- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

İranda Güney Azərbaycan mili fəalları oğurlanır! - Təbrizli M.Rza

BayBək, Azərbaycan | Sunday, 4th November , 2007 , 23:23 [pm] | Məqalə-Yazi

. Güney Azərbaycanda millətimizin bu mədəni istəklərinə faşizm rejim nə bicimdə cavab verir. Mili çalışqanların oğurlanması və həbs qərarları günü gündən artmaqdadır.

Bir Azərbaycanlı olaraq yararlı görürəm, Güney Azərbaycanda baş verən son hadisələri Norveç mediası ilə paylaşam.

İran islam rejiminə ayıt olan ittelat orqanı, insan haqlarını müdafiə edən Azərbaycanlıları oğurlayıb naməlum yerlərə aparılar.



Hər kəsə məlum olduğu kimi Güney Azərbaycan milli hərəkatı mədəni bir hərəkətdir.

Azərbaycanlıların təməl istəkləri insan haqlarının qorunması və demokratiyaya söykənən milli varlığın bərpa olunmasıdır.

Güney Azərbaycanda millətimizin bu mədəni istəklərinə faşizm rejim nə bicimdə cavab verir. Mili çalışqanların oğurlanması və həbs qərarları günü gündən artmaqdadır.

Bir Azərbaycanlı olaraq yararlı görürəm, Güney Azərbaycanda baş verən son hadisələri Norveç mediası ilə paylaşam.

İran islam rejiminə ayıt olan ittelat orqanı, insan haqlarını müdafiə edən Azərbaycanlıları oğurlayıb naməlum yerlərə aparılar.

Bir çox Güney Azərbaycan milli fəallarının məhkəmələrində hazır olan, advokat Saleh bəy Kamrani, avqust ayının 18-də gecə saatlarında Kərəc şəhərində evinə gedərkən yolda tutulub. Aldığımız xəbərə görə Saleh bəy ittilaat idarəsinə götürülüb, saatlar sonra xəbər verilib ki Tehranın evin həbsxanasındadır.

Bu olaylardan sonra 36 yaşlı Bilim-yudu törətməni, və habelə insan haqları müdafiə təşkilatının üyəsi Mühəndis Abdulla Abbasi cavan yoxa çıxıb.

Xatırlatmalıyam Abbasi bəyin atası ötən il Sulduz şəhərindəki silahlı saldırmada şəhid olmuş.

Əlimizə çatan bilgilərə görə insan haqların qorunmasına cəhd göstərən jurnalist Səid bəy Mətinpur aprel ayında Zəngan şəhərində tutulmuş, və daha sonra Tehranın evin zindanın 209 inci bölməsinə göndərilmiş. Məhbus çox ağır durumdadır, və advokatı ilə görüş imkanı verilməmiş.

Əmir Abbas Bənayi Kazimi Aprel ayından etibarən Təbriz cəza evində ağır işgəncələrə məruz qalmış. Əmir bəy Avqust ayının 8-dən Sipahın gizli zindanına köçürülüb.

Təbriz zindanından yeni azadlığa çıxan fəalların anlatdığına görə məhbus çox ağır durumdadır.

Bu arada jurnalist Cəlil bəy Qənilu və Bəhruz bəy Səfəri 70 gündən artıqdır ki Zəngan şəhərində tutulmuş və ağır işgəncələrə məruz qalmışlar, bu məhbuslarda, başqa fəallar kimi advokat haqından məhrumdurlar.

Goştasb Vasigi və Mahmud Aslanı bəylər iki başqa Azərbaycan milli fəalı ki Ərdəbil şəhərində tutulmuş və 4 il həbsə məhkum olmuşlar.

Məsud bəy Sultanı başqa mili fəalımız ki Germi şəhərində tutulub daha sonra Ərdəbil cəza evinə göndərilib. Aldığımız xəbərlərə görə Sultanı bəy ağır işgəncəyə məruz qalıb, və çox ağır durumdadır.

Avqust ayının 16-da Urmu şəhərinin inqilab məhkəməsinin vurduğu qondarma ittihamla Əkbər bəy Paşayi bir çox başqa soydaşlarımız kimi həbsə məhkum olmuş.

Bu arda xatırladalımı ki yazıçı Elyaz bəy Yekanlı hələdə Urmu cəza evində saxlanılır.

Təbrizli M.Rza

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1421.azr
azeribaybak[at]gmail.com