- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Kaliforniyada ermənilərlə azərbaycanlılar arasında qarşıdurma baş verib
BayBək, Azərbaycan | Tuesday, 29th May , 2007 , 16:32 [pm] | İç Xəbərlər
![]() |
. | Qeyd edək ki, Amerika-Azərbaycan Şurası Kaliforniya ştatının cənub hissəsində fəaliyyət göstərəcək. Cəmiyyətin nəzdində Azərbaycan dili məktəbi və milli kitabxana da yaradılıb. Şuranın mayın 28-də keçirilən toplantısına qatılan 60 qonaq arasında İrvinin daxil olduğu Orange County dairəsinin səlahiyyətli şəxsləri, regionun türk və yəhudi diasporunun üzvləri də olub.apa |
Icazəsiz aksiya keçirənlərə Şuşanın qanunsuz bərpasını həyata keçirmək istəyən “Sema Assosiates” şirkətinin rəhbəri Sema Yaqubyan başçılıq edib. İlk olaraq ermənilər Amerika-Azərbaycan Şurasının yeni ofisi qarşısında Azərbaycan əleyhinə şüarlar səsləndirməyə başlayıblar.
Vəziyyətin gərginlədiyini görən Azərbaycanın Los Angelesdəki Baş Konsulu Elin Suleymanov və cəmiyyətin sədri Cavid Hüseynov nümayişçilərin qarşısına çıxaraq ölkəmizin mövqeyini ortaya qoyublar. Bundan sonra bir necə erməni cəmiyyətin binasına daxil olaraq, açılış mərasimini pozmağa cəhd edib. Əraziyə gələn polis əməkdaşları erməniləri binadan çıxarıb.
Baş konsul Elin Suleymanov APA-ya açıqlamasında ermənilərin etirazını Azərbaycanın Kaliforniyada artan nüfuzu ilə əlaqələndirib. Diplomat, həmçinin, ermənilərin azərbaycanlılara məxsus cəmiyyətin binası qarşısında etiraz keçirmək əvəzinə, Ermənistanın ciddi problemləri ilə bağlı mövqelərini bildirməsinin daha məqsədəuyğun olduğunu söyləyib.
Qeyd edək ki, Amerika-Azərbaycan Şurası Kaliforniya ştatının cənub hissəsində fəaliyyət göstərəcək. Cəmiyyətin nəzdində Azərbaycan dili məktəbi və milli kitabxana da yaradılıb. Şuranın mayın 28-də keçirilən toplantısına qatılan 60 qonaq arasında İrvinin daxil olduğu Orange County dairəsinin səlahiyyətli şəxsləri, regionun türk və yəhudi diasporunun üzvləri də olub.apa
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir