- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Hollandiyada Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldıldı
BayBək, Azərbaycan | Monday, 3rd December , 2007 , 13:36 [pm] | Dış Xəbərlər, İç Xəbərlər
![]() |
. | Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq neçə illərdir ki, Xocalı faciəsini daim diqqət mərkəzində saxlayır. Bu münasibətlə nümayişlər, forumlar keçirilir, sərgilər təşkil edilir. Xaricdəki türk diasporları da Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı faciəsinin dünya ictimaiyyətinə, o cümlədən avropalılara çatdırılmasında və digər məsələlərdə həmişə ölkəmizi dəstəkləyir. Belə təşkilatlardan biri də Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyidir. 1992-ci ildən rəsmi şəkildə fəaliyyət göstərən dərnək son iki ildə bir sıra maraqlı və yaddaqalan tədbirlər |
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, XX əsrdə bəşəriyyətin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı müasir Azərbaycan tarixinin qara səhifələrindən birini təşkil etmişdir. Ərazilərini torpaqlarımız hesabına genişləndirmək, dənizdən-dənizə Ermənistan imperiyası yaratmaq xülyasına düşmüş və əlləri minlərlə günahsız azərbaycanlının ganına batmış erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 7 minlik əhalisi olan Xocalıda ağlasığmaz vəhşiliklər törətmişlər.
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq neçə illərdir ki, Xocalı faciəsini daim diqqət mərkəzində saxlayır. Bu münasibətlə nümayişlər, forumlar keçirilir, sərgilər təşkil edilir. Xaricdəki türk diasporları da Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı faciəsinin dünya ictimaiyyətinə, o cümlədən avropalılara çatdırılmasında və digər məsələlərdə həmişə ölkəmizi dəstəkləyir. Belə təşkilatlardan biri də Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyidir. 1992-ci ildən rəsmi şəkildə fəaliyyət göstərən dərnək son iki ildə bir sıra maraqlı və yaddaqalan tədbirlər həyata keçirmişdir.
Dərnəyin ən uğurlu layihələrindən biri Hollandiyanın Haaqa şəhərində Xocalı facəsi qurbanlarının xatirəsinə ucaldılacaq abidə olacaqdır. Xocalı soyqırımını Hollandiya ictimaiyyətinin diqqətinə çatdırmaq və faciəni əks etdirən abidənin qoyulması məqsədi ilə Haaqa şəhərinin müvafiq təşkilatları ilə danışıqlar aparılmış və çətinliklə də olsa razılıq əldə edilmişdir. 30 illiyə kirayələnmiş ərazidə iki metrlik hündürlükdə olacaq abidədə körpəsini erməni qəsbkarlarından qorumaq üçün başının üzərinə qaldıran ana təsvir olunacaqdır.
Hazırda abidənin ucaldılması ilə bağlı son tamamlama işləri başa çatmaq üzrədir. Mərmərdən ucaldılacaq abidənin ətrafındakı bir hektarlıq sahədə gül-çiçək əkiləcəkdir. Xocalı soyqırımı ilə bağlı Azərbaycandan kənarda ucaldılacaq ilk abidənin açılış mərasimində diplomatik korpusun əməkdaşları, Azərbaycan və türk diasporlarının təmsilçiləri, mətbuat nümayəndələri iştirak edəcəklər.
Cəmiyyətin sədri İlhan Aşqin abidənin qoyulması üçün xeyli vəsaitin tələb olunduğu, artıq bu işlə bağlı Azərbaycan Respublikası Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə edilmiş müraciətə müsbət cavab alındığını, cəkilmiş xərclərin bir hissəsinin bankdan götürülmüş kredit faizinin ödənilməsinə sərf edildiyini və buna görə də imkanlı şəxslərin yardımına ehtiyac duyduqlarını bildirmişdir.
Abidənin tam başa çatmasına yardım etmək istəyənlərə hesab nömrəsini xatırladırıq:
Schalkburgerstraat 198.
Postcode/ Posta no: 2572 VD Den Haag,
Hollanda Rekeningnr/Account No 65.77. 07.414, İBAN NL83 İNGB 0657 7074 14 BIC ..INGBNL2A
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir