- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

İran İslam Şurası Məclisi sədrinin Azərbaycana səfəri başlayıb

BayBək, Azərbaycan | Friday, 23rd November , 2007 , 13:45 [pm] | İç Xəbərlər

. üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparacağını deyib. İranın Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayan spiker bu istiqamətdə səyləri artırmağın zəruriliyini qeyd edib. O, Bakıya ikinci dəfə səfər etdiyini, ilk səfərində Şəhriyarın anım mərasiminə gəldiyini bildirib: “Bu isə rəsmi səfərdir. Səfər Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun dəvəti ilə gerçəkləşir”.

Qeyd edək ki, İran İslam Şurası Məclisinin sədri artıq Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib, bu saatlarda Milli Məclisdə görüşlər keçirir.



İran İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adelin Azərbaycana səfəri başlayıb.

APA-nın məlumatına görə, bu gün səhər Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən spiker səfər zamanı İran-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsi, müxtəlif sahələr, o cümlədən parlamentlər arasında əlaqələrin gücləndirilməsi üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparacağını deyib. İranın Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayan spiker bu istiqamətdə səyləri artırmağın zəruriliyini qeyd edib. O, Bakıya ikinci dəfə səfər etdiyini, ilk səfərində Şəhriyarın anım mərasiminə gəldiyini bildirib: “Bu isə rəsmi səfərdir. Səfər Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun dəvəti ilə gerçəkləşir”.

Qeyd edək ki, İran İslam Şurası Məclisinin sədri artıq Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib, bu saatlarda Milli Məclisdə görüşlər keçirir.

Xatırladaq ki, səfər çərçivəsində İran parlamentinin sədrinin Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, spiker Oqtay Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşləri nəzərdə tutulur.

Bundan başqa, o, Bakı Dövlət Universitetində və Əlyazmalar İnstitutunda olacaq. İki günlük səfər çərçivəsində Q. H. Adel Gəncəyə də səfər edəcək.

BayBak, All about a Nation, Bir millətin səsi

==========
Buna bağli olan yazılar


Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1544.azr
azeribaybak[at]gmail.com