- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
FƏRHAD ƏLİYEV 10 İL, QARDAŞI RAFİQ ƏLİYEV İSƏ 9 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
BayBək, Azərbaycan | Wednesday, 31st October , 2007 , 23:04 [pm] | İç Xəbərlər
![]() |
. | Ağır Cinayətlərə dair Məhkəmədə Tofiq Paşayevin sədrliyi ilə Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə ittiham olunan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və daha 18 nəfərin işi üzrə proses başa çatıb. |
Ağır Cinayətlərə dair Məhkəmədə Tofiq Paşayevin sədrliyi ilə Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə ittiham olunan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və daha 18 nəfərin işi üzrə proses başa çatıb.
Məhkəmə Fərhad Əliyevi əmlakını müsadirə etməklə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib, o, 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə), 192.2.1, 192.2.2 (qanunsuz sahibkarlıq), 206.4 (qaçaqmalçılıq), 213.4 (vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələr üzrə təqsirli bilinib.
Sabiq nazirin qardaşı və “Azpetrol” şirkətinin direktorlar şurasının sabiq sədri Rafiq Əliyev 9 il həbs cəzası alıb. O, 179.3.1, 179.3.2, 188 (torpaq üzərində mülkiyyət hüququnu pozma), 192.2.1, 192.2.2, 206.3.1, 206.4, 259-cu (qanunsuz ağac kəsmə) maddələr üzrə təqsirli bilinib.
İsmayıl Mansimov (İqtisadi İnkişaf Nazirliyinin sabiq müşaviri) - 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən istifadə), 311.3.1, 311.3.2 (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələrlə təqsirli bilinib - 3 il şərti;
Ağali Əhmədov (İqtisadi İnkişaf Nazirliyinin Hərrac Mərkəzinin sabiq direktoru) 179.3.1, 179.3.2. 308.2 və 313-cü maddələrlə təqsirli bilinib - 2 il şərti;
Elçin Nadirov (İqtisadi İnkişaf Nazirliyinin Hüquq Departamentinin sabiq direktoru) 179.3.1,179.3.2, 308.2 və 313-cü maddələrlə təqsirli bilinib - 6 il şərti;
Qadir Hüseynov (İİN Sahibkarlığa Yardım Milli Fondunun sabiq icraçı direktoru) 308.2, 311.3.2, 311.3.3-ci maddələr - 4 il azadlıqdan məhrumetmə;
Sakit Baxışov (İİN Lisenziyalar Departamenti sektorunun sabiq rəisi) 308.2, 311.3.1, 311.3.2, 311.3.3-cü maddələr - 7 il 6 ay şərti;
Elşad Abbasov (nazirin sabiq köməkçisi) 308.2-ci maddə -1 il 6 ay şərti;
Mirməcid Əhmədov (İİN departamentinin torpaq sektorunun sabiq rəisi) - 308.2-ci maddə - 5 il azadlıqdan məhrumetmə;
Maarif Qurbanov (işsiz) - 179.3.1, 179.3.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313- cü maddələr - 7 il 6 ay azadlıqdan məhrumetmə:
Çingiz İbadov (İİN Torpaq departamentinin sabiq direktoru) - 179.3.1, 179.3.2 və 313-cü maddələr üzrə ittiham edilir - 7 il 6 ay şərti;
Mirsalam Əhmədov (işsiz) - 311.3.1 və 311.3.3-cü maddələr - 3 il şərti
Məhəmmədnəbi Rüstəmov (işsiz) - 179.3.1, 179.3.2. və 313-cü maddə - 2 il şərti;
Rafiq Abbasov (”AzTrans Reil” MMC sabiq əməliyyat direktoru) - maddələr: 206.4, 313 - 7 il 6 ay şərti;
Əlixan Paşayev (”Liman” gömrük məntəqəsinin sabiq rəisi) - maddələr: 206.4, və 313 - 4 il azadlıqdan məhrumetmə;
Ağabəy Hüseynov (”Azərkabel” ASC sabiq sədri) - maddə 312.2 - 2 il şərti;
Sergey Borşevitski (”Azərkabel” ASC direktorlar şurasının sabiq sədri) - maddə 312.2 - 2 il şərti;
Yusif Həmidov (”Neftçi” futbol klubunun mühasibi) - maddə 213.4 - 2 il şərti;
Ədalət Dadaşov (Balaxanı maşınqayırma zavodunun marketinq şöbəsinin rəisi) - maddə 213.4 - 3 il şərti;
Şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 13 şəxsin hamısı məhkəmə zalında sərbəst buraxılıblar.contact
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir