- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

XƏZƏRDƏ BATAN RUSİYA GƏMİSİ ƏTRAFINDA MÜƏMMALAR

BayBək, Azərbaycan | Friday, 23rd November , 2007 , 00:30 [am] | İç Xəbərlər

. Noyabrın 17-də Xəzərdə batan Rusiya yük gəmisinin 3 heyət üzvü xilas edilib. Bu barədə “RİA-Novosti” agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, xilasedicilər Həştərxandan İrana yük aparan “Kamyust-1” gəmisinin 3 heyət üzvünün olduğu rezin qayığı gecə saatlarında aşkar ediblər. Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndələri dənizçilərin sağlıq durumu haqda açıqlama vermir. Bundan əvvəl xilasedicilər gəmiyə məxsus daha bir xilasetmə qayığını tapmışdılar.


Heyət üzvlərindən 3-ü tapılıb, bəs gəminin qəzaya uğraması 5 gün niyə gizlədilib?

Noyabrın 17-də Xəzərdə batan Rusiya yük gəmisinin 3 heyət üzvü xilas edilib. Bu barədə “RİA-Novosti” agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, xilasedicilər Həştərxandan İrana yük aparan “Kamyust-1” gəmisinin 3 heyət üzvünün olduğu rezin qayığı gecə saatlarında aşkar ediblər. Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndələri dənizçilərin sağlıq durumu haqda açıqlama vermir. Bundan əvvəl xilasedicilər gəmiyə məxsus daha bir xilasetmə qayığını tapmışdılar.

Lakin onun içərisində heyət üzvlərindən heç kim olmayıb. Qeyd edək ki, Xəzərin Azərbaycan ərazi suları yaxınlığında batan gəminin 12 heyət üzvü olub. Qəzanın səbəbləri bilinmir. Qəza zamanı hava şəraiti normal olub və heyət əvvəlcədən gəmidə hansısa nasazlıq haqda məlumat verməyib. Gəminin axtarışına Rusiya hərbi qüvvələr də cəlb edib. İrana yük daşıyan gəminin hansısa təxribat nəticəsində bata biləcəyi istisna deyil.

Rusiya mənbələri ötən gün qəza ilə bağlı müəmmaları artıran yeni məlumatlar yayıblar. Məlum olub ki, gəmi əvvəlcə deyildiyi kimi, noyabrın 17-də yox, hələ noyabrın 11-dən - Həştərxan limanını tərk edəndən bir neçə saat sonra rabitə əlaqəsinə çıxmayıb. Gəminin yoxa çıxdığı haqda məlumat isə İran tərəfdən, noyabrın 14-də verilib. Həmin gün rəsmi məlumatlarda deyildiyi kimi, polad konstruksiyalar daşıyan gəmi İranın Ənzəli limanına çatmalıydı. Lakin gəminin məxsus olduğu və Taqanroqda qeydiyyatdan keçmiş “Paradays” şirkəti “Kamyust-1”in yoxa çıxdığını yalnız iki gün sonra - noyabrın 16-da bildirib. Ertəsi gün səhər saatlarında Rusiya FHN-in Həştərxan vilayəti üzrə idarəsinin növbətçi hissəsi gəmidən “SOS” siqnalı alındığını açıqlayıb və xilasetmə işləri başlayıb.

Gəminin rabitə əlaqəsinə çıxmadığı beş gündə onun axtarışı ilə heç kim məşğul olmayıb, yaxud qəza hansısa səbəblərdən gizli saxlanılıb.

Bu müəmmalı vəziyyət gəminin Rusiyadan İrana hərbi xarakterli hansısa gizli yük daşıya biləcəyi haqda ehtimalları gücləndirir.

Son məlumatlara görə, gəminin heyət üzvlərindən ikisinin cəsədi tapılıb, qalanlarının taleyi məlum deyil. Gəminin yeri təqribi bilinsə də, hələlik onu aşkar etmək mümkün olmayıb. Sağ xilas edilən heyət üzvləri isə Mahaçqalaya aparılıb, onların həyatı üçün təhlükə yoxdur.

Lakin heyət üzvlərindən sağ qalan olsa da, rəsmilər qəzanın səbəbləri haqda onlara istinadən hər hansı məlumat vermirlər.musavat

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1538.azr
azeribaybak[at]gmail.com