- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
ƏLİ İNSANOVUN OĞLU DA HƏBS EDİLƏ BİLƏR
BayBək, Azərbaycan | Monday, 28th May , 2007 , 15:43 [pm] | İç Xəbərlər
![]() |
. | Ə.İnsanova qarşı təzyiqlər bununla bitmir. Görünür, iqtidar sabiq nazirin məhkəmədə son söz söyləyərkən verdiyi sensasiyalı açıqlamalara görə, bütün imkanlardan istifadə edərək, qisas almaq istəyir. Mətbuatın yazdığına görə, son vaxtlar Ə.İnsanovun yaxınlarına - xüsusilə qardaşlarına və oğlu Vidadi İnsanova qarşı təzyiqlər başlayıb. Bildirilir ki, V.İnsanovu Vergilər Nazirliyinin əlilə “ilişdirmək” istəyirlər. Belə ki, Vergilər Nazirliyinin V.İnsanovla bağlı olan İVƏO (İnsanov Vidadi Əli oğlu-red.) MMC-yə dəfələrlə xəbərdarlıq etdiyi söylənilir. Bunun V.İnsanovun barəsində vergidənyayınma maddəsilə cinayət işinin başlanılmasına zəmin yaratmaq üçün edildiyini qeyd olunur. Məlumdur ki, lazım gələndə, hətta ən nümunəvi vergi ödəyicisinin fəaliyyətində qüsurlar aşkarlamaq, onu məsuliyyətə cəlb etməkdən ötrü bəhanələr tapmaq mümkündür… |
Hakimiyyət sabiq səhiyyə naziri Əli İnsanovu 11 il müddətinə azadlıqdan məhrum etməklə kifayətlənmək istəmir. Ə.İnsanov barəsində hökm çıxarılaraq, Bayıl təcridxanasına köçürüldükdən sonra təzyiqlərlə üzləşməyə başlayıb. Onun bel sütutunda ciddi problemlər yaranmasına baxmayaraq, müalicəsinə şərait yaradılmır. Hətta mayın əvvəllərində keçmiş nazirin saxlanıldığı kameraya tüstü buraxılıb.
Vəkillərinin deməsinə görə, eks-nazir acınacaqlı şəraitdə saxlanılmasını, müalicəsinə imkan verilməməsini özünə qarşı qisasçılıq kimi qiymətləndirir. Ə.İnsanov bəyan edib ki, hakimiyyət onun fiziki məhvinə çalışır və müalicəsinə imkan verilməməsi, şəraitsiz kamerada saxlanılması bu planın tərkib hissəsidir.
Ə.İnsanova qarşı təzyiqlər bununla bitmir. Görünür, iqtidar sabiq nazirin məhkəmədə son söz söyləyərkən verdiyi sensasiyalı açıqlamalara görə, bütün imkanlardan istifadə edərək, qisas almaq istəyir. Mətbuatın yazdığına görə, son vaxtlar Ə.İnsanovun yaxınlarına - xüsusilə qardaşlarına və oğlu Vidadi İnsanova qarşı təzyiqlər başlayıb. Bildirilir ki, V.İnsanovu Vergilər Nazirliyinin əlilə “ilişdirmək” istəyirlər. Belə ki, Vergilər Nazirliyinin V.İnsanovla bağlı olan İVƏO (İnsanov Vidadi Əli oğlu-red.) MMC-yə dəfələrlə xəbərdarlıq etdiyi söylənilir. Bunun V.İnsanovun barəsində vergidənyayınma maddəsilə cinayət işinin başlanılmasına zəmin yaratmaq üçün edildiyini qeyd olunur. Məlumdur ki, lazım gələndə, hətta ən nümunəvi vergi ödəyicisinin fəaliyyətində qüsurlar aşkarlamaq, onu məsuliyyətə cəlb etməkdən ötrü bəhanələr tapmaq mümkündür…
Bundan başqa sabiq nazirin oğlunun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çalışdığı dövrə aid fəaliyyətinin araşdırılması barədə də informasiyalar verilir. Mətbuatın yazdığına görə, bu işlərin həyata keçirilməsində məqsəd Əli İnsanovun heç olmasa, bundan sonra danışmasının qarşısını almağa hesablanıb. Yəni, sabiq nazir nə zamansa, rejimi ifşa edən bəyanatlar verərsə, onun oğlunu da həbs edə bilərlər.
Nəzərə çatdıraq ki, Ə.İnsanov həbs ediləndən sonra onun bir neçə qohum-əqrabası işdən azad edilib. Bir neçə yaxını, o cümlədən bacısı oğlu Anar Namazov həbs olunub.
Yaxınlarının bildirdiyinə görə, İnsanov həbs olunandan sonra onlara qarşı təzyiqlər bir an səngiməyib və bu proses indi də davam edir.kiv
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir