- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Gürcüstanda Azərbaycan türkcəsində “Ozan” qəzeti nəşrə başlamışdır

BayBək, Azərbaycan | Tuesday, 30th October , 2007 , 08:28 [am] | İç Xəbərlər

. Baş redaktorun “Qəzetimiz niyə “Ozan” oldu” adlı yazısında qəzetin yaranması səbəbləri belə izah olunur: Hələ “Dədə Qorqud” dastanından əsrlərlə öncə yaşayıb yaratmış qədim Ozanımızın adını yaşatmaq, əbədiləşdirmək və ona böyük hörmət əlaməti olaraq Gürcüstanda yaşayan azərbaycanlıların ilk cəmiyyətinin adını “Ozan” qoyduq.

Artıq 18-ci ildir ki, “Ozan” birliyi soydaşlarımıza ləyaqətlə xidmət edir… Oxucularımız ümid edə bilər ki, “Ozan” birliyinin yetirməsi və onun gördüyü gözəl işlərin təbliğatçısı, təşviqatçısı olacaq “Ozan” qəzeti xalq və dövlət üçün görüləcək gözəl işlərin təşəbbüskarı, təşkilatçısı, “Ozan



Bu günlərdə Gürcüstanın Marneuli rayonunda Azərbaycan türkcəsində “Ozan” adlı qəzet nəşrə başlamışdır. Kamil Kirəclinin (Musayev) təsiscisi və baş redaktoru olduğu bu qəzet Gürcüstanda yaşayan soydaşlarımızın ictimai-siyasi və ədəbi-mədəni həyatını işıqlandırmaq məqsədilə yaradılmışdır.

Baş redaktorun “Qəzetimiz niyə “Ozan” oldu” adlı yazısında qəzetin yaranması səbəbləri belə izah olunur: Hələ “Dədə Qorqud” dastanından əsrlərlə öncə yaşayıb yaratmış qədim Ozanımızın adını yaşatmaq, əbədiləşdirmək və ona böyük hörmət əlaməti olaraq Gürcüstanda yaşayan azərbaycanlıların ilk cəmiyyətinin adını “Ozan” qoyduq.

Artıq 18-ci ildir ki, “Ozan” birliyi soydaşlarımıza ləyaqətlə xidmət edir… Oxucularımız ümid edə bilər ki, “Ozan” birliyinin yetirməsi və onun gördüyü gözəl işlərin təbliğatçısı, təşviqatçısı olacaq “Ozan” qəzeti xalq və dövlət üçün görüləcək gözəl işlərin təşəbbüskarı, təşkilatçısı, “Ozan” birliyinin yaxın köməkçisi və işinin davamçısı olacaqdır. Qədim Ozanımız xalqın sevimlisi olduğu kimi, əsl xalq rəğbəti və məhəbbəti qazanacaqdır. İnanırıq ki, “Ozan” qəzeti yalnız Gürcüstanda yaşayan soydaşlarımızın həyatına güzgü olmaqla yanaşı, Azərbaycan həqiqətlərinin qonşu dövlətdə yayılmasında mühüm rol oynayacaqdır.borchali

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1385.azr
azeribaybak[at]gmail.com