- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Franz Ferdinand-ı kim, harda və necə öldürəcək?

BayBək, Azərbaycan | Saturday, 17th November , 2007 , 01:42 [am] | Məqalə-Yazi

. Ozan Araz-ın dedigi kimin, dermançılar dəiyşsə, derman işində yenə!
Milli kimligimizi, varlıqlarımızi və gələcəgimizi öyütüb bitirirlər.

Terror günləri yaxlaşır və biriləri qurban gedəcəklər.

Bəlki zənn etdigimiz qanli savaş baş tutmasın, ama orta doğuda dəiyşimlər kəsindir. Bu dəiyşimləri gözləmədən, biz dəiyşimlərin nə olduğuna qərar verək.



1914 ili dünyanın yeni taixində önəmli rolu olub. Bu il, demək dünya savaşının başlanqıçi adlanır.

Tarixçilər arasında az ya çox ixtilaf olsa bilə, Franz Ferdinand-ın öldürülməsi ilk dünya savaşın başlatmış olur.

Hər haldə geçmişlərdən bizə qalmış olan ata-ana sözləri belə durumlarda işə yaraiyrlar. Demişkən, tarixdən dərs almaq lazimdir. Və məncə bu dərslərin birinin almasi vaxti yetışıb.

Dünya savaşi bizimdə bildigimiz kimin yalniz bir terrorlə başlamamış. Bu olaiyn baş tutmasi üçün illərcə zaman sərf olunub. Avrupa ülkələri və Amerika-nın savaş üçün yapdıqlari hazırlıqlar boşuna olmamışlar.

Böyük Britaniya, Almaniya, Otriş (Ostriya), Fransa, Rusiy, İtaliya və hətta Belcika-nın davranışlari, illər öncə böyük bir savaşın üz verməsin qarantiya almışdi.

Osmanli İmparatorluğunun gücünün azalmasi sonucu, bir çoxlu yerdə usyanlar ortaya çıxıb və mərkəzi hükümətə zərbələr yendirdilər. Bir sıra qomşularsa bu durumdan yararlanıb və genış alanlari öz torpağlarına qatdılar. Bunların biri Otriş imparatorluğuydu ki Bosni-Herzeqovin-i öz torpağlarına yapışdırdı.

Bu olay ilk başlanqıçdan yanlışdi. Nədən ki o bölgədə yaşayan çoxunluğ Slav-lardılar. Slav milləti çox əskilərdən yaşayan, Rusiya və Serbia-da yer alan millət saiylırdi. İllər 1914 olaylarından öncə, bölgədə Pan-İslavism diə bir sorun yaşanırmış. Bu sorun Slav millətinə aiyd olanları bir bayrağ altına toplama düşüncəsi altında da təhlukəli bir duruma duşmuşdu.

Rusiyaya arxalanan Slav milləti, çeşitli ülkələrdə yaşamaqlarından asıli olmayaraq, birləşmək üçün can atırdılar. Bu arada Serbia ilə Bosni-Herzeqovin arasında olan bağlar dahada güclüydülər.

Serbiya İmparatorluğu bu üzdən Otriş İmparatorluğuna yoldaş kimi yox, belki işqalçi bir düşman kimin baxırdı. Çunku onların özlərinə aiyd olduğuna inanan Bosni-Herzeqovin işğal olunmuşdi.

Bosni-Herzeqovin-i hələlik burda buraxıbda başqa ülkələrin ilşkilərinə bir göz atağ.

Alman və Fransa eskidə nəqədr yaxın olsalarda, bu dönəmdə qanli piçağ düşmənlərdilər. Yeni yaranmış Alman İmparatorluğu, Fransadan qazandıği torpağlari geri vermək istəmirdi. Gec gəlib tez örgəşən məsəli kimin, Alman İmparatorluğu özün tam bir güc olaraq bilib və ona görə davranırdi.

Almanən iqtisadi baxımdan hızli ilərləməsi və hərbi baxımından yeni teknolojiyə sahib olmasi, doğal olaraq əski güclərin xoşuna getmirdi. Böyük Britaniya yüz illərcə yalqiz güc və sömürgəçi olaraq, qarşısında yeni və gün bə gün güclənən bir İmparatorluğ görürdü. Bu hiçdə xoşa gəlim bir olay dəiyrdi.

Rusiya və Alman, Fransa və Alman, Britaniya və Alman, Otriş və Serbiya, Beljika və Alman, Osmanlı və Avrupa gücləri və ən sonda Amerikanin maraxlari və bu böyük güclərin arasındaki olan çatışmamazlıqlar, bolgəni barut anbarına çevirmışdi.

Bu güclərin arasında olan aydın və gizli anlaşmalar, işbirlikləri, casusluqlari və araqatmalari 1914-dən daha öncə başlanmş və getdicə büyümüşdi.

Hələ bu duruma, ülkələrin iç sorunlarında artırmaq gərəkir. Ülkələrdə, özəlliklə iqtisadi və toplumsal inkişafına varan ülkələrin iç sorunlari hakimiyətləri ağır duruma gətırmışdı.

İşçilər sendikalarənən güclənməsi, toplumda yaşayanların hakimiyətdən gözlədiklərinin artmasi, bahalıq və siyasi anlaşmamazlıqlar bu ülkələrin halin gərgin etmişdi.

İmparatorluqlar artıq açıqcasına bir birinə hədə qorxu gəlib və öz hərbi güclərindən siyasi yararlanmaq istəiyrdilər. Silah örətimi ayaq tutub gedirdi. Sömürgə olan ülkələdən işçi və mal alınması artmışdi və daha önəmlisi, böyük güclərin birbirinə qarşi saldırmağ üçün yapdıqlari planlar ortaya çıxmışdi.

O devirdə, dünyanın gələcəgi yalqiz Avrupalıların əlindəidi.

Qaiydağ indiki devrimizə.

Dünya indi Avrupa yox, belki Amerikadan yönətilir. Ama, aydın ya gizli olaraq hakimiyətləri öz əli altına alan Amerikaləlar, yeni İmparatorluğlarla qarşılaşıblar. Bu imparatorluğlar cuğrafi yox, bəli idioloji imparatorluğlari adlanırlar.

Aşırə düşüncələrə sahib olan bu idiolojik imparatorluğlar getdikcə hər kəs üçün təhlukəyə çevrilirlər. Amerika sömürgəsinə yox demək şuarila ortaya çıxan bu idiolojilar, daha sonra öz başına və bəlli bir qatın yararına xidmət üçün yön dəiyşiblər.

İndi, dünyada çoxlu güclü ülkə var. Gücləri hərbi ya iqtisadi olmasa bilə, idiolojik gücləri danılmazdır.

Dünyanın süper gücü orata doğunu fəth etmək istəiyr. Bu istək çox yöndən tartışila birlir ama mən burda onun önəmin tartışmaq istəmirəm. Önəmli olan budur ki orta doğunu fəth edən güc, dünyanın süper gücü olacaqdır. Yani ki, əgər Amerika burani fəth edə bilməzsə, demək başqa süper güclərdə varmışlar.

İndiki durumu 1914-cu ilə yetirən devirlə tutuşdurmağ bəlki durumun anlamasına yardım etsin. İndiki güclər gizli ya aydın anlaşmalar yapır ama bu devirdə xiyanət daha çoxdur. Hamisı düşmana qarşi plan hazırlaiyb, düşmanın hazırlıqli olmasın ölçmək üçün ya daha doğrusu, düşməni quşqurtmağ üçün hərbi manervralar yapılır, örnəiyn, Almanların Marakeşdə (Morocco) Britaniyani quşqurtması kimin! Silah örətimi və satışi ayağ tutub gedir. Geçən devirdə silah yalqiz ülkənin qullanmasi üçün örətilirdi, ama indiki devirdə dünya çapında yaiylmağ və qazanmağ üçün!

Sözün qıssasi, dorum ağırdır. Bir balaca səhvlə dünya savaşi başlana bilir.

Əgər bu qalabalığ güclərin savaşın iki maraxlarımıza bağli olan ülkəyə qısıtlasaq, Amerika və İran qalır ortada. Rusiya ya başqa güclər arxada bu iki düşməni ya piçaqlaiyrlar ya yardim edirlər. Ama, bizim üçün ünəm daşiyan bu ikisidir. İran nəqədər güclü olsada, bu durumdan sağlam qurtulamayacaq. Bunun nədənləri başqa zaman tartışila bilir ancaq söz qonusu olan güc sistem gücüdür.Amerikada hakimiyət diyişir ama sistem dəiyşməz. Ama İranda sistem və hakimiyət dəiyşilməsi qaçınmaz bir gərçəkdir.

Amerikada milli birlik olsada, gözdə üylədir. Nədən ki orda yaşayanlar bir millət dəiyrlər. Qızıl dərilərdən xaric, kimsə orda yerli dəiyr. İranda ama durum belə dəiyr. Orda yaşayan millətlər gün bə gün öz haqların almaqda daha israrli olurlar. Bunun anlami belə açıqlana bilir ki İranda olan sistem dəiyşməlidir. Bu dəiyşim, 1-ci dünnya savaşından sonra kimin, yeni ülkələrin yaranışina və torpağ sahibi olan millətlərin qurtuluşuna nədən olacaq.

Ama, bu arada gərək ağilli davranaq. Culadan çıxmada quyuya düşmənin nə yarari olar? Kəsin hiç ne olmaz və durumu olduğundan daha pis edər. Yani ki, biz Fars hakimiyəti altından qurtulmadan, Amerika hakimiyətinə necə razı ola bilirik?

Bu arada mənim anlamadığım bir davranış var. Özlərinə milli fəal adi qoyub siyasi düşüncə sahibi olmuş kimin davrananların Amerika yanlısı olmaları çox şubhəlidir. Amerika güc olub dünyani somurmağa başladığından bəri, hiç bir millətə dost olmaiyb. Öz qazancın öncə görüb və hər zaman sabit qazanc üçün savaşıb, sabit dost üçün yox.

Biz bunu bilərək, öz ixtiyarımızı necə onlara verməyə razi ola bilirik?

Amerikanın yaratdığı qolaylıqlar danılmazdır. Ordan yaiylan inkişaf, insanlar üçün önəmli və alqışlanmalidır. Ama bu nədən ola bilməz ki biz milli qazanclarımızı Amerikanın qazancında görək.

Amerikadan yararlanmaliyq. Bunda söz yoxdur. Ama, bu yararlanmaq öncədən planlanmış və qazancı qarantiya alınmış olmalıdır. Biz öz bölgəsəl düşmanlarımıza qarşi güclənməliyk. Bizim bölgəsəl düşmanlarımız bəllidilər, Fars, Rus, Erməni, Kürd və Din yanlılari. İndi belə baxmaliyq ki aya Amerika bunların hançısına yardim edir və nedən yardim edir?

Min dəfə ölç, bir dəfə biç.

Bizim milli qazanclarəmız yalqiz və yalqiz özgürlükdədir, və həmdə gərçək özgürlük. Amerikanin bizə vəd etdigi özgürlük (əgər olmuş olsa!), yeni və daha güclü sömürgəçinin hakimiyətinə baş əyməkdir.

Bu güc davasında, kimisi atın oynadır, kimisi qalasın yürüdür və kimisi silah toplaiyr. Bizsə səs siz səda sız oturmuşuq və gözümüz, əlimiz və dilimiz başqalarından asılıdır. Otur dedilər oturub, yat dedilər yatırıq. Yazıqlar olsun bizə. Qomşu qapıdaki düşman silah əlində bizə qonağ gəlir, bizsə yatmışıq və Amerika demokrasisi yoxusu görməyə cəhd edirik.

Ənində sonunda, bir ülkə öz Franz Ferdinand-ın qarşi tərəfi quşqurtmağ üçün səfərbər edəcək. Biriləridə onu terror edib və savaşların başlanmasına şəraiyt yaradacaqlar. Ama, biz bu olaylarin altından sağlam qurtulmağa hazırmiyıq?

Oturub danışmaq və tartışmaq yerinə, uzaqdan başımızı gizlədib və muxaliflərə daş atırık. Milli mənafedən danışib ama başqalarının milli mənafein qoruruq. Milli birlikdən danışıb ama aiyriliq törədirik. Beləki görünür, genə bizim yalqiz şüfürümüz dəiyşilir!

Ozan Araz-ın dedigi kimin, dermançılar dəiyşsə, derman işində yenə!
Milli kimligimizi, varlıqlarımızi və gələcəgimizi öyütüb bitirirlər.

Terror günləri yaxlaşır və biriləri qurban gedəcəklər.

Bəlki zənn etdigimiz qanli savaş baş tutmasın, ama orta doğuda dəiyşimlər kəsindir. Bu dəiyşimləri gözləmədən, biz dəiyşimlərin nə olduğuna qərar verək.

Gələcəgimiz öz əlimizdə olmalıdır, buna şubhəli olmayalim.

Təbrizli Baybək
15/11/2007
Glasgow

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1496.azr
azeribaybak[at]gmail.com