- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Türkiyə Məsud Barzanini kürd yaraqlılarına köməkdə günahlandırıb
BayBək, Azərbaycan | Thursday, 1st November , 2007 , 05:23 [am] | İç Xəbərlər
![]() |
. | Türkiyə mətbuatının məlumatına görə, ölkənin baş naziri Rəcəb Tayyip Ərodoğan İraqın Kürd regionunun lideri Məsud Barzanini Türkiyə ilə mübarizə aparan kürd yaraqlılarına kömək etməkdə ittiham edib. Onun sözlərinə görə, Barzani Kürdüstan Fəhlə Partiyasının terrorçularına yardım etmək mövqeyi tutub. |
Türkiyə mətbuatının məlumatına görə, ölkənin baş naziri Rəcəb Tayyip Ərodoğan İraqın Kürd regionunun lideri Məsud Barzanini Türkiyə ilə mübarizə aparan kürd yaraqlılarına kömək etməkdə ittiham edib. Onun sözlərinə görə, Barzani Kürdüstan Fəhlə Partiyasının terrorçularına yardım etmək mövqeyi tutub.
Bu gün Türkiyə Nazirlər Kabineti İraqın Kürdüstan bölgəsinə mümkün iqtisadi sanksiyaları müzakirə edir. Rəsmi Ankara PKK yaraqlılarını İraqın şimalındakı bazalardan Türkiyənin cənubuna hücumlarda günahlandırır. Dünən Barzani İraqın şimalındakı İrbil şəhərində sülhün bərqərar olunmasına çalışdığını və regional hökumətin Türkiyə ilə PKK arasındakı konfliktə tərəf olmasını istəmədiyini deyib.voa
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir