- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
AZƏRBAYCAN JURNALİSTLƏRİNİN ŞİMALİ KİPR SƏFƏRİ BAŞA ÇATIB
BayBək, Azərbaycan | Monday, 19th November , 2007 , 15:28 [pm] | İç Xəbərlər
![]() |
. | Asiya Dialoqu İctimai Birliyindən «Media forum» saytına verilən xəbərə görə, Şimali Kiprin yaranmasının 24-cü ildönümünə təsadüf edən səfər zamanı Azərbaycanın media təmsilçiləri bu ölkənin siyasi, iqtisadi, ictimai, geopolitik durumu, yaşayış səviyyəsi, ehtiyacları, təhsili, mədəniyyəti ilə bağlı məlumatlar əldə ediblər, türk cümhuriyyətinin siyasətini müəyyənləşdirən və ona təsir imkanları olan bütün çevrələrdə görüşlər keçiriblər. |
Asiya Dialoqu İctimai Birliyi və Qafqaz Media Mərkəzinin təşəbbüsü ilə bir qrup Azərbaycan jurnalistinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatıb.
Asiya Dialoqu İctimai Birliyindən «Media forum» saytına verilən xəbərə görə, Şimali Kiprin yaranmasının 24-cü ildönümünə təsadüf edən səfər zamanı Azərbaycanın media təmsilçiləri bu ölkənin siyasi, iqtisadi, ictimai, geopolitik durumu, yaşayış səviyyəsi, ehtiyacları, təhsili, mədəniyyəti ilə bağlı məlumatlar əldə ediblər, türk cümhuriyyətinin siyasətini müəyyənləşdirən və ona təsir imkanları olan bütün çevrələrdə görüşlər keçiriblər.
Səfərin ilk günündə Azərbaycan jurnalistləri şəraitinə, imkanlarına və inkişaf sürətinə görə bir çox dünya universitetlərini geridə qoyan Yaxın Doğu Universitetində də olublar.
Səfərin ikinci günündə Azərbaycanın media təmsilçiləri Şimali Kiprin baş nazirinin müavini və xarici işlər naziri Turqay Avcı ilə görüşüblər. Sonra jurnalsitlər Şimali Kıpr Mehmet Əli Tələtin brifinqinə qatılıblar. O, Azərbaycan jurnalistlərinin suallarına cavab olaraq bildirib ki, onun ölkəsi rəsmi Bakıdan və digər türk dövlətlərindən bu mərhələdə tanıma tələb etməsə də, iqtisadi sahədə ciddi addımlar gözləyir.
Noyabrın 15-də Azərbaycan jurnalistləri Şimali Kiprin 24-cü ildönümünə həsr olunan tədbirlərdə iştirak ediblər.
Səfərin sonuncu günündə azərbaycanlı jurnalistləri Şimali Kiprin qurucusu Rauf Denktaş qəbul edib. O, Dağlıq Qarabağ və Şimali Kipr məsələlərinin müqayisəsinin yanlış olduğunu vurğulayıb.
Şimali Kipr səfərində İctimai Televiziyanın, «Azadlıq» radiosunun, «Azəri-Press» (APA) və «ANS Press» agentliklərinin, «Yeni Müsavat», «Azadlıq», «Gün səhər», «Xəzər», «Reytinq» və «Xalq Cəbhəsi» qəzetlərinin təmsilçiləri iştirak edib.mediaforum
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir