- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
BÖYÜK RƏSULOĞLU BMT-yə MÜRACİƏT EDİB
BayBək, Azərbaycan | Monday, 28th May , 2007 , 15:40 [pm] | İç Xəbərlər
![]() |
. | Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri Böyük Rəsuloğlu Birləşmiş Millətlər Təşkilatının baş katibinə və BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına müraciət ünvanlayıb.
Müdafiə Komitəsindən verilən məlumata görə, müraciətdə BMT-nin İnsan Haqları Şurasında İranda insan haqlarına dair durumun izlənməsinin dayandırılması barədə çıxarılmış qərara etiraz bildirilir. Müdafiə Komitəsi hesab edir ki, BMT-nin belə bir |
Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri Böyük Rəsuloğlu Birləşmiş Millətlər Təşkilatının baş katibinə və BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına müraciət ünvanlayıb.
Müdafiə Komitəsindən verilən məlumata görə, müraciətdə BMT-nin İnsan Haqları Şurasında İranda insan haqlarına dair durumun izlənməsinin dayandırılması barədə çıxarılmış qərara etiraz bildirilir. Müdafiə Komitəsi hesab edir ki, BMT-nin belə bir qərar çıxarmasından sonra İran insan haqlarını çəkinmədən pozacaq, digər tərəfdən hər bir şəxsi fərdi demokratik haqlarından məhrum etməyə cəsarət qazanacaq: “Bundan sonra İranda insan haqları daha ağır duruma düşəcək, İran hökuməti onun tərkibində olan Güney Azərbaycanı daha şiddətlə əzəcək, burada milli və insan haqlarını tapdayacaq. Güney azərbaycanlılar hətta öz ana dilində təhsil almaqdan məhrum edilib. Ötən il Güney Azərbaycanı bürüyən etiraz aksiyaları nəticəsində 10 min nəfərə yaxın insan saxlanılıb, yüzdən çoxu həbsdə saxlanılır, minlərlə insan işlərindən qovulub”.
Sənəddə daha sonra bildirilir ki, BMT üzvü olan bəzi ölkələr İranın insan haqlarını pozmasını ört-basdır etməyə çalışır. Müraciətdə baş katibdən BMT-nin sözügedən qərarının demokratik üsullarla, beynəlxalq hüquq əsasında ləğvinə çalışması xahiş olunur.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi Güney Azərbaycanın qeyri-hökumət təşkilatıdır və insanların milli haqlarını müdafiə edir.musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir