- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Ermənilər Naxçıvana ərazi iddialarını rəsmiləşdirirlər

BayBək, Azərbaycan | Friday, 23rd November , 2007 , 04:50 [am] | İç Xəbərlər

. Qəribədir, ermənilər hər dəfə öz məkirli siyasətlərini həyata keçirmək üçün bütün vasitələrdən istifadə edir və nələrəsə nail olurlar, biz isə bu planlar reallaşına qədər seyirçi mövqedə dayanmaq yolunu tuturuq. Hər şey aşkarlananda da erməniləri həyasızlıqda ittihamlayıb, ən yaxşı halda gecikmiş bəyanatlar verməklə məşğul oluruq. Bu, dünən də belə olub, bu gün də belədir, yəqin ki, istənilən səviyyədə siyasət aparmasaq, sabah da oxşar nəticənin şahidi olacağıq. Hələlik bu gün baş verən daha bir erməni məkrindən və bu məkrin gələcəkdə Azərbaycana vuracağı ziyandan danışaq.


Qəribədir, ermənilər hər dəfə öz məkirli siyasətlərini həyata keçirmək üçün bütün vasitələrdən istifadə edir və nələrəsə nail olurlar, biz isə bu planlar reallaşına qədər seyirçi mövqedə dayanmaq yolunu tuturuq. Hər şey aşkarlananda da erməniləri həyasızlıqda ittihamlayıb, ən yaxşı halda gecikmiş bəyanatlar verməklə məşğul oluruq. Bu, dünən də belə olub, bu gün də belədir, yəqin ki, istənilən səviyyədə siyasət aparmasaq, sabah da oxşar nəticənin şahidi olacağıq. Hələlik bu gün baş verən daha bir erməni məkrindən və bu məkrin gələcəkdə Azərbaycana vuracağı ziyandan danışaq.

Mətbuatın yazdığına görə, Rusiyanın paytaxtı- Moskvanın mərkəzində “Novoye Naxçıvanskoye Armyanskoye Çerkov” adlı erməni kilsəsi inşa edilir. Bu kilsənin inşası barədə mətbuata Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev, ona isə Moskvadan məlumat veriblər. Yəni təsadüf nəticəsində bu məlumat Rövşən Mustafayevə çatıb. Onun sözlərinə görə, ermənilər Naxçıvana qarşı olan iddialarını dünya səviyyəsində təbliğ etməyə başlayıblar.

Rövşən Mustafayev Ermənistan Milli Elmlər Akademiyasının Naxçıvanın ermənilərə məxsus olmasını iddia edən ensiklopediyi nəşr etdiyini də xatırladıb: “Ermənilər dünyada Naxçıvanla bağlı sərgilər və konfranslar keçirməkdə davam edirlər. Ermənistan dövlət səviyyəsində bütün diqqəti bu məsələyə yönəldib. Azərbaycanın fikir adamları da bu məsələyə münasibət bildirməlidir. Yaxşı olar ki, Rusiya hökumətinə, onların dini qurumuna müraciət edilsin və lazım gələrsə, Moskvaya nümayəndə heyəti göndərilsin”.

Qeyd edək ki, Rövşən Mustafayev dünyada yaşayan azərbaycanlıları da bu məsələyə biganə qalmamağa çağırıb.

Əminliklə deyə bilərəm ki, Azərbaycanın əlaqədar təşkilatlarına telefon açıb bu məsələ barədə məlumatlı olduqlarını soruşsaq deyəcəklər: “Bizim bu barədə məlumatımız yoxdur. Araşdırıb, lazım gələrsə öz etirazımızı bildirəcəyik”. Yaxşı, deyək, Azərbaycan Moskvadan neçə min kilometrlərlə uzaqda yerləşir, axı Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyanın paytaxtından uzaqda ki, deyil? Əgər Polad Bülbüloğlu səfir kimi vəzifəsini və səlahiyyətini başa düşüb, lazımı səviyyədə fəaliyyət göstərsəydi, bu məlumatdan vaxtında xəbər tuta və erməni kilsəsinin inşasının qarşısını almaq üçün yetərli addımlar ata bilərdi. Ancaq Polad Bülbüloğlu özünü Moskvada Azərbaycanın səfiri kimi deyil, Rusiyanın məmuru kimi aparır.

Bunu dəflərlə baş verən olaylar sübuta yetirib, ona görə də əlavə şərhə ehtiyac duymuram. Bəlkə də, Polad Bülbüloğlu dostu və qardaşı, Ermənistanın keçmiş mədəniyyət naziri, indi isə bu ölkənin Rusiyadakı səfiri Armen Smbatyanın könlünə dəyməmək üçün Naxçıvanın adını daşıyan kilsənin tikintisinə göz yumur. Və sözsüz ki, bunun da “xalq diplomatiyası”ı yolunda atılan bir addım kimi dəyəndirilməsi üçün bütün vasitələrdən istifadə etməyə hazırdır.

Qeyd edək ki, “Novoye Naxçıvanskoye Armyanskoye Çerkov” adlı erməni kilsəsini inşa etməyi qarşılarına məqsəd qoyan ermənilər, Moskvanın lazımi orqanlarından rəsmi sənədlər alıblar. Deməli Rusiyanın rəsmi dairələri hər dəfə olduğu kimi bu dəfə də Azərbaycanın isə ərazi bütövlüyünü şübhə altına alan fəaliyyətlə məşğuldurlar. Bizimsə səsimiz çıxmır.

Ermənilərin Naxçıvana olan iddiaları bununla kifayətlənmir. Onlar bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarında sərgilər təşkil edərək və konfranslar keçirərək, bu ərazinin onlara məxsus olduğunu göstərməyə çalışdılar. Azərbaycanın isə aidiyyatı orqanları buna təəssüf ki, çox kəsərsiz etiraz bildirdilər. Bu dəfə də belə olacağı şəksizdir.axcp

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1541.azr
azeribaybak[at]gmail.com