- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Rusiya Gürcüstan diplomatlarını xaric edəcək

BayBək, Azərbaycan | Friday, 9th November , 2007 , 08:30 [am] | Dış Xəbərlər

. “İndi Moskva elə də ürəkaçan vəziyyətdə deyil, axı o Saakaşvili və Okruaşvili arasında seçməlidir. Ümumən hazırda Gürcüstandakı müxalifəti qətiyyən Rusiyanın dostları adlandırmaq olmaz, onlar Qərbyönlüdülər. Bu vəziyyətdə Moskvanın orda danışmağa bir qüvvə yoxdur və Rusiya gözləmə vəziyyətini seçmək zorundadır. Sadəcə Moskvanın ən çox ehtiyyatlandığı Abxaziya və Cənubi Osetiyada münaqişənin qaynar fazaya keçməsi perspektivi ola bilər”.


Bu gün Rusiya Gürcüstandakı hadisələrlə bağlı qəzəbli reaksiyasını bildirib. Moskva dünən Gürcüstandakı Rusiya səfirliyinin 3 əməkdaşının arzuolunmaz şəxs elan edilməsi əvəzində bu gün eyni sayda gürcüstanlı diplomatın Rusiyadan xaric ediləcəyini bəyan edib.
Rusiya rəsmiləri habelə israrla bildirirlər ki, Moskvanın Gürcüstandakı hadisələrdə qətiyyən əli yoxdur və Tbilisi rəsmilərinin bu səpkidə olan bütün bəyanatları cəfəngiyyatdır.

Gürcüstanda Rusiya diplomatlarının arzuolunmaz şəxs elan edilməsinə Moskvanın reaksiyası kifayət qədər çevik oldu. Bu gün Moskvada ölkənin xarici işlər nazirliyinə dəvət olunan Gürcüstan səfirliyinin nümayəndəsinə bildirilib ki, Rusiya ölkədəki 3 yüksək vəzifəli Gürcüstan diplomatını arzuolunmaz şəxs elan edir və onları ölkədən xaric edir.

Bundan bir qədər əvvəl isə Rusiyanın xarici işlər nazirliyi Gürcüstandakı hadisələrlə bağlı xüsusi bəyanat yayıb. Bəyanatı nazirliyinin xüsusi nümayəndəsi Mixail Kamının səsləndirib:

“Fövqaladə vəziyyətin elan edilməsi və Rusiyadan düşmən siması yaradılması cəhdləri Gürcüstan rəhbərliyinin daxili problemləri sivil yolla həll edə bilməməsinin təsdiqidir. Tbilisidən yayımlanan kadrlar bütün dünyaya Gürcüstansayağı demokratiyanın nə olduğunu açıq nümayiş etdirdi”.

Rusiya Dövlət Dumasının sədri Boriz Qrızlov öz növbəsində Tbilisidə Moskvanın ünvanına səslənən ittihamlarda Vaşinqtonun izini gördüyünü bəyan edib:

“Rusiyanı ittiham etmək siyasəti artıq bir neçə ildir ki davam edir və mənim zənnimcə, bu ABŞ-ın xüsusi xidmətlərinin əmriylə edilir”.

İndi Moskvada bir çoxları Gürcüstanla bağlı hansı siyasətin yeridiləcəyi məsələsini müzakirə edirlər. Məsələn politoloq Andrey Areşev hesab edir ki, Rusiya indi gözləmə mövqeyini tutacaq və vəziyyətin hənsı səmtdə inkişaf edəcəyini izləyəcək:

“İndi Moskva elə də ürəkaçan vəziyyətdə deyil, axı o Saakaşvili və Okruaşvili arasında seçməlidir. Ümumən hazırda Gürcüstandakı müxalifəti qətiyyən Rusiyanın dostları adlandırmaq olmaz, onlar Qərbyönlüdülər. Bu vəziyyətdə Moskvanın orda danışmağa bir qüvvə yoxdur və Rusiya gözləmə vəziyyətini seçmək zorundadır. Sadəcə Moskvanın ən çox ehtiyyatlandığı Abxaziya və Cənubi Osetiyada münaqişənin qaynar fazaya keçməsi perspektivi ola bilər”.

Bu arada Rusiya mətbuatında Gürcüstandakı demokratiyanın səviyyəsi haqda müxtəlif mövqelər səslənir. Məsələn, rəsmi mətbuat hökumət nümayəndələrinin dalınca Gürcüstanda demokratiyanın çox aşağı səviyyədə olduğunu yazırlar. Ancaq, məsələn, ölkənin aparıcı müstəqil radio stansiyalarının birinin apardığı sorğuda respondentlərin tam əksəriyyatı Gürcüstanda demokratiyanın Rusiyadan daha çox olmasını bildiriblər.bbc

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1447.azr
azeribaybak[at]gmail.com