- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Rusiya polisi müxalifətçi nümayişçiləri həbs edib
BayBək, Azərbaycan | Monday, 26th November , 2007 , 05:46 [am] | Dış Xəbərlər
![]() |
. | Sağçı Qüvvələr Birliyinin lideri və güman ki, qarşıdan gələn seçkilərdə mübarizə aparacaq Boris Nemtsov həbs edilib. Polis izdihamı etirazçıları Rusiyanın ikinci şəhərinin mərkəzinə doğru yürüş keçirməsinin qarşısını almaq üçün dəyənəklərdən istifadə edib.
Hökumət qadağalarına baxmayaraq, fəallar əllərində ağ güllər tutaraq şəhərin mərkəzinə doğru yürüşə başlayıblar. Onlardan bəziləri fəaliyyətinə qadağa qoyulmuş |
Rusiya polisi prezident Vladimir Putinin əleyhinə Sankt-Peterburqda yürüş keçirməyə çalışan 100 siyasi fəalı və müxalifət üzvlərini həbs edib. Sağçı Qüvvələr Birliyinin lideri və güman ki, qarşıdan gələn seçkilərdə mübarizə aparacaq Boris Nemtsov həbs edilib. Polis izdihamı etirazçıları Rusiyanın ikinci şəhərinin mərkəzinə doğru yürüş keçirməsinin qarşısını almaq üçün dəyənəklərdən istifadə edib.
Hökumət qadağalarına baxmayaraq, fəallar əllərində ağ güllər tutaraq şəhərin mərkəzinə doğru yürüşə başlayıblar. Onlardan bəziləri fəaliyyətinə qadağa qoyulmuş Milli Bolşevik partiyasının tərəfdarlarıdır. Yürüşü prezident Putini azadlığa məhdudiyyət qoymaqda ittiham edən Başqa Rusiya Koalisyası təşkil edib.
Bu həbslər polisin Moskvada müxalifət lideri Qarri Kasparov və başqa bir neçə etirazçını həbs etməsindən bir gün sonraya təsadüf edir. Başqa Rusiya Koalisiyası gələn bazar günü keçiriləcək parlament seçkiləri öncəsi 2 yürüş təşkil edib.voa
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir