm] | İç Xəbərlər

. Ötən gün Qərb mətbuatı ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara hazırlaşdığı haqda növbəti məlumat yayıb. Britaniyanın “The Sunday Times” qəzetində dərc edilmiş məqalədə deyilir ki, Pentaqon hazırda Tehrana qarşı hərbi əməliyyatlar planını detallı şəkildə araşdırır. İrana hücum isə prezident Buşun səlahiyyət müddətinin başa çatmasından əvvəl-gələn ilin sonlarından gec olmayaraq başlayacaq. Qəzet xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən xəbər verib ki, Pentaqon Nyu Mexiko ştatında, ilk atom bombasının sınağının keçirildiyi poliqonun yaxınlığında keçirilib.


Ötən gün Qərb mətbuatı ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara hazırlaşdığı haqda növbəti məlumat yayıb. Britaniyanın “The Sunday Times” qəzetində dərc edilmiş məqalədə deyilir ki, Pentaqon hazırda Tehrana qarşı hərbi əməliyyatlar planını detallı şəkildə araşdırır. İrana hücum isə prezident Buşun səlahiyyət müddətinin başa çatmasından əvvəl-gələn ilin sonlarından gec olmayaraq başlayacaq. Qəzet xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən xəbər verib ki, Pentaqon Nyu Mexiko ştatında, ilk atom bombasının sınağının keçirildiyi poliqonun yaxınlığında keçirilib.

“Big Blu” adlı bu bombanın ağırlığı 14 tondan çoxdur, o, İranın yeraltı növə obyektlərinin dağıdılması üçün nəzərdə tutulub. Onun partlaması kiçik nüvə bombasının dağıdıcı gücü ilə müqayisə oluna bilər. Qəzetin yazdığına görə, bu günlərdə Amerika Hərbi Hava Qüvvələri “B-2″ bombardmançılarının ”Big Blu” bombalarını daşıya biləcək şəkildə modernləşdirilməsi üçün Konqresdən 88 milyon dollar istəyib. Bildirilir ki, Buş İranın nüvə silahı əldə etməsinə yol verməmək üçün hərbi əməliyyatlara əl atacaq.

Pentaqondakı mənbə isə qəzetə deyib ki, İran üzərində buludlar sıxlaşır. Mənbə baş verənləri İraqa müdaxilə ərəfəsindəki vəziyyətlə müqayisə edib. O, müharibənin Buş Ağ Evi tərk etməzdən əvvəl başlayacağına əmin olduğunu deyib: “Artıq bu realdır. Prezident hamıya işarə edir ki, İranı vurmağa hazırlaşır.” Qəzetin yazdığına görə, Pentaqon İranda 2 mindən çox hədəf müəyyənləşdirib. Bu günlərdə müdafiə naziri Robert Geyts İrana dair plan hazırlandığını təsdiq edib, lakin deyib ki, bu plan ancaq nəzəri xarakter daşıyır və təlim məqsədi ilə hazırlanır.

Pentaqonun İrana hücuma hazırlaşdığını “Globalsecurity.org” analitik mərkəzinin eksperti Con Payk da təsdiq edib. Onun sözlərinə görə, “B-2″ bombardmançılarının modernləşdirilməsi üçün təcili sifariş Buşun niyyətini bütün çılpaqlığı ilə nümayiş etdirir.musavat

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1379.azr
azeribaybak[at]gmail.com