- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Millət vəkili Rəfət Bayat:”İran-Ermənistan qaz kəməri lazımsız bir şeydir”

BayBək, Azərbaycan | Thursday, 22nd November , 2007 , 23:19 [pm] | İç Xəbərlər

. Xanım deputat bildirib ki, İran parlamentində millət vəkillərinə daxili və xarici siyasətdə həyata keçirilən hər bir məsələylə bağlı nəyəsə etiraz etməyə və hansısa sualları soruşmağa hüququ var. Ancaq spiker özünü əsl diktator kimi aparır. Yəni parlament sədri özbaşınalıqla məşğuldur.


“Belə bir xəttin çəkilişi heç bir perspektiv vəd etmir”.

Zəncan şəhərini İran parlamentində təmsil edən millət vəkili Rəfət Bayat spikerdən inciyib. “Baybak”ın məlumatına görə, azərbaycanlı deputat danışarkən mikrofonu söndürülüb. Buna səbəb onun parlamentin sədri Qulaməli Həddad Adelə öz etirazını çatdırmaq istəyi olub. Ona görə də Rəfət Bayat bir aydır iclaslarda iştirak etmir.

Xanım deputat bildirib ki, İran parlamentində millət vəkillərinə daxili və xarici siyasətdə həyata keçirilən hər bir məsələylə bağlı nəyəsə etiraz etməyə və hansısa sualları soruşmağa hüququ var. Ancaq spiker özünü əsl diktator kimi aparır. Yəni parlament sədri özbaşınalıqla məşğuldur.

O, millət vəkillərinə söz haqqı vermir, parlamenti birtərəfli şəkildə idarə edir: “Bilirsiniz, mən İrandan Ermənistana çəkilmiş və “sülh kəməri” adlandırılan qaz xəttilə bağlı sual vermək istəyirdim. Çünki belə bir kəmərin çəkilməsi əhmiyyətsizdir. Yəni Ermənistana qaz verilməsi lazımsız bir şeydir. Axı bunun heç bir perspektivi yoxdur. İranın da xeyrinə deyil, əksinə daha da ziyanınadır”.butovaz

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1536.azr
azeribaybak[at]gmail.com