- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Gürcüstan müxalifəti hakimiyyətə ultimatum verib və nümayəndələrini parlamentin sədri ilə danışıqlara göndərib
BayBək, Azərbaycan | Saturday, 3rd November , 2007 , 02:22 [am] | Dış Xəbərlər
![]() |
. | bunu birləşmiş müxalifətin liderlərindən biri olan Georgi Xaindrava Tiflisin mərkəzində keçirilən mitinqdəki çıxışında elan edib: “Hakimiyyətin ayılması üçün saat 18-ə qədər gözləyəcəyik. Biz küçələrə yüz mindən çox adam çıxarmışıq. Bu, xalqın hakimiyyətin siyasətindən narazı olduğunun bariz sübutudur”. G. Xaindrava prezidentin dialoqdan imtina edəcəyi təqdirdə müxalifətin hansı addımları atacağını açıqlamayıb. Parlamentin sədri Nino Burcanadze isə qanunverici orqandakı hakim çoxluğun nümayəndələrini təcili məsləhətləşmələrə çağırıb. Parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Givi Tarqamadze ultimatum dili ilə danışmağın dialoq ol |
Gürcüstan müxalifətinin liderləri hakimiyyətə dialoq barədə qərar qəbul etmək üçün 2 saat vaxt verib.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu birləşmiş müxalifətin liderlərindən biri olan Georgi Xaindrava Tiflisin mərkəzində keçirilən mitinqdəki çıxışında elan edib: “Hakimiyyətin ayılması üçün saat 18-ə qədər gözləyəcəyik. Biz küçələrə yüz mindən çox adam çıxarmışıq. Bu, xalqın hakimiyyətin siyasətindən narazı olduğunun bariz sübutudur”. G. Xaindrava prezidentin dialoqdan imtina edəcəyi təqdirdə müxalifətin hansı addımları atacağını açıqlamayıb. Parlamentin sədri Nino Burcanadze isə qanunverici orqandakı hakim çoxluğun nümayəndələrini təcili məsləhətləşmələrə çağırıb. Parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Givi Tarqamadze ultimatum dili ilə danışmağın dialoq olmadığını bildirib: “Çoxluq kompromisə getmək və seçkilərin tarixini dəyişmək niyyətində deyil”. Regional siyasət, idarəetmə və dağlıq ərazilər üzrə komitənin sədri Pavle Kublaşvili də şantaj yolu ilə danışmağın heç bir fayda verməyəcəyini söyləyib.
Son məlumata görə, müxalifətin nümayəndə heyəti parlamentin sədri N. Burcanadze ilə görüşə yollanıb. Nümayəndə heyətində keçmiş xarici işlər naziri Salome Zurabişvili, Respublika Partiyasının nümayəndəsi Tina Xidaşeli və “Vahid Gürcüstan Uğrunda Hərəkat” Partiyasının liderlərindən biri Konstantin Qumsadze təmsil olunub. Müxalifət yerli vaxtla saat 18.00-a qədər dörd məsələnin həllini tələb edir: 2008-ci ilin aprelində növbədənkənar parlament seçkilərinin keçirilməsi, seçki sisteminin dəyişdirilməsi, seçki komissiyalarının formalaşdırılması prinsiplərinin dəyişdirilməsi və siyasi məhbusların azadlığa buraxılması.apa
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir