- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Stokholm-da 21 Azər tədbirinin keçirilməsi ilə bağlı bildiri

BayBək, Azərbaycan | Thursday, 29th November , 2007 , 04:04 [am] | Bildirişlər

. Bu tarixi heç bir zaman unutmamaq, bu mübarizədə canlarını qoymuş insanlarımızın xatirəsini bir daha yad etmək və milli hərakatımıza dəstək olmaq məqsədi ilə bu ilin Dekabr ayının 8-də şənbə günü saat 16:00 dan 20:00 dək Stokholm şəhərində tədbir keçirilməsi qərara alınmışdır.

Tədbir zamanı bu tarixi günümüzlə bağlı qısa çıxışlar olacaq, film nümayış etdiriləcək, musiqi anları yaşanacaq, yüngül yeməklər veriləcək, çay süfrəsi açılacaqdır.



Dəyərli həmvətənlər!

1945 ildə Seyid Cəfər Pişəvərinin başçiliği ilə Təbrizdə qurulmuş Azərbaycan Milli Demokratik Hakimiyyəti millətimizin həyatında ən önəmli tarixi hadisələrdən biridir. Bu hakimiyyətin ömrü cəmi bir il olsa da bu tarix heç zaman unudulmur, nəsildən nəsilə keçməklə qan yaddaşımıza həkk olunmaqdadır. Bu gun Azərbaycanımızın güneyində baş verən milli oyanış və azadlıq hərəkatı milli qürur mənbəyimiz olan Sətttarxan və Bağırxanlardan başlasa da, sonradan guzeydə və güneydə Rəsulzadə, Pişəvəri və Elçibəylərlə davam etdirilmiş və bu günümüzədək çatdırılmışdır. Mübarizəmizin bu gün də davam etməsinin ən başlıca səbəbi isə millətimizin öz mübarizəsini hələ də başa çatdırmaması və hələlik, tam olaraq öz istiqlalına qovuşa bilməməsidir.

Bu tarixi heç bir zaman unutmamaq, bu mübarizədə canlarını qoymuş insanlarımızın xatirəsini bir daha yad etmək və milli hərakatımıza dəstək olmaq məqsədi ilə bu ilin Dekabr ayının 8-də şənbə günü saat 16:00 dan 20:00 dək Stokholm şəhərində tədbir keçirilməsi qərara alınmışdır.

Tədbir zamanı bu tarixi günümüzlə bağlı qısa çıxışlar olacaq, film nümayış etdiriləcək, musiqi anları yaşanacaq, yüngül yeməklər veriləcək, çay süfrəsi açılacaqdır.

Tədbirə qəlbi Azərbaycan davası ilə döyünən hər kəs dəvətlidir və başqa ölkələrdən də soydaşlarımızın qatılacağı gözlənilir.

Bu gecədə hamımızın birgə olmamız üçün bu ünvana gələ bilərsiz.

Esplanaden 3 C
Sundbyberg dəmir yolu və Metro stansiyası yaxınlığında
Sundbyberg ABF binasının birinci mərtəbəsi

Tədbirin təşkilatçıları “Odlar Yurdu” və “Bütöv Azərbaycan” təşkilatlarıdır.

Əlaqə telefonlarımız:
(+46)0735521878
(+46)0707760303

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1591.azr
azeribaybak[at]gmail.com