- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

“Qənimət Zahidi Ilham Əliyev həbs etdirib”

BayBək, Azərbaycan | Friday, 23rd November , 2007 , 14:36 [pm] | İç Xəbərlər

. Qənimət Zahidin barəsində çıxarılmış 2 aylıq həbs-qətimkan tədbirinin dəyişdirilməsi tələbiylə müdafiə tərəfinin təqdim etdiyi apellyasiya şikayətinin nəticəsi dünən bəlli olmalı idi.

Saat 15.00-da başlayan proses hakim Rizvan Səfərovun sədrliyi ilə iki saata yaxın qapalı şəraitdə davam etdi. Içəriyə yalnız vəkillər - Rəşid Hacılı, Osman Kazımov və Elçin Sadıqov daxil olmuşdu. Həmin vaxta qədər isə jurnalist ictimaiyyəti, Britaniya səfirliyinin nümayəndəsi, Q.Zahidin xanımı



Apellyasiya Məhkəməsi qanunsuz qərarı qüvvədə saxladı

Qənimət Zahidin barəsində çıxarılmış 2 aylıq həbs-qətimkan tədbirinin dəyişdirilməsi tələbiylə müdafiə tərəfinin təqdim etdiyi apellyasiya şikayətinin nəticəsi dünən bəlli olmalı idi.

Saat 15.00-da başlayan proses hakim Rizvan Səfərovun sədrliyi ilə iki saata yaxın qapalı şəraitdə davam etdi. Içəriyə yalnız vəkillər - Rəşid Hacılı, Osman Kazımov və Elçin Sadıqov daxil olmuşdu. Həmin vaxta qədər isə jurnalist ictimaiyyəti, Britaniya səfirliyinin nümayəndəsi, Q.Zahidin xanımı, Mirzə Sakitin ailəsi nəticənin necə olacağını gözləyir, məhkəmə binasının önündə Qənimət Zahidə həmrəylik nümayiş etdirirdilər. Son iki prosesdən fərqli olaraq nədənsə bu dəfə Q.Zahidin azadlığa buraxılacağı ilə bağlı ümid var idi. Amma məhkəmənin qərarı hamının boşuna ümidləndiyini göstərdi. Və bir daha təsdiq etdi ki, hakimiyyət jurnalistlərin həbsi ilə bağlı oturuşmuş ssenarisinə heç bir halda dəyişiklik etmir.

Beləliklə, prosesdən ilk olaraq vəkil Elçin Sadıqov çıxdı və məhkəmə zalında baş verənlər barədə məlumat verdi. Məlum oldu ki, Qənimət Zahiddən fərqli olaraq “zərərçəkən” Vüsal Həsənov məhkəməyə gətirilməyib. Baxmayaraq ki, dünən müdafiə tərəfi bu barədə vəsatət qaldırmış və hakim bu tələblə razılaşmışdı.

Qənimət Zahid: “Məhkəmədən ədalətli qərar gözləyirəm”

E.Sadıqov müdafiə tərəfinin arqumentli çıxışlarına və təqdim etdiyi əsaslara baxmayaraq hakimin apellyasiya şikayətini təmin etmədiyini bildirdi: “Qənimət bəy dedi ki, onun həbsdə saxlanılması ilə bağlı heç bir əsas yoxdur. Biz də eyni məqamı məhkəmənin diqqətinə çatdırdıq. Bununla belə məhkəmə şikayətimizi təmin etmədi. Hakim müdafiə tərəfinin təqdim etdiyi əsasları yoxlayırdı. Amma bu əsasların heç biri öz təsdiqini tapmadı. Onlar nəzərə alınsaydı, Qənimət Zahid azadlığa buraxılacaqdı. Proses müddətində Qənimət bəyin başqa fikirləri olmadı. Sadəcə, onu dedi ki, məhkəmədən ədalətli qərar gözləyir. Müdafiə tərəfi olaraq Vüsal Həsənovun da prosesə gətiriləməsini tələb etmişdik. Amma təkcə Qənimət bəyi gətirdilər. Bizim üçün isə əsas Vüsal Həsənovun gətirilməsi idi. Istəyirdik ki, onda xəsarət izlərinin olmadığını hakim öz gözləri ilə görsün. Qanunu pozduqlarına görə mən qarşı tərəfə etirazımı bildirdim və bunu yazılı şəkildə məhkəməyə təqdim etdim”.

“Qərarın surətini alan kimi Avropa Məhkəməsinə müraciət edəcəyik”

E.Sadıqov qərarın surətini alan kimi Avropa Insan Haqları Məhkəməsinə müraciət edəcəklərini dedi: “Həbs qərarının dəyişdirilməsi ilə bağlı Ali Məhkəməyə müraciət olunmur. Ona görə də, birbaşa Avropa Məhkəməsinə üz tutacağıq. Qənimət Zahidin Avropa Konvensiyasının 5-ci maddəsində göstərilmiş azadlıq hüququ pozulub. Istintaq yekunlaşandan, ittiham aktı tərtib olunandan sonra iş baxılmaq üçün məhkəməyə göndəriləcək. Hazırda istintaqı Yasamal Rayon Polis Idarəsi aparır. Bu iş Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəməyə getməyəcək. Çünki, bu, az ağır cinayət sayılır”.

“Girovla bağlı qərardan apellyasiya şikayəti veriləcək”

Q.Zahidin girov müqabilində azadlığa buraxılması ilə bağlı müraciətin rədd edilməsinə gəlincə, E.Sadıqov bu qərardan apellyasiya şikayəti verəcəkləri bildirdi: “Bu gün qərarın surətini alacağıq. Üç gün ərzində isə apelyasiya şikayəti veriləcək. Avropa Konvensiyasının 5-ci maddəsində göstərilib ki, şəxsin həbsə salınması üçün əsaslı şübhələr olmalıdır. Qənimət Zahidlə bağlı belə şübhələr olmadığı təqdirdə, onu azadlıqdan məhrum ediblər. Biz də bundan şikayət edəcəyik. Bu işi də Avropa Məhkəməsinə göndərmək istəyirik. Şəxsin məhkəməyə qədər azad olmaq hüuqu var. Yasamal Məhkəməsi ən azından girovla bağlı müraciətimizə müsbət cavab verməli idi. Avropa Məhkəməsində işin baxılması uzun çəkir. Amma bizim müraciətimiz ingilis dilinə tərcümə olunacaq, üstəlik, xahiş edəcəyik ki, işə mümkün qədər tez baxılsın”.

Vəkil Q.Zahidin saxlanma şəraiti və səhhəti ilə də bağlı bəzi məlumatlar verdi: “Qənimət bəyin saxlanma şəraitindn şikayəti yoxdur. Amma həbsxanadakı şərait onun səhhətinə pis təsir göstərir. Revmatizmdən, gözlərindəki ağrıdan şikayət edir. Xahiş edəcəyik ki, həkim-ekspertiza komissiyası təşkil edilsin və şəraitin onun səhhətinə təsiri müəyyən olunsun”.

Osman Kazımov: “Bu gün məndə tam əminlik yarandı ki, bu işdə yüksək səviyyədə sifariş var”

Daha sonra vəkil Osman Kazımov açıqlama verərək məhkəmə qərarının həbsin sifarişli olduğunu bir daha ortaya qoyduğunu bildirdi: “Bu prosesə qədər azacıq da olsa, ümid edirdim ki, Qənimət bəyin həbsində hansısa məmurun marağı var. Yəni, düşünürdüm ki, yüksək səviyyədə maraq yoxdur. Amma bu gün məndə tam əminlik yarandı ki, bu işdə yüksək səviyyədə sifariş var. Yəni, sifariş ölkənin rəhbərindən gəlib. Ona görə də məhkəmə həmin sifarişdən kənara çıxa bilmir. Həm birinci instansiyada, həm də Apellyasiya Məhkəməsində Qənimət bəyin həbsi üçün heç bir əsas müəyyən olunmadı. Məhkəməyə təqdim etdikləri iş materiallarında da bu əsaslar yox idi. Müstəntiq də heç nəyi sübut edə bilmədi. Amma buna baxmayaraq, həbs-qətimkan tədbiri ilə bağlı qərarı qüvvədə saxladılar. Burada böyük oyun gedir.

“Hakimiyyət Qərblə aparacağı danışıqlar üçün alver yeri hazırlayır”

Azərbaycan hakimiyyəti Qərb təşkilatları, Avropa dövlətləri ilə aparacağı danışıqlar üçün alver yeri hazırlayır. Və çox təəssüf ki, Avropa təşkilatları da buna gedir. Verilən bəyanatlar boşdur və arxasında heç nə dayanmır. Məhkəmə prosesləri böyük oyunların xırda detallarıdır.

Mən hakimin, müstəntiqin gözündə bir pərtlik, peşmançılıq gördüm. Mənə elə gəldi ki, müstəntiq daha çox Qənimət bəyin azad olunmasının marağındaydı, nəinki həbsdə qalmasının.

Azərbyacan hakimiyyəti azad sözə qənim kəsilib və açıq şəkildə bu istiqamətdə fəaliyyət göstərir. Bunun arxasında da ciddi maraqlar var. Gələn il seçki ilidir, xalq hakimiyyətdən kifayət qədər narazıdır. Hakimiyyət də ciddi tənqiddən möhkəm qorxur. Bunun üçün də repressiv metodlarla zərərsizləşdirmək istiqamətində fəaliyyət göstərir”.azadliq

BayBak, All about a Nation, Bir millətin səsi

==========
Buna bağli olan yazılar


Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1545.azr
azeribaybak[at]gmail.com