- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

DAK-da aləm qarışdı

BayBək, Azərbaycan | Thursday, 22nd November , 2007 , 15:03 [pm] | İç Xəbərlər

. “İsveç Vergi Agentliyi Dünya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi haqda qərar çıxara bilər”. Bu sensasion xəbəri dünən keçirdiyi mətbuat konfransında DAK-ın keçmiş sədri, qurumun İdarə Heyətinin üzvü Cavad Derəxti verib.

Son dövrlər təşkilat daxilində baş verən olaylara münasibət bildirmək üçün жurnalistlərlə bir araya gələn Cavad Derəxti qurumun indiki rəhbərliyi ilə şəxsi müstəvidə



Cavad Derəxti: “Səbri Təbrizinin fəaliyyəti DAK qeydiyyatının ləğvi ilə nəticələnə bilər”

“İsveç Vergi Agentliyi Dünya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi haqda qərar çıxara bilər”. Bu sensasion xəbəri dünən keçirdiyi mətbuat konfransında DAK-ın keçmiş sədri, qurumun İdarə Heyətinin üzvü Cavad Derəxti verib.

Son dövrlər təşkilat daxilində baş verən olaylara münasibət bildirmək üçün жurnalistlərlə bir araya gələn Cavad Derəxti qurumun indiki rəhbərliyi ilə şəxsi müstəvidə heç bir problemi olmadığını söyləyib: “2007-ci il iyulun 7-8-də Almaniyanın Köln şəhərində keçirilən DAK-ın bizim də iştirak etdiyimiz IX qurultayında doktor Qulamrza Səbri Təbrizi sədr seçilib. Amma təəssüf ki, Səbri Təbrizi sədr seçildiyi gündən başlayaraq, təşkilatın Nizamnaməsinin pozulması, İdarə Heyəti ilə razılaşdırılmamış qərarların verilməsi adi hal almağa başladı”.

Derəxtinin sözlərinə görə, məhz Təbrizinin səhlənkarlığı üzündən bu gün DAK hüquqi baxımdan bağlanmaq təhlükəsi altında qalıb: “DAK-ın iyulda keçirilən sonuncu qurultayından sonra dəfələrlə protokolla bağlı məsələni təşkilat rəhbərinə çatdıranda, istehza ilə qarşıladılar. Xəbərdarlıqlarımızı ciddiliyə almadılar. Bu gün pis nəticə ilə üz-üzəyik. Təəssüf edirəm ki, İsveç Vergi Agentliyi noyabrın 8-də qurumun qeydiyyatını ləğv edilməsi ilə bağlı mənim adıma sənəd də göndərilib”.

C.Derəxti yaranmış duruma görə təşkilatın indiki rəhbərliyinin məsuliyyət daşıdığını deyib. Dediyinə görə, qurumu idarə edə bilmədiyi və Nizamnamə tələblərini kobud şəkildə pozduğu üçün dəfələrlə Q.Təbrizinin istefa verməsini tələb edib, amma yeni sədr bu tələbləri qəbul etməyib. Bununla belə o, DAK-ların birləşməsi ilə bağlı təşəbbüsləri alqışlayır. Dediyinə görə, 2008-ci ilin fevralında İsveçin paytaxtı Stokholmda DAK-ın növbədənkənar birlik qurultayının keçiriləcəyinə artıq qərar verilib.

Bu arada “qarşı tərəf” Derəxtini “zərərsizləşdirmək” üçün qabaqlayıcı addım atıb. Dünən S.Təbrizinin adından yayılan bəyanatda bildirilir ki, C.Derəxtinin İdarə Heyətinin üzvü
kimi fəaliyyəti dondurulub.express

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1533.azr
azeribaybak[at]gmail.com