- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Cumhuriyyət Xalq Partiyasının millət vəkili Canan Arıtman: “Əgər tələbələr universitetlərə hicabla girə bilmirlərsə, “Çankaya köşkü”nə belə geyimlə girməməlidir”
BayBək, Azərbaycan | Sunday, 4th November , 2007 , 04:01 [am] | İç Xəbərlər
![]() |
. | Türkiyə parlamentinin müxalifətçi partiyası Cumhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Canan Arıtman Hayrunnisa Gülü məhkəməyə verməyə hazırlaşdığını deyib. Arıtman “Əgər tələbələr universitetlərə hicabla girə bilmirlərsə, xanım Gül də rəsmi prezidentlik iqamətgahı olan “Çankaya köşkü”nə belə geyimlə girməməlidir. Hüquqa görə bu səhvdir” deyib. |
Türkiyə parlamentinin müxalifətçi partiyası Cumhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Canan Arıtman Hayrunnisa Gülü məhkəməyə verməyə hazırlaşdığını deyib. Arıtman “Əgər tələbələr universitetlərə hicabla girə bilmirlərsə, xanım Gül də rəsmi prezidentlik iqamətgahı olan “Çankaya köşkü”nə belə geyimlə girməməlidir. Hüquqa görə bu səhvdir” deyib.
Bundan sonra Arıtman “Cumhuriyyətin qurumları arasında bərabərlik olmalıdır. Ürəkli vəkillər axtarıram. Əgər cəsur vəkil tapsam, heç fikirləşmədən məhkəməyə müraciət edəcəyəm. Mən cumhuriyyəti təmsil edən bir qadın kimi hicabın “Çankaya köşkü”nə girməsini qəbul edə bilmirəm” deyib.
Birinci xanımın geyimini də tənqid edən millət vəkili “Hayrunnisa Gül xanım frakın üstünə hicab geyinib. Komediyadır! Hər halda, dünyada belə bir şey yoxdur. Son geyindiyi paltarlarla isə rahibələrə bənzəmişdi. Diqqət edin, rahibələrin də paltarları belədir. Pinqvinə oxşayıb demək istəyirəm, ancaq onlara da təhqir olacaq” dedi.ans
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir