- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

PENTAQONUN AZƏRBAYCANLA BAĞLI HƏDƏFLƏRİ AÇIQLANDI

BayBək, Azərbaycan | Thursday, 8th November , 2007 , 05:57 [am] | Dış Xəbərlər, İç Xəbərlər

. Xəzər dənizində ABŞ-Azərbaycan birgə təlimləri keçiriləcək, Silahlı Qüvvələrin NATO standartlarına uyğunlaşdırılması prosesinə dəstək veriləcək.

Xəbər verdiyimiz kimi, srağagün Milli Məclis “Azərbaycan Silahlı Qüvvələri ilə ABŞ-ın Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı”nı təsdiq etdi. Bu il sentyabrın 14-də Bakıda imzalanmış İş Planı hərbi əməkdaşlığın bir çox sahələrini əhatə edir. Plana əsasən, ABŞ Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif birlik və birləşmələrinin imkanlarının və peşəkarlığının artırılması, maddi və texniki yardımların göstərilməsini həyata keçirəcək.



Xəzər dənizində ABŞ-Azərbaycan birgə təlimləri keçiriləcək, Silahlı Qüvvələrin NATO standartlarına uyğunlaşdırılması prosesinə dəstək veriləcək.

Xəbər verdiyimiz kimi, srağagün Milli Məclis “Azərbaycan Silahlı Qüvvələri ilə ABŞ-ın Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı”nı təsdiq etdi. Bu il sentyabrın 14-də Bakıda imzalanmış İş Planı hərbi əməkdaşlığın bir çox sahələrini əhatə edir. Plana əsasən, ABŞ Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif birlik və birləşmələrinin imkanlarının və peşəkarlığının artırılması, maddi və texniki yardımların göstərilməsini həyata keçirəcək.

“Manevr” Jurnalist Araşdırmaları Mərkəzi [1] Milaz.info saytında İş Planının detallarını açıqlayıb. Mərkəzin məlumatlarına görə, sözügedən sənəd Azərbaycan Silahlı Qüvvələrinin Avroatlantik təhlükəsizlik strukturlarına inteqrasiyasının dəstəklənməsi və onun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (IPAP) həyata keçirilməsi, NATO qüvvələri ilə Azərbaycan SQ arasında qarşılıqlı uyarlılığın inkişaf etdirilməsi, onun çoxmillətli koalisiya əməliyyatlarında iştirakının asanlaşdırılması, Azərbaycan SQ ilə Avropa Komandanlığı arasında regional təhlükəsizlik əməkdaşlığı üzrə işçi əlaqələrin genişləndirilməsi məqsədini daşıyır. Plan özündə aşağıdakı 5 məqsədi ehtiva edir:

1. NATO ilə qarşılıqlı uyarlılığa nail olmaq üçün Azərbaycanın müdafiə qüvvələrinin transformasiyası üzrə səylərin dəstəklənməsi;
2. Azərbaycanın peşəkar çavuş kadrlarının hazırlanması üzrə səylərin dəstəklənməsi;
3. Hazırda davam edən çoxmillətli sülhməramlı əməliyyatlarda və koalisiyanın hərbi əməliyyatlarında iştirak edən qüvvələrin hazırlanması,
4. Azərbaycanın dəniz təhlükəsizliyi imkanlarının genişləndirilməsi və regional təhlükəsizlik əməkdaşlığı vasitəsi ilə sabitliyin möhkəmləndirilməsi üzrə səylərin dəstəklənməsi;

5. Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) dəstəklənməsi ilə IPAP-a uyğun aerodromun NATO ilə qarşılıqlı uyarlılığının əldə olunması üzrə səylərin dəstəklənməsi.

Sənəddə qeyd olunur ki, yuxarıda sadalanan bu məqsədlərin həyata keçirilməsi və hər il məqsədlərə yenidən baxmaq üçün tərəflər Polkovniklər səviyyəsində İşçi Qrupunun iclasını keçirəcəklər. İşçi Qrupunda müəyyən edilən məqsədlərin həyata keçirilməsi üzrə tədbirlər illik İkitərəfli Əməkdaşlıq üzrə Planlaşdırma Konfransında (BCPC) planlaşdırılacaq. Konfransda illik Hərbi Əlaqələr Planı tərtib olunacaq.
Sənəddə İş Planının qiymətləndirmə və planlaşdırma mexanizmləri də göstərilib. Bunun üçün illik ikitərəfli hərbi məsləhətləşmələr, Polkovniklər səviyyəsində İşçi Qrupları, BCPC və işçi səviyyəli müntəzəm məsləhətləşmələr mexanizmlərindən istifadə olunacaq. Polkovniklər səviyyəsində İşçi Qruplarının iclasları hər ilin yanvar-mart ayları aralığında, BCRC-nin isə aprel-may aylarında keçirilməsi planlaşdırılır. Qeyd edək ki, təsdiqlənmiş İş Planına əsasən Polkovniklər səviyyəsində İşçi Qruplarının növbəti görüşünün 2008-ci il fevralın 8-də Ştutqartda keçirilməsi gözlənilir.

İş Planına uyğun olaraq təhlükəsizlik üzrə yardım proqramları çərçivəsində

- Hərbi Akademiyanın Simulyasiya Mərkəzinə 2 milyon 430 min ABŞ dolları,
- Qaraheybətdəki Çavuş Hazırlığı Məktəbi üçün kompüter avadanlıqlarının alınmasına 149 min dollar,
- NATO standartlarına uyğun Hava Hərəkətinə Nəzarət avadanlıqlarının alınmasına (naviqasiya, aerodromun işıqlandırılması, ILS və s.) 4 milyon 146 848 dollar,
- HDQ-nin gəmilərinin yeniləşdirilməsinə təxminən 5 milyon dollar,
- Çavuş Hazırlığı Məktəbi üçün atəş sahəsinin yeniləşdirilməsi və lazer atəş sistemlərinin yeniləşdirilməsi və lazer atəş təlim sistemlərinin qurulmasına təxminən 2,5 milyon dollar,
- dalğıc geyim forması və uzaqdan idarəedilən cihazların alınmasına 1,5 milyon dollar,
- HDQ-nin komanda məntəqəsinin yeniləşdirilməsinə təxminən 2 milyon dollar,
- tabor səviyyəsində NATO “mobil bölməsi” üçün rabitə avadanlıqlarının ilkin alınmasına 2 milyon 750 min dollar,
- sülhməramlı tabor və “mobil bölmə” üçün hərbi əmlakın realizasiyası xidməti üzrə ümumi layihənin yaradılmasına 100 min dollar,
- Çavuş Hazırlığı Məktəbi üzrə təlim qrupuna 200 min dollar və s. layihələr üzrə vəsaitlərin ayrılması planlaşdırılır.
HƏRBİ ƏMƏKDAŞLIQ PROQRAMLARI

Hərbi əlaqələr çərçivəsində aşağıdakı bir sıra tədbirlərin keçirilməsi müəyyənləşdirilib, bunlara Sülh Naminə Tərəfdaşlıq Proqramı (PfP) və NATO-nun dəstəyi ilə həyata keçirilən tədbirlər, yüksək rütbəli zabitlərin ziyarətləri, hərbi mübadilələr, yardımlar çərçivəsində ziyarətlər və konfranslar aiddir. Qeyd edək ki, bura bir sıra proqramlara uyğun olaraq Azərbaycana yardımların göstərilməsi nəzərdə tutulur.
Bunlardan biri Birgə Əlaqələr Qrupu Proqramıdır (YCTP). Azərbaycan və ABŞ hərbçiləri arasında təcrübə mübadiləsi aparmaq üçün yaradılmış bu proqram müdafiə sektorunda islahatların həyata keçirilməsini, xüsusilə də koalisiya əməliyyatlarında iştirak edən Azərbaycan qüvvələri ilə ABŞ/NATO qarşılıqlı uyarlığını təmin etmək məqsədi daşıyır.

İkinci proqram isə Ştatla Tərəfdaşlıq Proqramıdır (SPP). Bu proqram isə özündə hərbçilər, hərbçilər və mülkilər, eləcə də mülki orqanlar arasında qarşılıqlı fəaliyyətdə təcrübə mübadilələri aparmaq məqsədi güdür. Proqramın əsas məqsədlərindən biri də mülki-hərbi əlaqələrin təkmilləşdirilməsindən, regional təhlükəsizlik sahəsində əməkdaşlığın yüksəldilməsindən, peşəkar çavuşların hazırlanmasından ibarətdir.
Birgə Əlaqəli Mübadilə Təlimi (YCET) proqramı isə Azərbaycan və ABŞ-ın xüsusi təyinatlı qüvvələri üçün əhəmiyyətli təlimləri nəzərdə tutur. Proqrama uyğun olaraq Azərbaycan HDQ-nin xüsusi təyinatlılarını, onların terrorizmlə mübarizə imkanlarının daha da inkişaf etdirilməsi, onların NATO və ABŞ-ın müvafiq qurumları ilə uyarlılığının təmin edilməsindən ibarətdir. Hərbi əlaqələr çərçivəsində həyata keçiriləcək tədbirlərdə kadrların inkişafı üzrə tədbirlər də əsas yeri tutur. Belə ki, bura Liderliyin inkişaf etdirilməsi (NATO standartları üzrə təhsil almış zabit/gizir və çavuş heyətinin sayının artırılması) və Qərargah təlimi və Simulyasiya İmkanlarının genişləndirilməsi daxildir.

ABŞ-ın HƏRBİ YARDIM PROQRAMLARI

İş Planında Azərbaycanın ABŞ-ın təhlükəsizlik üzrə yardım proqramlarından istifadəsinin mümkünlüyünə də toxunulur. Qeyd olunur ki, Birləşmiş Ştatların FMF və Xarici Hərbi Satışlar (FMS) proqramları IPAP məqsədlərinə müvafiq olaraq Azərbaycan Silahlı Qüvvələrinin təchizat və təlim üzrə ehtiyaclarının dəstəklənməsi, şəxsi heyətin və bölmələrin birgə əməliyyatlarda iştirakını və s. dəstəkləyir. Bundan başqa, IMET proqramına uyğun olaraq komandir heyətinə təlimlərin verilməsi də İş Planında öz əksini tapıb. Sənəddə həmçinin vurğulanır ki, vəziyyət və tələblər şərait yaradarsa, təhlükəsizlik üzrə Beynəlxalq Sülhməramlı Fəaliyyətlərin Təkmilləşdirilməsi İmkanları (EIPC) proqramı və Sülhməramlı Əməliyyatlar üzrə Fondların yardımlarından istifadə oluna bilər.

XƏZƏRİN TƏHLÜKƏSİZLİYİ

İş Planında Xəzər dənizinin təhlükəsizliyi üzrə əməkdaşlıq məsələləri də öz əksini tapır. Xəzər dənizində təhlükələr deyəndə bura terrorizm, kütləvi qırğın silahlarının (KQS) yayılması, narkotik maddələrin dövriyyəsi və qaçaqmalçılıq kimi təhdidlər daxildir. Bu hallarla mübarizə məqsədi ilə ABŞ Azərbaycana müxtəlif yardımlar göstərməyi nəzərdə tutur. İş Planına bu məqsədlə edilmiş əlavədə ABŞ Hökumətinin Azərbaycan HDQ-yə birbaşa dəstəyi nəzərdə tutulur. Bura hava məkanına nəzarət elmentləri də daxil edilib. Xəzərin təhlükəsizliyi proqramı çərçivəsində həmçinin Azərbaycan və Qazaxıstan arasında təhlükəsizlik sahəsində əlaqələrin yaradılması da dəstəklənir.

Birləşmiş Ştatlar hərbçilərinin gəldiyi qənaətə görə, proqram reallaşandan sonra Azərbaycan HDQ xüsusi təyinatlı dəniz əməliyyatlarının aparılmasına tam hazır olacaq. HDQ xüsusi təyinatlıları Xəzərdə istənilən şəraitdə gəmini yoxlamaq, gəmiyə daxil olmaq, axtarış və zəbtetmək, sualtı və sahilyanı kəşfiyyat əməliyyatlarını keçirmək imkanına malik olacaqlar. Bundan başqa, HDQ-nin xüsusi təyinatlıları dənizdə terrorçulara effektli cavab vermək, dəniz enerji infrastrukturlarının təhlükəsizliyi və minadan təmizləmə əməliyyatları keçirə biləcəklər. Eyni zamanda HDQ və Dövlət Sərhəd Xidməti (DSX) dənizdə əməliyyat vəziyyəti barədə ümumi anlayışa malik olacaqlar. HDQ indikindən fərqli olaraq dənizdə qaçaqmalçılıq marşrutunu müəyyən edərək dəniz hərəkətlərini izləyəcək. HDQ-nin gəmiləri şübhəli bilinən gəmiləri saxlayıb onlar barəsində müvafiq tədbirlər görəcək.

Proqram çərçivəsində HDQ-nin gəmilərində etibarlı, davamlı rabitə, müşahidə və naviqasiya avadanlıqları, lazımi və daimi infrastruktur yaradılacaq. Şəxsi heyətin döyüş qabiliyyəti və peşəkarlığı yüksələcək.

Məlumat üçün bildirək ki, Xəzər dənizinin təhlükəsizliyi planının birinci mərhələsi artıq bu ilin sentyabr ayında tamamlanıb. Bu dövrdə dəniz təhlükəsizliyi üzrə ABŞ-Azərbaycan və ABŞ-Qazaxıstan birgə görüşləri keçirilib, Azərbaycan HDQ və DSX-nin dəniz nəzarəti, aşkaretmə və təhdidləri müəyyənetmə strukturlarının bir-birinə uyğunlaşdırılması başa çatdırılıb.

2008-ci ilin sentyabrınadək davam edəcək ikinci mərhələ çərçivəsində yaxın vaxtlarda HDQ-nin 5 gəmisi üçün rabitə, müşahidə və naviqasiya sistemlərinin genişləndirilməsi, ABŞ - Azərbaycan birgə xüsusi təyinatlı dəniz əməliyyatları təlimlərinin keçirilməsi başa çatdırılacaq. Hazırda plan üzrə HDQ-nin Komanda Mərkəzinin modernləşdirilməsi həyata keçirilir.

2008-ci ildə ABŞ-ın IMET kurslarında Azərbaycan Silahlı Qüvvələrinin zabitləri üçün 20-dək yer ayrılıb. Azərbaycan zabitləri ABŞ-da piyada zabitləri üçün təməl kursunda, reyncer kursunda, maddi-texniki təminat üzrə beynəlxalq kursda, rabitə zabitləri üçün təməl və təkmilləşdirmə kurslarında, HHQ Komandanlığı və Qərargah Kolleci, Eskadrilya Zabit Məktəbi, sualtı dalğıcların hazırlıq kurslarında, sualtı sursatların zərərsizləşdirilməsi kurslarında (Dəniz Pişikləri Təlimi), ABŞ Silahlı Qüvvələrinin Hərbi Akademiyasında və s. IMET təlim kurslarında iştirak edəcəklər.ayna

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1443.azr
azeribaybak[at]gmail.com
Yazıda qullanılan URL-lər:
[1] Milaz.info: http://Milaz.info