- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
ÖLKƏMİZƏ YENİ KÜRD KÖÇÜ BAŞLAYIB
BayBək, Azərbaycan | Friday, 23rd November , 2007 , 12:28 [pm] | İç Xəbərlər
![]() |
. | “İmişli rayonu ərazisinə gəlmə kürdlərin yeni axını başlayıb. Son üç-dörd gün ərzində bölgəyə 200-300 nəfər qaçqın kürdlər gətirilib. Onlar nədənsə rayonun əsasən Arazboyu yaşayış məntəqələrində yerləşdirilir…” Bu cümlələrlə başlayan xəbəri İmişli rayonundakı etibarlı qaynaq qəzetimizin müxbirinə verib. Qaynağın sözlərinə görə, İmişliyə gələn kürdlər əksəriyyət etibarı ilə kasıb geyiniblər və görkəmcə dağ adamlarına oxşayırlar. Əsasən yaşlı kişilər və qadınlardan ibarət olan qaçqınlar İmişli üçün yüksək hesab olunan qiymətlərlə ev kirayələyir, dükanlardan ən keyfiyyətli və baha malları alırlar. Ərzaq alış-verişində daha çox Rusiya istehsalı olan mallara üstünlük verirlər. |
Azərbaycana qarşı xain plan dövriyyədədir.
Gəlmələr Arazboyu ərazilərdə yerləşdirilir.
“İmişli rayonu ərazisinə gəlmə kürdlərin yeni axını başlayıb. Son üç-dörd gün ərzində bölgəyə 200-300 nəfər qaçqın kürdlər gətirilib. Onlar nədənsə rayonun əsasən Arazboyu yaşayış məntəqələrində yerləşdirilir…” Bu cümlələrlə başlayan xəbəri İmişli rayonundakı etibarlı qaynaq qəzetimizin müxbirinə verib. Qaynağın sözlərinə görə, İmişliyə gələn kürdlər əksəriyyət etibarı ilə kasıb geyiniblər və görkəmcə dağ adamlarına oxşayırlar. Əsasən yaşlı kişilər və qadınlardan ibarət olan qaçqınlar İmişli üçün yüksək hesab olunan qiymətlərlə ev kirayələyir, dükanlardan ən keyfiyyətli və baha malları alırlar. Ərzaq alış-verişində daha çox Rusiya istehsalı olan mallara üstünlük verirlər.
Qaynağımız qeyd edir ki, gəlmələr nisbətən köhnə “Tofaş” maşınlarında hərəkət edirlər və onların avtomobillərinin hamısı Türkiyə seriyalıdır: “Yerli əhali bu prosesdən narazıdır və gəlmələrin çıxıb getməsini istəyir. Lakin hələlik kimsə onlara qarşı çıxmağa cəsarət etmir.”
Xatırlayırsınızsa, Azərbaycana xaricdən, xüsusən Türkiyə və Şimali İraqdan kürd ailələrinin köçürülməsi barədə dəfələrlə məlumat vermişik. Ölkənin digər media quruluşları da dövlətçiliyimizi təhdid edən bu məsələni dəfələrlə gündəmə gətirib, prosesin arxasında duran mahiyyəti və bu xain əmələ dəstək verən Azərbaycan iqtidarındakı məmurları ifşa ediblər. Məsələ burasındadır ki, məhz indiki hakimiyyətdə çox önəmli vəzifə tutan bəzi məmurlar illərdir ki, Azərbaycana seperatçı əhval-ruhiyyəli kürdlərin köçürülməsi və yerləşdirilməsi prosesini həyata keçrirlər. Bu proses son aylar daha geniş vüsət alıb. Əsasən Şimali İraqdan və Türkiyənin kürdlər yaşayan əyalətlərindən olan köçkünlər hansısa yollarla Azərbaycana gətirilir, burada onları ən müxtəlif bölgələr üzrə yerləşdirirlər. Bəzi ekspertlərə görə, bu proses bir sıra dünya güclərinin də qatqısı və dəstəyi ilə həyata keçirilir. Əsas məqsəd ölkədə kritik kürd kütləsinin təmin edilməsidir…
İmişli rayonundan gələn son xəbərə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən münasibət öyrəndik. Mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bunların əsassız və heç bir fakta söykənməyən informasiya olduğunu bildirdi. İmişli Rayon Polis Şöbəsinin növbətçi zabiti Rza Əsədov da məlumatın həqiqətə uyğun olmadığını iddia etdi. Lakin bütün bunlara baxmayaraq, bildiririk ki, redaksiyamıza daxil olan bu məlumatı öz imkanlarımız və fərqli kanallarımızla dəqiqləşdirmişik, onun səhihliyinə şübhəmiz yoxdur. Dövlətin müvafiq qurumlarına da tövsiyyə edərdik ki, bizi təkzib etməkdənsə, qanunsuz və dövlətçiliyimizi təhdid edən köç prosesinin qarşısını alsınlar, Azərbaycanın böyük və xain oyunların səhnəsinə çevirilməsinə imkan verməsinlər.
Yada salırıq ki, bir neçə ay əvvəl Bakı şəhəri Binəqədi qəsəbəsinə də 300 kürd ailəsi köçürülmüşdü. O zaman da hakimiyyət nümayəndələri faktı inkar etmişdilər. Halbuki ərazidə məskunlaşan kürd ailələri ilə əməkdaşımız şəxsən söhbət etmiş, onların fotoşəkillərini çəkmiş və istifadə etdikləri maşınların seriyalarını götürərək, qəzetimizdə dərc etmişdi.
Gəlmə kürdlərin ölkəmizə yeni axınının Türkiyənin terorrçu PKK təşkilatına qarşı mübarizəsinin gücləndiyi və qardaş ölkənin prezidenti Abdullah Gülün Bakıya səfərindən sonraya təsadüf etməsi də təhlükəli məqamlardan xəbər verir. A.Gülün ölkəmizə səfəri ərəfəsində hakimiyyətimizin PKK-nı terorçu təşkilat kimi tanıyacağı barədə verdiyi bəyanatlar hələ də yerinə yetirilməyib. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun mehmanxanalarda kürd əsilli əcnəbilər üçün hər cür şəraitin yaradılması barədə göstəriş verməsini də təsadüf saymaq sadəlövhlük olardı.
Bizimçün danılmaz bir həqiqətdir ki, Azərbaycan hakimiyyətində PKK-nı dəstəkləyən yetərincə yüksək vəzifəli məmurlar var. Məhz həmin məmurların havadarlığı ilə gəlmə kürdlər ölkə ərazisində yüksək səviyyədə himayə olunur. Gəlmə kürdlər üçün Gəncə şəhərində və Xanlar rayonunda qapalı qəsəbələr tikilir. Bakının müxtəlif ərazilərində gəlmə kürdlərin kompakt yaşamaları üçün şərait yaradılır. Əldə etdiyimiz məlumatlara görə, gələn ilin əvvəllərindən etibarən, Bakının Müşfiqabad və Pirküşgül qəsəbələri ərazisində kürdlər üçün qapalı qəsəbələrin inşa edilməsi nəzərdə tutulub. İndiki məqamda gəlmə kürdlərin İranla sərhəd ərazilərdə, Araz çayı ətrafında yerləşdirmələrini də təsadüf saymaq olmaz. Belə ki, dünyanın bir sıra super dövlətlərinə arxalanan seperatçı kürd qrupları “Böyük Kürdüstan” dövlətini qurmaq xülyası ilə yaşayırlar. Seperatçı kürd təşkilatlarının bu ilin əvvələrində İraqın Süleymaniyyə şəhərində keçirilən toplantısında xəyali kürd dövlətinin xəritəsi nümayiş etdirilib.
Həmin xəritədə qurulacaq dövlətin Türkiyə, Suriya, İran, İraq və Azərbaycanın bir sıra regionları hesabına qurulacağı göstərilib. ABŞ-İran münasibətlərinin müharibə həddinə çatacağına hesablanmış kürdlərin İran sərəhdi boyunca yerləşdirilməsi planı da seperatçı kürd quruplarının Süleymaniyyədə keçirdikləri toplantıda qəbul edilib. Plana əsasən, Yaxın Şərqdə qurulacaq yeni kürd dövləti Türkiyənin İran, Azərbaycan və ərəb ölkələri ilə birbaşa sərhədlərini qapadacaq. ABŞ-İran müharibəsi başlanacağı təqdirdə, amerikalılar İraqda olduğu kimi, əsas yerli müttəfiq kimi kürdlərdən istifadə etmək niyyətindədirlər.
Son vaxtlar İran dövlətinin PKK və digər kürd separatçı qruplarına qarşı mübarizəni gücləndirməsi də bu amillə birbaşa bağlıdır. Onu da xatırladaq ki, “kürd dövləti” ideyası gerçəkləşmək üzrədir və İraqın şimal əyalətlərində, Türkiyə ilə sərhəddə faktiki olaraq, kürd dövləti qurulub.
Belə çıxır ki, indi hədəfdə və növbədə Azərbaycandır…
Təəssüflər olsun ki, istər Azərbaycan hakimiyyəti, istər müxalifət, istərsə də ölkə ictimayyəti təhlükəli köçün qarşısının alınması istiqamətində əməli tədbirlər görmürlər.
Mövzunu davam etdirəcəyik.
P.S. Qəzetimiz çapa hazırlanarkən İmişlidəki mənbələrimiz bildirdilər ki, günün sonuna yaxın rayon polis şöbəsinin əməkdaşları gəlmə kürdləri məskunlaşdıqları ərazidən çıxarıblar. Onlardan yalnız iki ailə həmin ərazidə qala bilib. Digərləri isə polisin müşayiətilə naməlum istiqamətə yola salınıb.musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir