- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Qənimət Zahid zaminə buraxılmadı

BayBək, Azərbaycan | Thursday, 22nd November , 2007 , 06:03 [am] | İç Xəbərlər

. Qənimət Zahidin həbsi haqda qərarın ləğvi ilə bağlı apellyasiya şikayətinə baxış noyabrın 22-nə təxirə salınıb. Buna baş redaktorun və digər münaqişə tərəfi Vüsal Həsənovun prosesə gətirilməməsi səbəb olub. Q.Zahidin vəkilləri – Rəşid Hacılı və Osman Kazımovun vəsatətindən sonra proses noyabrın 22-i saat 15:00-a təxirə salınıb.


Qənimət Zahidin həbsi haqda qərarın ləğvi ilə bağlı apellyasiya şikayətinə baxış noyabrın 22-nə təxirə salınıb. Buna baş redaktorun və digər münaqişə tərəfi Vüsal Həsənovun prosesə gətirilməməsi səbəb olub. Q.Zahidin vəkilləri – Rəşid Hacılı və Osman Kazımovun vəsatətindən sonra proses noyabrın 22-i saat 15:00-a təxirə salınıb.

Vəkilləri baş redaktorun həbsinin qanunsuz olduğunu bildirirlər.

Noyabrın 21-də həmçinin Qənimət Zahidin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti də təmin edilməyib. Yasamal Rayon Məhkəməsi bu haqda qərar çıxarıb. Vəkil Rəşid Hacılı deyir ki, onlar bu qərardan apellyasiya şikayəti verəcəklər.

Vəsatətdə 11 min manat girov müqabilində baş redaktorun həbs-qətimkan tədbirinin dəyişdirilməsi xahiş olunurdu.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub. Ona qarşı xuliqanlıq və az ağır xəsarət yetirmə ittihamları irəli sürülüb.azadliq

BayBak, All about a Nation, Bir millətin səsi

==========
Buna bağli olan yazılar


Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1532.azr
azeribaybak[at]gmail.com