- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

“Türkiyə hər zaman Azərbaycanın yanındadır”

BayBək, Azərbaycan | Monday, 29th October , 2007 , 23:52 [pm] | İç Xəbərlər

. Bundan əlavə, Türkiyə iqtisadi cəhətdən güclü bir dövlətə çevrildi: “Atatürkdən aldığımız ideyaya, onun müasir mədəniyyətlər içərisinə daxil olmaq istəyinə uyğun olaraq biz bundan sonra da hər bir sahədə uğurla irəliləyəcəyik”. Diplomat qeyd etdi ki, Türkiyəyə qarşı siyasi oyunlar hər zaman oynanılmaqdadır: “Türkiyə müstəqillik qazanmamışdan əvvəl və istiqlaliyyətinə qovuşduqdan sonra da üsyanlar oldu, terror hadisələri baş verdi. Yəni biz belə filmləri çox seyr etdik. Türkiyəyə qarşı filmlər çox oynanılsa da, ancaq onun ssenarisi, aktyorları bəllidir. Ona görə də filmin onların istədiyi kimi çəkilməsinə imkan vermirik”.


Hüseyn Avni Qarslıoğlu: “Azərbaycanın müstəqilliyinə qarşı təhlükə yaranarsa, öz qardaşlarımıza yardıma gəlməyə və bu yolda şəhid olmağa hazırıq”

“Türkiyə Cümhuriyyətinin 84-cü ildönümünün birlikdə qeyd olunması qardaşlığımızın möhkəm təməllər əsasında qurulmasının göstəricisidir. Azərbaycanlılar necə Çanaqqala döyüşündə türk qardaşlarına kömək etmişdilər, türklər də sonradan öz azərbaycanlı qardaşlarına yardım göstəriblər. Eyni zamanda Türkiyənin istiqlaliyyət savaşında, yəni Sakarya döyüşlərində azərbaycanlılar öz canlarından keçdilər.

Ona görə də Azərbaycanın müstəqilliyinə qarşı təhlükə yaranacağı təqdirdə, qardaşlarımıza müharibə elan olunacağı təqdirdə Türkiyə dövləti və vətəndaşları onlara yardıma gəlməyə və bu yolda şəhid olmağa hazırdırlar”. Bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu jurnalistlərə açıqlamasında bildirdi. Onun sözlərinə görə, Türkiyə 84 il ərzində çox şeylərə nail oldu. Belə ki, daha sağlam təməllərə söykəndi, mədəniyyətləşmə, demokratikləşmə, hürriyyətləşmə, özgürləşmə istiqamətində addımlar atıldı.

Bundan əlavə, Türkiyə iqtisadi cəhətdən güclü bir dövlətə çevrildi: “Atatürkdən aldığımız ideyaya, onun müasir mədəniyyətlər içərisinə daxil olmaq istəyinə uyğun olaraq biz bundan sonra da hər bir sahədə uğurla irəliləyəcəyik”. Diplomat qeyd etdi ki, Türkiyəyə qarşı siyasi oyunlar hər zaman oynanılmaqdadır: “Türkiyə müstəqillik qazanmamışdan əvvəl və istiqlaliyyətinə qovuşduqdan sonra da üsyanlar oldu, terror hadisələri baş verdi. Yəni biz belə filmləri çox seyr etdik. Türkiyəyə qarşı filmlər çox oynanılsa da, ancaq onun ssenarisi, aktyorları bəllidir. Ona görə də filmin onların istədiyi kimi çəkilməsinə imkan vermirik”.

Qeyd edək ki, dünən Türkiyə Cümhuriyyətinin 84-cü ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi, ictimai təşkilatlar Şəhidlər Xiyabanında xilaskar türk əsgərlərinin şərəfinə ucaldılış abidəni ziyarət etdilər. Əvvəlcə Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyə Sənayeci İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) və Azərbaycan-Türkiyə İş adamları Birliyi (ATİB) adından memorialın önünə əklil qoyuldu. Bundan sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Daha sonra Türkiyənin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu xatirə kitabına bu sözləri yazdı: “Əziz atam! Ən böyük əsərim dediyim Türkiyə Cümhuriyyətinin 84-cü ildönümündə sənin silah yoldaşlarının və Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin hüzurunda baş əyirəm. Çox zor şərtlər altında qurduğun və bizlərə əmanət etdiyin cümhuriyyəti sonsuzadək yaşatmağa qərarlıyıq”.

Mərasim Azərbaycanın çətin günlərində xalqın yardımına gəlmiş xilaskar türk əsgərlərinin adları həkk olunmuş abidənin üzərinə qərənfillər düzülməklə başa çatdı.axcp

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1380.azr
azeribaybak[at]gmail.com