- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Xaçmaz polisi həbsxanada ola-ola oğurluq etmiş şəxsi tutublar
BayBək, Azərbaycan | Tuesday, 30th October , 2007 , 13:01 [pm] | İç Xəbərlər
![]() |
. | Xaçmaz rayon polis rəisinin müavini Elxan Rüstəmovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Şirəli Cəbrayılov cəza çəkdiyi müəssisədən oktyabrın 21-də 3 günlük icazə ilə çıxıb. Azadlıqda olan müddətdə sərxoş olaraq qonşusunun evinə girib. Qonşusunun evindən o 2 min manat dəyərində olan qızıl zinət əşyaları oğurlayıb. Oğurladıqlarını isə Xudat rayon sakini olan bir qadına 400 manata satıb. Polis müavinin sözlərinə görə, əşyalar qadından alınaraq istintaq materiallarına daxil edilib. |
Bu Xaçmazın Qusarçay kənd sakini 30 yaşlı Şirəli Şəfərəttin oğlu Cəbrayılovdur
Xaçmaz polisi Dəvəçidə 3 saylı cəzaçəkmə müəssisəsində cəza-çəkə oğurluq edən şəxsi tutublar. Bu Xaçmazın Qusarçay kənd sakini 30 yaşlı Şirəli Şəfərəttin oğlu Cəbrayılovdur. Polislər onu elə cəzaçəkmə müəssisəinin özündə tutublar.
Xaçmaz rayon polis rəisinin müavini Elxan Rüstəmovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Şirəli Cəbrayılov cəza çəkdiyi müəssisədən oktyabrın 21-də 3 günlük icazə ilə çıxıb. Azadlıqda olan müddətdə sərxoş olaraq qonşusunun evinə girib. Qonşusunun evindən o 2 min manat dəyərində olan qızıl zinət əşyaları oğurlayıb. Oğurladıqlarını isə Xudat rayon sakini olan bir qadına 400 manata satıb. Polis müavinin sözlərinə görə, əşyalar qadından alınaraq istintaq materiallarına daxil edilib.
Qeyd edək ki, Şirəli Cəbrayılov 2003-cü ildə işlədiyi müəssisədən oğurluq etdiyi üçün məhkum edilmişdi. Onun cəzasının bitməsinə isə 7 ay qalmışdı.
Faktla bağlı cinayət məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi açılıb.ans
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir