- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Metyu Brayza Gürcüstana göndərilir

BayBək, Azərbaycan | Saturday, 10th November , 2007 , 15:57 [pm] | Dış Xəbərlər

. Amerikanın xüsusi nümayəndəsi Tbilisiyə gedir ki, Gürcüstan hökumətini fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq etsin.

Dövlət Katibinin müavininin köməkçisi Metyu Brayza «Azadlıq» radiosuna deyib ki, yanvarın 5-nə təyin olunmuş prezident seçkisinə bir neçə həftə qalmış fövqəladə vəziyyətin dayandırılması vacibdir:



Amerikanın xüsusi nümayəndəsi Tbilisiyə gedir ki, Gürcüstan hökumətini fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq etsin.

Dövlət Katibinin müavininin köməkçisi Metyu Brayza «Azadlıq» radiosuna deyib ki, yanvarın 5-nə təyin olunmuş prezident seçkisinə bir neçə həftə qalmış fövqəladə vəziyyətin dayandırılması vacibdir:

«Mənim mesajım Dövlət katibi Kondoliza Raysın mesajıdır. Biz Gürcüstan hökumətini fövqəladə vəziyyəti təcili ləğv etməyə və medianın fəaliyyətinin bərpasına çağırırıq. Bu, prezident Saakaşvilinin elan etdiyi seçkinin azad və ədalətli olmasını təmin etmək üçün vacibdir».

Tbilisiyə səfəri zamanı Metyu Brayzanın prezident Mixail Saakaşvili, o cümlədən, müxalifət nümayəndələri ilə görüşəcəyi gözlənilir.

Saakaşvili noyabrın 7-də Gürcüstanda 15 günlük fövqəladə vəziyyət elan edib, ondan qabaq isə Tbilisidə müxalifət və polis arasında toqquşma olmuşdu.azadliq

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1457.azr
azeribaybak[at]gmail.com