- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

İran İslam Respublikası tərəfindən bombalanacağı haqda məlumatlar yayan Eynulla Fətullayev cinayətdən suçlanir, Farslara xidmət

BayBək, Azərbaycan | Friday, 1st June , 2007 , 02:27 [am] | İç Xəbərlər

. bu sözləri baş prokuror Zakir Qaralov deyib. Baş prokurorun sözlərinə görə, “Realnıy Azerbaydjan” saytında Azərbaycanda müəyyən dövlət obyektlərinin konkret ünvanları göstərilib və bildirilib ki, bu obyektlərin İran İslam Respublikası tərəfindən bombalanacağı haqda məlumatlar var: “Bu məlumatlar həqiqətən də terrorla hədələmə məlumatlarıdır. Ona görə də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsinin 1-ci hissəsi


APA-nın məlumatına görə, bu sözləri baş prokuror Zakir Qaralov deyib. Baş prokurorun sözlərinə görə, “Realnıy Azerbaydjan” saytında Azərbaycanda müəyyən dövlət obyektlərinin konkret ünvanları göstərilib və bildirilib ki, bu obyektlərin İran İslam Respublikası tərəfindən bombalanacağı haqda məlumatlar var: “Bu məlumatlar həqiqətən də terrorla hədələmə məlumatlarıdır. Ona görə də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işi qaldırılıb, istintaq gedir”. Z. Qaralov qeyd edib ki, istintaqın gedişi barədə MTN tərəfindən müvafiq açıqlama veriləcək.

Baş prokuror bir qrup jurnalistin xarici ölkələrdən siyasi sığınacaq istəməsinə də münasibət bildirib. O, Azərbaycanda söz və mətbuat azadlığının mövcud olduğunu vurğulayıb: “Bütün jurnalistlərin hüquqları qanunla qorunur. Harasa müraciət etmək isə onların öz hüququdur”.

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_164.azr
azeribaybak[at]gmail.com